Səməndər Rzayevin xatirəsi anılıb
AMEA-nın N.Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin Aran Regional şöbəsi və Ağsu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Əməkdar artisti, Dövlət mükafatı
laureatı, görkəmli
aktyor Səməndər
Rzayevin (1945-1986) 65 illik
yubileyi ilə bağlı xatirə tədbiri keçirilib.
Tədbirdə çıxış edən
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı
Ənvər Seyidəliyev
Ağsu torpağının
yetirməsi olan böyük aktyorun vəfatından illər ötməsinə baxmayaraq,
bu gün də tamaşaçıların
yaddaşında yaşadığını
vurğuladı. Ağsu rayonundan millət
vəkili Ərəstun
Cavadov çıxışında
Səməndər Rzayevin
Azərbaycan mədəniyyətinə
verdiyi töhfələrindən
bəhs edərək bu cür şəxsiyyətlərin
hər zaman xalq tərəfindən hörmətlə anılacağını
bildirdi.
Sonra AMEA-nın
N.Gəncəvi adına
Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin
Aran Regional şöbəsinin
rəhbəri Yaqut Bahadırqızı adını
Azərbaycanın teatr
və kino tarixinə əbədi həkk etmiş Səməndər Rzayevin qısa, lakin parlaq sənət yoluna nəzər saldı, belə şəxsiyyətlərin anım
gecələrinin keçirilməsinin
milli-mədəni irsimizin
zənginləşdirilməsi baxımından önəmini
vurğuladı.
Görkəmli aktyorun yubiley tədbirində tanınmış mədəniyyət
xadimləri - Yaşar
Nuri, Rasim Balayev, Fuad Poladov,
Hacı İsmayılov,
Telman Adıgözəlov,
Firəngiz Mütəllimova,
Əli Nur, Azərpaşa Nemətov, İntiqam Mehdizadə və başqaları iştirak edirdi. Böyük aktyorun sənət dostları onun sənətə gəldiyi
ilk günlərdən, teatr,
kino, radio və televiziyadakı fəaliyyətindən
danışdılar.
Uzun müddət
Azərbaycan radiosunda
“Bulaq” verilişinin aparıcısı olmuş
Səməndər Rzayevin
ürəkləri riqqətə
gətirən lent yazılarının
səsləndirilməsi onun
sənətkar obrazını
yenidən canlandırdı.
Tədbir iştirakçıları
Səməndər Rzayevin
həyat və yaradıcılığına həsr
olunmuş “Nağıl
dünyamızın nağıl
şahzadəsi” kitabı
ilə də
Hikmət Quliyev,
Səfa Qarayev
Mədəniyyət.- 2010.- 9 aprel.- S. 14.