Mədəniyyət tariximizdən silinməz izlər

 

Səməd Mənsur (1879-1927)

 

Şair teatr xadimi Səməd Hacı Əhməd oğlu Kazımzadə (Kazımov) 1879-cu ildə Bakıda doğulub. Rus-müsəlman məktəbində təhsil alıb. Rus, ərəb fars dillərini mükəmməl bilib. Bir müddət müəllimlik edib, BakıdaSəfacəmiyyətinin məktəbində çalışıb.

Klassik ədəbiyyatın mükəmməl bilicilərindən olan SəmədMənsurtəxəllüsü ilə şeirlər yazıb. Bəsirət”, “İqbal”, “Tuti”, “Səfa”, “Molla Nəsrəddinkimi dövrün tanınmış mətbu orqanlarında satirik şeirləri «Səməd Mənsur» imzası ilə çap olunub. Bakıda çap olunan mütərəqqi fikirliŞeypurjurnalının (5.10.1918 - 4.1.1919) naşiri olub.

Onun milli teatr tariximizdə özünəməxsus izi var. Aktyorluq fəaliyyəti ilə yanaşı, pyeslər yazıb, tamaşalar hazırlayıb, tərcüməçilik edib.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Səməd Mənsur müxtəlif təsərrüfat işlərində çalışıb, Xalq Komissarları Sovetində, respublika Plan Komitəsində işləyib.

1927-ci il yanvarın 2-də Bakıda vəfat edib.

Azərbaycan mədəniyyəti tarixində XX əsrin ilk iyirmi ilinin fədakar maarif xadimlərindən biri Səməd Mənsurdur. O, millətimizin maariflənməsində, yetişən nəslin təhsilə cəlb olunmasında böyük işlər görüb. Fədakar ziyalımız haqqında teatr sənətilə bağlı müəyyən faktları oxuculara çatdırmaq, fikrimcə, bu istiqamətdə gələcək tədqiqatlara rəvac verər. Yeri gəlmişkən, Səməd Mənsurun maraqlı ədəbi irsi öz tədqiqatçılarını gözləyir.

Azərbaycanın məşhur təkamül qurumlarından olanSəfamədəni-maarif cəmiyyəti 1910-cu ildə yaradılıb. İki il sonra cəmiyyətin teatr bölməsi təşkil edildikdə rəhbərlərindən biri Səməd Mənsur olur. O, truppanın aktyor heyətinin təkmilləşməsində, repertuar siyasətinin formalaşmasında, aksessuarların toplanmasında son dərəcə səmərəli işlər görüb.

15 noyabr 1913-cü ildəSəfa”, Nəcəf bəy Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyini Tağıyev teatrı binasında yubiley edəndə, təntənənin əsas təşkilatçısı Səməd Mənsur idi. Yubiley gecəsi Cahangir Zeynalovun rejissorluğunda göstərilənYağışdan çıxdıq, yağmura düşdük” (“Hacı Qəmbər”) tamaşasında tacir Hacı Salman rolunu Səməd Mənsur oynayıb.

Müəyyən vaxtlardaNicatcəmiyyətinin truppasında Zülfüqar bəy Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyətiteatr dəstəsinin tamaşalarında da rollar oynayan Səməd Mənsur müxtəlif xarakterli səhnə obrazları ifa edib. Bu baxımdan onun böyük türk mütəfəkkir şairi Əbdülhəq Hamidin eyniadlı əsəri əsasında Dadaş Bünyadzadənin hazırladığı «Tariq ibn Ziyad» (Tofiq ibn Ziyad) tamaşasında, Baxmetevin «1812-ci il» («Napoleon müharibəsi, yaxud Moskva yanğını». Arakçeyev Baqration), Hüseyn Bədrəddin Məhəmməd Rüfətin «Əbül Üla» (Birinci ərəb), türk ədibi Şəmsəddin Saminin «Dəmirçi Gavə» (Zabit), M.Mərəndinin «Çəkməçi Seyfulla» (Səməd xan), Yusif Talıbzadənin «Ərmənusə» (Zübeyr) tamaşalarında oynadığı rolları qeyd etmək olar.

Səməd Mənsur opera operetta tamaşalarında da aktyorluq edib. Hətta bir müddət dahi Üzeyir Hacıbəyovun «Leyli Məcnun» operasında Məcnunun atasını oynayıb.

Onun təşkilatçılıq, inzibatçılıq aktyorluq fəaliyyətiSəfamədəni-maarif cəmiyyəti ilə bağlıdır.

Səfamədəni-maarif cəmiyyətinin teatr truppasında oynadığı əsas rolların qısaca siyahısını belə təqdim etmək olar:

Karlos. “Qatili-Kərimə”, Hacı İbrahim Qasımov (təbdil).

Yerlamov Baqration. “Napoleon müharibəsi yaxud Moskva yanğını”, K. Baxmetev.

   Musa ibn Nəsir. “Tofiq ibn Ziyad”, Əbdülhəq Hamid.

   Həsən. “Əl Mənsur”, Henrix Heyne.

   Əsgər bəy. “Hacı Qara”, Mirzə Fətəli Axundzadə.

   Gavə. “Dəmirçi Gavə”, Şəmsəddin Sami.

   Fəttah ağa. “Əhdə vəfa, yaxud arnaudlar”, Şəmsəddin Sami.

   Abuzər Cumeyd. “Ənuşirəvani-adil”, Əbdürrəsul Şərifzadə.

   Harun ər-Rəşid. “Bir saatlıq xəlifə”, Abdulla Şaiq.

   Rzaqulu bəy Hənqulu bəy. “Məşədi İbad”, Üzeyir bəy Hacıbəyov.

   Xəlil bəy. “Bəxtsiz cavan”, Namiq Kamal.

Səməd MənsurunKöhnə təzə il”, “Aktyor”, “Dərvişpyesləri 1913-1918-ci illərdə müxtəlif truppalarda, 1922-1923-cü illərdə Bakı Azad Türk Tənqid Təbliğ Teatrında tamaşaya qoyulub.

O, həm türk ədibi Şəmsəddin SamininDəmirçi Gavə”, “Əhdə vəfa, yaxud arnaudlardramlarını Azərbaycan türkcəsinə çevirib. «Dəmirçi Gavə» qəhrəmanlıq dramı aktyor-rejissorlardan Hüseyn Ərəblinskinin (25 noyabr 1916-cı il), Abbasmirzə Şərifzadənin (3 fevral 1917-ci il, 16 aprel 1920-ci il 2 fevral 1923-cü il), Sidqi Ruhullanın (26 oktyabr 1918-ci il , 5 may 1921-ci il 28 sentyabr 1921-ci il), Aleksandr Tuqanovun (25 dekabr 1924-cü il 5 yanvar 1928-ci il) quruluşlarında tamaşaya hazırlanıb.

Teatr xadimi Səməd Mənsur Kazımzadənin oğlu Tofiq (Əhməd Tofiq) Kazımov (1923 - 1980) milli səhnə sənətimizin ən görkəmli rejissorlarından idi. Xalq artisti fəxri adına, Dövlət mükafatına layiq görülmüş sənətkarın yaradıcılığı, əsasən, Akademik Milli Dram Teatrı ilə bağlı olub 1964-cü ildən ömrünün sonunadək bu kollektivə baş rejissorluq edib.

 

 

İlham Rəhimli,

Teatrşünas

 

Mədəniyyət.- 2010.- 2 aprel.- S. 4.