Onun bəlalı sevgisi”dən «Ölüm növbəsi

 

O, fərdi ifa tərzi, fərqli səs tembri, orijinal səhnə dinamikası çevik manevrləri ilə seçilir. Milli kino teatrımızda yaratdığı bir-birindən maraqlı obrazları, təzadlı xarakterlərə verdiyi sənət ömürlüyü ilə sevilən aktrisa kinomuzun ötkəm XalidəsindənOnun bəlalı sevgisi») oğlunu itirmiş qəhrəman Əsli anasınadəkQala» filmi) Azərbaycan qadının koloritini, özünəməxsusluğunu qəribə bir sadəlik, belə demək mümkünsə, çılpaqlığı ilə göstərə bilib. Tamaşaçı onun rollarında standartları, qəlibli məziyyətləri hiss etməyib. Bir aktrisa kimi bu, bəlkə Sona Mikayılovanın ən böyük xoşbəxtliyi, uğurudur. Onunla söhbət elə qəlibsiz, mizansız oldu. Aktrisa müsahibəsində sənətə gəlişindən sənətdənkənar yaşantılarınadək bəzi həyat məqamlarına aydınlıq gətirdi.

 

- Doğrusu, bu sənətə gəlməyimə səbəb anam olub. Çünki o həvəskar teatrda işləyirdi məni özü ilə məşqlərə aparardı. Bəzən elə oradaca, anamı gözləyə-gözləyə epizodik rolların ifaçısına çevrilirdim. Atam isə kinonu sevir məni mütəmadi kinoteatrlara aparardı. Bu minvalla özüm bilmədən iki böyük sənət sahəsi - kino teatrla iç-içə böyüdüm. Demək olar ki, on yaşımdan bu sənətin içindəyəm. İstənilən yaradıcılıq sahəsinin, xüsusən kino teatrın qapısının kandarından keçdinsə, sözün yaxşı mənasında, o səni sovurub salır içəri, aparır lap 40-cı qapısına (Gülür). Amma, əsla narazı deyiləm, yaxşı ki, sənət var mən bu sənətdəyəm.

- Kandarından girdiyiniz sənət sonradan sizi Moskva Dövlət Kinematoqrafiya İnstitutuna apardı. Tələbə Sona Mikayılovanı necə xatırlayırsınız?

- Mənə elə gəlir ki, insan həyatının ən maraqlı illəri məhz tələbəlik dövrüdür. Çılğın gənclik, qayğısız günlər, kövrək arzular bir hər şeyin öhdəsindən gələ bilmək enerjisi. Bax, o illərin energetikası bütün ömrə bəs edir. Mənim tələbə həyatım maraqlı rəngarəng olub. Tələbə yoldaşlarım arasında Həmidə Ömərova, Fərqanə Quliyeva, Ötkəm İsgəndərov, Fərhad İsrafilov da var idi. Müəllimimiz Yevgeni Semyonoviç Matveyev bizə Stanislavski məktəbini addımbaaddım tədris edir, deyərdim ki, onu canımıza, qanımıza hopdururdu. İnstitutun dəhlizlərində sənətin böyük simaları Sergey Gerasimov, Aleksey Batalov, Fyodor Bondarçuk kimi böyük sənətkarlarla üz-üzə gəlirdik, onların işlərini görürdük, məncə, bu, böyük xoşbəxtlik idi.

Amma mənim ən böyük xoşbəxtliyim Yevgeni Matveyevin on beş nəfərlik aktyor kursuna düşməyim və bu sənətin yollarını ondan öyrənməyim olub.

- Kino teatrdakı debütünüzü necə xatırlayırsınız?

- Teatrda debütüm C.Cabbarlının «Dönüş» pyesi əsasında Vaqif İbrahimoğlunun hazırladığı bir tamaşada oldu. Həmin tamaşada bizim bir çox dəyərli aktyorlarımız oynayıb - Muxtar Manıyev, Rasim Balayev, Əminə Yusifqızı digərləri. Rəfiqəm, aktrisa Fərqanə Quliyeva da tamaşada rol almışdı, amma ailə vəziyyəti ilə əlaqədar o, tamaşanı tərk etməli oldu. Kinoda debütümə gəlincə isə bu, “Onun bəlalı sevgisifilmində Xalidə obrazı oldu. Baş qadın rollarından birini ifa etmişəm deyilənə görə pis alınmayıb.

- Uğurlu debütdən sonra tamaşaçılar bir müddət sizi daha çox epizodik rollarda görürdü.

- Bilirsiniz, ilk işimdən sonra rejissor Gülbəniz Əzimzadənin iki filminə - “ İmtahanQaladan tapılan mücrü”yə çəkilmək üçün dəvət alsam da, ailə vəziyyətimlə əlaqədar kino fəaliyyətimdə estafet epizodik rollara keçdi. Təbii ki, övladlarımı böyütməli idim. Düşündüm ki, qadın olaraq həyat missiyamın əsası məhz budur.

- Bəlkə elə buna görədir ki, yaradıcılığınızda ana obrazı silsiləsi var.

- Doğrudur, o zamanlar bir-birinin ardınca silsilə ana obrazlarını yaratmalı oldum. C. MəmmədquluzadəninAnaəsərində ana, daha sonra Xalq yazıçısı Anarın ssenarisi əsasında ekranlaşdırılanCavid ömrü Şamil Nəcəfzadənin «Qala» filmlərində yenə ana obrazını yaratmalı oldum. Bəlkə elə buna görə dostlarım mənə zarafatla «dahilər anası» deyirdi (Gülür). Bu sıraya «Ölüm növbəsi» filmini aid etmək olar.

- Söz «Qala»dan düşmüşkən, bu filmdə yaratdığınız oğlunu itirmiş Əsli ananın hayqırtıyla söylədiyi «Bütün Azərbaycanı basılmaz qalaya çevirməliyikifadəsi bütünlükdə oğlunu torpaq, vətən uğrunda itirmiş anaların səsini, mərdliyini, dönməzliyini əks etdirir. Obrazın sizdə oyatdığı təəssürat...

- Təbii ki, ağrılı həm şərəfli bir roldu, analıq missiyası... Məncə, içində Vətən yanğısı olan hər kəs gərəkli məqamda elə Əsli ana olur. Azərbaycan qadınının böyüklüyü elə məhz bundadır.

- Bəs teatr, səhnə Sona Mikayılovaya verdi?

- Teatr mənə çox şey verdi. Uğurlu debütdən sonra Vaqif İbrahimoğlu ilə yaradıcı birliyimiz davam etdi. Bir teatr rejissoru kimi onunla işləmək mənə çox maraqlı idi. Həmin ərəfədə o, öz teatrını yaratdı mən heç fikirləşmədən həmin teatrda işləməyə qərar verdim. Düşünürəm ki, aktyor daim öz üzərində işləməli, yeniliklər axtarışında olmalıdır. Bu mənada fəaliyyətimin «Yuğ» mərhələsini fərqləndirirəm. Ümumilikdə məndən sənət müəllimimin kim olduğunu soruşsanız, düşünmədən Yevgeni Semyonoviç Matveyev Vaqif İbrahimoğlunun adını çəkərəm.

- Hazırda pedaqoji işlə məşğulsunuz, Mədəniyyət İncəsənət Universitetində dərs deyirsiniz. Tələbələrin səviyyəsi incəsənətə bağlılığı sizi qane edirmi?

- Mənim universitetə gəlməyimə Həmidə xanım Ömərova səbəb oldu. Düzdür, ilk gündən mən aktyor bölməsinə dərs demək istəyirdim, bu da təbii idi, çünki mən aktrisayam bu sənəti daha yaxşı çatdıracağıma inanırdım. Lakin kinoşünaslıq kafedrası yeni olduğundan bir müddət orada kino tarixindən dərs dedim, buna görə Həmidə xanıma minnətdaram. Hazırda isə gələcək aktyor nəslinə bildiklərimi öyrətməyə çalışıram. Gənclərə çox böyük ümidim var, maraqlı işlər görürəm. Festivallara, müsabiqələrə qatılmaları, müasir tələbləri, incəsənətin meyarlarını dərk etmələri işıqlı günlərimizin hələ qarşıda olduğunu deyir.

- Yəqin ailədə davamçılarınızın olması genetik kodla bağlıdır...

- Bəlkə . Oğlum Mikayılov Mikayıl əvvəl Pantomima Teatrında çalışdı, sonra Oqtay Mirqasımovun kurslarını bitirib rejissuraya meyilləndi. “Nərimanfilmşirkətində bir tammetrajlı, daha sonra isə qısametrajlı film çəkdi, paralel olaraq filmlərdə rol aldı. Lakin teatr həmişə onu cəlb etdiyindən yenidən teatra qayıtdı. İndi Dövlət Musiqili Komediya Teatrında rejissor kimi tamaşalar qoyur. Balaca oğlum isə Akademik Opera Balet Teatrının solistidir. Belə deyək , ailəmiz kiçik bir incəsənət köşəsidir.

- Özünüzü daha çox həyatda, yoxsa sənətdə bəxti gətirən qadın hesab edirsiniz?

- Deyim ki, hər şey aşıb-daşır, hər şey gözəldi, yox, amma bu günümdən razıyam. Min şükür ki, həyatda da, sənətdə , çətin məqamlarımda mənə dayaq olacaq həyat yoldaşım, övladlarım, Həmidə xanım Ömərova, Fərqanə xanım Quliyeva, Ötkəm İsgəndərov kimi sənət dostlarım var. Kinoya dəvət olunuram, tamaşalarda oynayıram. Deməli, mən kimlərəsə gərəkliyəm, məncə, insanın həyatda gərəkli olduğunu bilməsi çox böyük xoşbəxtlikdir.

 

 

Söhbətləşdi: Vəfa Təyyarqızı

 

Mədəniyyət.- 2010.- 9 aprel.- S. 10.