Dissertasiyalar virtual oxu zalında
Dünən M.F.Axundo v adına
Milli Kitabxanada Azərbaycan Respublikasında
bütün elm sahələri
üzrə müdafiə
olunan namizədlik və doktorluq dissertasiyalarının virtual oxu
zalının açılışı
oldu. Mərasimdə çıxış edən
Mədəniyyət və
Turizm naziri Əbülfəs Qarayev müasir dövrdə elektron informasiya daşıyıcılarının xüsusi əhəmiyyət
kəsb etdiyini və onun tez
bir vaxtda informasiya mübadiləsini
həyata keçirdiyini
bildirdi.
“Azərbaycan
Respublikasında kitabxana
- informasiya sahəsinin
2008-2013-cü illərdə inkişafı üzrə
Dövlət Proqramı”na
əsasən kitabxanaların
informasiyalaşmasına xüsusi
önəm verildiyini diqqətə çatdıran
nazir Proqramın icrası məqsədi ilə kitabxana-informasiya proseslərinin avtomatlaşdırıldığını
və bu prosesin regionlarda daha sürətlə inkişaf etdiyini vurğuladı: «Dissertasiyaların
virtual oxu zalı isə yalnız Milli Kitabxanada təşkil oluna bilər. Hazırda Milli Kitabxanada 7 min 842 dissertasiya saxlanılır
ki, onların da 1300-ü virtual bazaya daxil edilib. Buradakı
vacib məqamlardan biri dissertasiyaların Azərbaycan və rus dillərində olmasıdır. Bununla da istifadəçilər
hər iki dildə olan dissertasiyalar və avtoreferatlarla
Qeyd etdiyim kimi, bu işlər
və kitabxana - informasiya sisteminin sürətli inkişafı
yalnız Dövlət
Proqramı imzalandıqdan
sonra mümkün olub. Bu gün ölkə kitabxanalarında
islahatlar keçirilir,
yeni informasiya resurs və intellekt mərkəzləri
yaradılır. Azərbaycanın
təbliğinə yönələn
bu işlərin həyata keçirilməsində
təbii ki, Milli Kitabxana ön cərgədə olmalıdır».
Daha sonra Ali
Attestasiya Komitəsinin
sədri, akademik Arif Mehdiyev çıxış
edərək virtual dissertasiya
zalının açılmasının
nəinki dissertant və aspirantlara, eyni zamanda onların
rəhbərlərinə, bütün
alimlərə tədqiqat
mövzusu seçimində
böyük kömək
olacağını diqqətə
çatdırdı: «Azərbaycanda
hər il 500 namizədlik, 80-90 doktorluq dissertasiyası müdafiə
edilir. Onlar əsasən humanitar sahəyə aid olan tədqiqat əsərləridir.
Təbiət elmləri,
texnika, tibb isə bir qədər
kənarda qalır. Dissertasiyaların açıq
istifadəyə verilməsi
həm də onların plagiatının
qarşısını alacaq».
AMEA-nın
birinci vitse-prezidenti Arif Həşimov akademiyanın İnformasiya
Texnologiyaları İnstitutunda
müdafiə olunmuş
dissertasiya və avtoreferatların elektron bazasının yaradıldığını
diqqətə çatdıraraq
bunun elektron mübadilə üçün
yaxşı zəmin olduğunu bildirdi.
Təhsil nazirinin
müavini İradə
Hüseynova isə görülən işlərin
ümumilikdə elmin inkişafına təkan verdiyini dedi.
Milli Məclisin
Mədəniyyət komitəsinin
sədri Nizami Cəfərov kitabxanada bədii ədəbiyyatla yanaşı, elmi ədəbiyyatın say çoxluğunun
vacibliyindən danışaraq
bunun kitabxananın nüfuzunun artırılmasına,
onun elm və informasiya mərkəzinə
çevrilməsinə təkan
verməsindən danışdı.
Milli Məclisin deputatı Fəttah Heydərov virtual oxu zalları şəbəkəsinin
Azərbaycanın regionlarında
da yaradılması təklifi ilə çıxış etdi.
BDU-nun professoru
Abuzər Xələfov
isə təqdimatın
kitabxana tarixində böyük hadisə olduğunu dedi.
Tədbirə yekun vuran Ə.Qarayev Mədəniyyət və
Turizm Nazirliyi qarşısındakı digər
böyük vəzifənin
Azərbaycanda nəşriyyat
işinin daha da yaxşılaşdırılması,
Respublika Kitabxana Kollektorunun fəaliyyətinin
təkmilləşdirilməsi olduğunu dedi: «Bunun üçün ilk olaraq Nəşriyyat Qanununa çoxlu dəyişikliklər edilməli,
nəşriyyatlar kitabxanalarla
sıx vəhdətdə
işləməlidir. Rəqəmsal
informasiya daşıyıcılarının
sayını çoxaltmaq
məqsədi ilə
ilk öncə ənənəvi
kitablar əldə etmək lazımdır».
Natiq gələcəkdə
virtual zala daxil olmaq hüququnun Prezident Kitabxanasına, Milli Məclisin Kitabxanasına, AMEA-nın
Mərkəzi Elmi Kitabxanasına da verilməsinin vacib olduğunu diqqətə çatdırdı. Sonda dissertasiyaların elektron bazası nümayiş etdirildi.
«Mədəniyyət»
Mədəmiyyət.- 2010.- 7 aprel.- S. 4.