Naxçıvanda yeni abidələr aşkar olunub
Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sirab kəndi yaxınlığında Eneolit,
Erkən Tunc, Orta Tunc, Dəmir
dövrü və orta əsrlərə aid yeni abidələr aşkar olunub. Yeni
abidələr bugünlərdə
AMEA-nın Naxçıvan
bölməsinin Tarix,
Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, t.e.d. Vəli Baxşəliyev tərəfindən aparılan
kəşfiyyat xarakterli
araşdırmalar zamanı
qeydə alınıb.
Sözügedən ərazidə
qeydə alınan abidələr arasında Eneolit dövrünə aid keramika nümunələri
xüsusilə Şimali
Mesapatomiya mədəniyyətilə
bağlı olan boyalı qablar əsasən diqqəti cəlb etdir. Qeyd edək ki, keramika məmulatının
bir qismi Proto-Kür-Araz mədəniyyətinə
aiddir. Qaratəpə, Sürümçək, Qurddağ, Göyxəndək,
Vəkil bəndi və digər abidələrdə aparılan
araşdırmalar zamanı
məlum olub ki, bu ərazidə
müxtəlif dövrlərdə,
xüsusilə Orta Tunc dövründə uzunmüddətli yaşayış
olub. Yeni araşdırmalar zamanı
həmçinin Orta Tunc dövrünə aid xeyli keramika
məmulatı, kromlex
tipli qəbir abidələri, qala tipli yaşayış yerləri aşkar olunaraq tədqiq edilib.
Məlumat üçün onu da qeyd edək
ki, aşkar olunan abidələrin Naxçıvanın qədim
mədəniyyətlərinin formalaşması və Yaxın Şərq ölkələri ilə əlaqələrinin öyrənməsi
baxımından əhəmiyyəti
olduqca böyükdür. Ərazidə
kəşfiyyat xarakterli
araşdırmalar davam
etdirilir.
Türkanə Bəylərli,
AMEA-nın Naxçıvan
bölməsinin
İnformasiya şöbəsinin əməkdaşı
Xalq qəzeti.- 2010.- 7 aprel.- S. 9.