Qara Qarayev məktəbinin yetirməsi
Azərbaycan bəstəkarlıq məktəbinin formalaşmasında
müstəsna xidmətləri
olan, görkəmli bəstəkar və pedaqoq Qara Qarayevin
sinfində onlarla tələbə təhsil
alıb. Həmin
tələbələrin əksəriyyəti
sonralar musiqi mədəniyyətimizə böyük
töhfələr veriblər.
Dünyaşöhrətli bəstəkarın
tələbələri arasında
öz istedadı ilə seçilən gənclərdən biri də Adil Bəbirov
idi.
Əməkdar incəsənət
xadimi, bəstəkar Adil Musa oğlu
Bəbirov 1934-cü il
fevralın 15-də Bakıda
anadan olub. Adil musiqi məktəbinin
tar sinfində oxuyub, həmyaşıdları
arasında musiqi duyumu və istedadı ilə seçilib. Daha sonra oxuduğu Asəf Zeynallı adına Bakı Musiqi məktəbində tanınmış tarzən
Əhməd Bakıxanovun
sinfində muğamın
sirlərinə yiyələnib.
1954-cü
ildə
Adil müsiqi məktəbini bitirərək Üzeyir
Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə
qəbul olunur.
O illəri
xatırlayan bəstəkarın
söylədiklərindən: «Mən ilk bəstəkarlıq
dərslərimi Əşrəf
Abbasovdan almağa başladım. Həmin
vaxt Əşrəf müəllim bəstəkarlıq
kafedrasında çalışırdı.
O, həm də konservatoriyanın rektoru idi. Sonra o
mənə təhsilimi
Qara Qarayevin sinfində davam etməyimi məsləhət
gördü. Mən Qarayevin rəhbərliyi ilə 5-ci kursa qədər bir çox əsərlərimi
yazdım, lakin səhhətimlə əlaqədar
son kursdan getməli oldum. Yalnız bir xeyli müddət sonra, 1978-ci ildə konservatoriyaya yenidən qayıdaraq simfonik əsərlə təhsilimi
bitirərək diplomumu
aldım».
Adil Bəbirov
hələ gənc yaşlarından təhsillə
paralel olaraq televiziya və radioda səs rejissoru, sonralar isə muşiqi verilişləri redaktoru kimi fəaliyyət göstərib.
1966-cı ildə
“Azərnəşr”də çap
olunan fortepiano üçün
sonatası Adil Bəbirovun bizə məlum olan ilk əsəridir. Milli musiqi intonasiyaları ilə cilalanmış olan əsər Avropa klassik musiqi ənənələri
ilə üzvi surətdə birləşərək,
özünəməxsus tərzdə
bəstəkarın yeni
üslubu, özünəməxsus
musiqi dili ilə diqqəti cəlb edir. Əsər bu günədək bir çox pianoçuların
repertuarında yer alıb. Sonata sonradan simfonikləşdirilərək
müəllif tərəfindən
partitura şəklinə
salınıb.
1968-ci ildə
isə “Azərnəşr”
istedadlı bəstəkarın
fortepiano ilə oxumaq üçün nəzərdə
tutulan 4 mahnısının
klavirini də nəşr edib. Mahnıların mətnləri
Bəxtiyar Vahabzadə,
Fikrət Qoca, Yusif Həsənbəy kimi tanınmış şairlərə məxsusdur.
Albomun ilk səhifəsi ”Mən anayam” adlı mahnı ilə başlanır.
“İlk addımlar” (söz. B. Vahabzadə) adlanan digər mahnı isə şüştər
ladından başlayaraq
tədricən segah ladına gəlir və qısa müddət, bir neçə xanədən
sonrar dalğavari hərəkətlə yenidən
əvvəlki şüştərə
nisbətən kvinta aşağıya enərək
başqa pillədəki
şüştərə keçir.
Vals ritmində
yazılmış “Yollar”
(söz. F.Qoca) mahnısında klassik harmoniya, daha dəqiq desək, Avropa musiqisində işlədilən triton intervalları,
majoro-minor akkordları,
ikiqat dominanta, nonakkordlar, üstünlük
təşkil edir.
Bu kiçik
mahnı məcmuəsi
nəğməkar şair
Yusif Həsənbəyin
sözlərinə yazılmış,
”Xoşbəxt olsunlar”
nəğməsi ilə
tamamlanır. Kuplet formasında yazılmış
mahnı segah ladının pərdələrinə
toxunur.
1975-ci ildə
“İşıq” nəşriyyatı
tərəfindən nəşr
olunan ”Azərbaycan bəstəkarlarının pyesləri”
adlı fortepiano məcmuəsinə
bəstəkarın iki
əsəri də daxil edilib. Məcmuəni
ilk pianoçu qadınlarımızdan
olan görkəmli pedaqoq Kövkəb Səfərəliyeva tərtib
edib.
Prelüd-skertso adlanan pyes pianoçularımız
arasında artıq çoxdan məşhurdur.
Beynəlxalq müsabiqələr
laureatı, istedadlı
pianoçu Vasif Həsənov bu əsəri dəfələrlə
konsertlərdə ifa etmiş, radio və televiziyada lentə yazdırmışdır. Ağır
tempdə başlayan bu əsər, bir növ lirik
balet adjiosunu xatırladır.
Bəstəkarın dram tamaşalarına
yazdığı musiqi,
eləcə də “Yer tutanlar” müzikli
(libretto - Faiq Mustafayev,
şeirlər - Rüfət
Əhmədzadənindir) musiqi
ictimaiyyətinə yaxşı
tanışdır. Müzikl
Musiqili Komediya Teatrında 1982-ci ildə səhnəyə qoyulub və 1984-cü ildə isə“Melodiya” səsyazma firması tərəfindən
alboma yazılıb.
Bu dövrdə
yazılmış musiqi
əsərləri arasında
«Kamera orkestri üçün 5 pyes»
(1983), «Balet süitası»
(1984), Səməd Vurğunun
«İnsan», Bəxtiyar
Vahabzadənin «İz qalır» pyeslərinə yazılmış musiqi bəstəkar yaradıcılığında
ayrıca səhifə
təşkil edir.
Kino musiqisi
sahəsində məhsuldar
işləyən Adil
Bəbirov 12-dək filmə
musiqi bəstələyib.
Bu sırada “Oxu,
tar”(1968), ”Sevinc”(1968), ”Azərbaycan
ipəyi”(1972), «Pəncə,
qulaq, palaz, tikan» (1976), ”Bağda rahat yer”(1978), ”Sağ ol, dostum”(1980),
”Böyük anda sadiqik”(1981), ”Ekskursiya”(1991),
”Yurd yeri”(1994-97), ”Cümhuriyyət generalları”(2006),
”Bağ yerində” kimi filmlər misal göstərilə bilər.
Bəstəkarın Qarabağ
torpağından məcburi
köçkün düşmüş
insanların real həyatını
əks etdirən ”Yurd yeri” televiziya
tamaşasına yazdığı
musiqi hələlik onun son əsərlərindəndir.
Adil Bəbirov
bir neçə ildir ki, Kanadada
yaşıyır, orada
Azərbaycan musiqisini uğurla təbliğ edir. Bu yaxınlarda bəstəkarın gənclik
illərində fortepianoda
ifa etdiyi improvizələri eşitdim.
Bu improvizələrdən hələ
neçə-neçə yazılmamış
əsərlərin sədası
gəlir. Bəstəkarın
dediyinə görə,
onun yaradıcılıq
“sandığında” hələ
ifa olunmamış bir çox fortepiano pyesləri və digər əsərləri
mövcuddur.
Şahin Qarayev,
Musiqişünas
Mədəniyyət.- 2010.- 7 aprel.- S. 12.