Ölkəmiz Beynəlxalq Kitab Sərgisində layiqincə təmsil olunub

 

26-31 mart 2010-cu il tarixində Parisdə ənənəvi Beynəlxalq Kitab Sərgisi keçirilib. Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə sərgidə Azərbaycan nümayəndə heyəti ilk dəfə iştirak edib.

 

Qeyd edək ki, Paris sərgisi hər il mart ayında təşkil olunur burada dünyanın 35 ölkəsindən minə yaxın nəşriyyat evi iştirak edir. Bu il sərginin 30 illiyi ilə əlaqədar olaraq təşkilatçılar tədbirə ənənəviFəxri qonaqqismində dünyanın 90 məşhur ədəbiyyat simasını, o cümlədən Umberto Eko, Doris Lessinq, Pol Oster kimi dünya şöhrətli yazıçıları dəvət ediblər. Sərgi təkcə nəşr məhsullarının deyil, dünya xalqlarının mədəniyyət mətbəx nümunələrinin nümayiş yeridir. Beynəlxalq tədbirin bir özəlliyi ondan ibarətdir ki, təşkilat komitəsi sərgiyə 40 min uşaq dəvət etməklə yanaşı, onların hər birini 7 avro məbləğində pul ilə mükafatlandırıblar. Beləliklə, kiçikyaşlı iştirakçılar maraqlandıqları kitabları əldə etmək imkanı qazanıblar.

Ölkəmizin təmsil olunduğu 15 kv. metrlik stenddə 6 yüzə qədər kitab, jurnal, turizmə aid bələdçi kitabçalar başqa çap məhsulları nümayiş etdirilib. Bununla yanaşı, stendimizdə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilən Novruz bayramının atributları sayılan bayram şirniyyatları - şəkərbura, paxlava, qoğal, həmçinin milli kulinariya nümunələri sərgi iştirakçılarının marağına səbəb olub.

26 27 mart 2010-cu il tarixlərindəTəxəyyülfestivalına qatılmaq üçün Parisə gəlmiş musiqişünas Sənubər Bağırovanın rəhbərlik etdiyi 7 nəfərdən ibarət Şirvan aşıqları, 29 mart 2010-cu il tarixdə isə UNESCO-nun Baş Qərargahında, eləcə Avropa Şurası qərargahında - Strasburq şəhərində Novruz bayramının təqdimat mərasimində iştirak etmək üçün Fransanın paytaxtında olan Qədim Musiqi Alətləri Ansamblının bir qrup üzvü Beynəlxalq Kitab Sərgisində stendimizin önündə çıxış ediblər.

Sərgidə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov səfirliyin bir neçə əməkdaşı ilə, Fransa rəsmi dairələrinin nümayəndələri, Mərakeşin Mədəniyyət naziri xanımı ilə başqa dövlətlərin yüksək vəzifəli təmsilçiləri iştirak ediblər.

27 29 mart 2010-cu il tarixlərində bir çox şəxslərdən - Luvr muzeyinin direktoru Anri Luaret, MONDEOS nəşriyyatlarının direktoru Jan-Mişel Mamman, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, ölkəmizin UNESCO yanında Daimi nümayəndəsi Eleonora Hüseynova, UNESCO-nun Qeyri-maddi mədəni irs sektorunun müdiri Sesil Düvel, TÜRKSOY-un Baş direktoru Düsen Kaseinov, məşhur qazax yazıçısı Oljas Süleymenov, Türkiyənin UNESCO yanında Daimi nümayəndəsi Gürcan Türkoğlu, eyni zamanda bir çox sadə vətəndaşlardan Azərbaycanla bağlı müsahibələr alınıb.

Qeyd edək ki, səfər çərçivəsində aparılmış çəkilişlər götürülmüş müsahibələr əsasında televiziya verilişi hazırlanır.

 

 

Mədəniyyət

 

Mədəniyyət.- 2010.- 6 aprel.- S. 3.