«Nəhənglərin
dostluğu. Rostropoviç
və Şostakoviç»
«Moskvada Rostropoviç həftəsi»
I Beynəlxalq festival iki
dahi musiqiçinin dostluğundan bəhs edən «Nəhənglərin
dostluğu. Rostropoviç və Şostakoviç» filminin nümayişi ilə başlayıb. Azərbaycanlı
rejissor Mehdi Məmmədovun müəllifi
olduğu film Qalina Vişnevskayanın Opera Sənəti Mərkəzində təqdim
edilib. Filmin təqdimatı barədə
Rusiyanın «Kultura» telekanalında geniş süjet nümayiş etdirilib.
Filmin nümayişindən əvvəl
festivalın bədii rəhbəri, maestronun qızı Olqa Rostropoviç filmin müəllifini salona toplaşanlara təqdim edib: «Mehdi hələ
uşaq yaşlarından
atamı çox sevirmiş. Saf uşaq vurğunluğu ilə atamdan əl çəkmirdi. Onun inadkarlığı, sevgisi sayəsində bu misilsiz kadrlar
bu gün bizim əlimizdədir».
Filmin çəkilişləri
2006-cı ildə Bakıda,
Dmitri Şostakoviçin
yüz illiyinə həsr olunmuş beynəlxalq festival günlərində
aparılıb. Mehdi
Məmmədov Mstislav
Rostropoçivi dilə
tuturaq onun bütün məşqlərinin
lentə köçürülməsinə
icazə alıb. Nəticədə otuz saatdan artıq nadir videomaterial maestrodan yadigar qalıb. Hər gün səhər saat 10-dan gündüz saat 2-dək orkestrlə məşq edən maestronun monoloqu da belə gərgin
məşqdən sonra
lentə alınıb.
Tale elə gətirib ki, həmin lent, monoloq görkəmli həmyerlimizin son çəkilişləri
olub.
Rostropoviçlə birlikdə bu filmin necə olacağını müzakirə
edən rejissor, təqdimat mərasimində
etiraf edib ki, maestronun vəfatından sonra bu film üzərində çalışmaq ona çox çətin olub. Bu səbəbdən
«Nəhənglərin dostluğu.
Rostropoviç və Şostakoviç» filmi üzərində böyük
yaradıcılıq işinin
başa çatması
bir neçə il ləngiyib.
Yəqin ki, belə bir
çətin mövzuda
sənədli film çəkmiş
rejissorun kimliyi bizim oxucularımızı
da maraqlandırır. Görkəmli Azərbaycan teatr rejissorunun tam adaşı olan Mehdi Məmmədov
konservatoriyanı dirijorluq
ixtisası üzrə
bitirib. İki musiqi nəhəngi
haqqında film çəkənədək
art-çarxlar çəkməklə
məşğul olub.
«Nəhənglərin dostluğu. Rostropoviç və Şostakoviç»
onun sənədli kinoda debütüdür.
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2010.- 2 aprel.- S. 7.