Sənətkarlıq paytaxtında
bayram təntənəsi
Bildiyimiz kimi, Mədəniyyət
və Turizm Nazirliyinin “2010-2014-cü illər
üçün Xalq Yaradıcılığı Paytaxtları”
Proqramına əsasən
Şəki şəhəri
cari ildə Azərbaycanın sənətkarlıq
paytaxtı elan edilib. Proqram çərçivəsində
2010-cu ildə Şəkidə
xalq tətbiqi, ənənəvi dekorativ və milli təsviri
sənət ənənələri
ilə bağlı silsilə tədbirlərin
keçirilməsi nəzərdə
tutulur.
Bu silsilənin başlanğıcı
kimi aprelin 3-də şəhər mərkəzindəki
parkda “Şəki - Azərbaycanın Sənətkarlıq
Paytaxtı - 2010” ilinin
təntənəli açılış
mərasimi keçirilib. Mərasimdə şəhər rəhbərliyi,
Mədəniyyət və
Turizm Nazirliyinin məsul əməkdaşları,
ictimaiyyətin nümayəndələri
və digər qonaqlar iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan şəhər icra hakimiyyətinin başçısı
Nazim İbrahimov qədim dövlətçilik
ənənələrinə, zəngin tarixə, yüksək mədəniyyətə
malik Şəkinin, eyni zamanda, sənətin
və sənətkarlığın
yüksək səviyyədə
inkişaf etdiyi ərazilərdən olduğunu
vurğulayıb. El sənətkarlarının misilsiz
sənət ənənələrini
davam etdirən yüzlərlə Şəki
sənətkarının fədakar
əməyi sayəsində
bu qədim şəhərdə zəngin
tarixi-mədəni irs
yaranıb. Dəmirçilik,
nalbəndlik, şəbəkə,
dulusçuluq, papaqçılıq,
ipəkçilik və
onlarla istehsal sahəsi Şəki sənət məbədinin
başlıca sütunlarını
təşkil edib.
Qeyd olunub ki, proqramın həyata keçirilməsinin
əsas məqsədi
Azərbaycanın qeyri-maddi
mədəni irsinin qorunması və təbliği, xalq tətbiqi sənətinin daha da inkişaf
etdirilməsi, eyni zamanda paytaxt şəhərlərin turizm
potensialının genişləndirilməsi,
beynəlxalq səviyyədə
tanıdılması və
davamlı sosial-iqtisadi
inkişafına nail olmaqdır.
«Şübhə yoxdur ki, tarixən
şəhərdə mövcud
sənət sahələrinin
qorunub saxlanmasına, itib-batan bir çox sənət sahələrinin bərpasına
təsir göstərə
biləcək paytaxt nominasiyası proqramı Şəkidə xalq tətbiqi-dekorativ sənətinin
inkişaf etdirilməsində
yeni mərhələnin
başlanğıcını
qoyacaq» - deyə, icra başçısı
bildirib.
Tədbirdə çıxış
edən Mədəniyyət
və Turizm nazirinin müavini Sevda xanım Məmmədəliyeva 2010-cu ildə
Şəki şəhərinin
Azərbaycanın sənətkarlıq
paytaxtı elan edilməsinin təsadüfi
olmadığını, vətənimizin
gözəl, dilbər
guşələrindən olan
qədim Şəki torpağının əsrlərlə
sənətkarların məskəni
kimi tanındığını
vurğulayıb: «Burada
memarlıq, tətbiqi
sənət, ağac və sümük üzərində oyma, dulusçuluq, misgərlik,
şəbəkə, zərgərlik
və digər sənət növləri
yüksək inkişaf
edib. Şəki
uzun illər Azərbaycanda, eləcə
də bütövlükdə
Qafqazda ipəkçiliyin
mərkəzi olub. XIX əsrdə dünyada
ən böyük ipəksarıma fabriki məhz Şəkidə fəaliyyət göstərirdi.
Şəki sənətkarlarından
söz düşəndə,
əlbəttə ki, bu qədim diyarın
özünəməxsus mətbəxini
unutmaq olmaz. Şəki şirniyyatı,
Şəki halvası,
Şəki pitisi artıq ölkəmizdən
xaricdə də tanınır. Şəki dünya
əhəmiyyətli tarix-memarlıq
abidələri ilə
də məşhurdur.
Şəki xanlarının
sarayı, Şəkixanovların
evi, Cümə məscidi, Dairəvi məbəd, Yuxarı və Aşağı karvansaralar, “Gələrsən-Görərsən”
qalası və s. məşhur tarixi abidələrdir.
Bu gün biz böyük qürurla qeyd edirik ki, milli
mədəniyyətimizin inciləri
olan ulu muğamımız, aşıq
sənətimiz, Novruz
bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilmişdir. Bütün bunlar, əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəni
irsimizin qorunması və təbliğinə yönəldilmiş çoxşaxəli
fəaliyyətlərinin, qeyri-maddi
mədəni irs nümunələrinin
qorunması və beynəlxalq səviyyədə
təbliği işinə
göstərdikləri xüsusi
diqqət və qayğının məntiqi
nəticəsidir».
Tədbirdə
şəhər Mədəniyyət və
Turizm
şöbəsinin müdiri Aydın İbrahimxəlilov Şəkinin
2010-cu ildə Azərbaycanın sənətkarlıq paytaxtı
elan edilməsindən iftixar hissi keçirdiklərini qeyd edib.
Daha sonra tədbir XIX əsrə aid tarix-memarlıq
abidəsi “Yuxarı Karvansara” mehmanxana kompleksinin həyətində
bədii proqramla davam etdirilib. Qonaqlar
el sənətkarlarının
əl işləri, hazırladıqları sənətkarlıq
nümunələri ilə
tanış olublar. Bakıdan gəlmiş “İrs” folklor və F. Əmirov adına Dövlət Mahnı və Rəqs ansambllarının,
habelə şəhər
mədəniyyət və
turizm şöbəsinin
musiqi kollektivlərinin
rəngarəng çıxışları
iştirakçılarda xoş
ovqat yaradıb.
Mədəniyyət.- 2010.- 7 aprel.- S. 4.