Dövlət Proqramı turizm sektorunun inkişafına təkan verəcək
Müasir dövrdə turizm iqtisadiyyatın ən sürətlə inkişaf edən sahələrindəndir. Hazırda dünya
üzrə ümumi məhsul istehsalının
10 faizi, ixracatın 8 faizi turizmin payına düşür.
Bununla yanaşı, turizm ölkələrin tarix və mədəniyyətinin,
təbii-coğrafi gözəlliklərinin,
müasir inkişaf tempinin dünyaya tanıdılması və
təbliği üçün
misilsiz imkanlar açır.
Zəngin tarixi-mədəni irsə
və əlverişli
təbii şəraitə
malik olan Azərbaycanda da turizm sektorunun geniş potensialı var. Ölkəmizdə turizmin
əksər növlərinin
inkişaf etdirilməsi
üçün imkanlar
mövcuddur. 2002-2005-ci
illərdə turizmin inkişafına dair Dövlət Proqramının
həyata keçirilməsi
bu sahədə daha geniş perspektivlərin olduğunu
üzə çıxarıb.
Ötən dövrdə
ölkəmizin beynəlxalq
turizm bazarına inteqrasiyanın əsası
qoyulub, rəqabətədavamlı
milli turizm kompleksi təşəkkül
tapmağa başlayıb.
Bununla yanaşı, Azərbaycanda
turizmin inkişafı
və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı
sahələrindən birinə
çevrilməsi kompleks
tədbirlərin həyata
keçirilməsini zəruri
edir. Azərbaycanda son illərdə əldə olunmuş yüksək sosial-iqtisadi irəliləyiş bu yöndə əlavə imkanlar yaradıb.
Prezident İlham Əliyevin aprelin 6-da imzaladığı
sərəncamla təsdiq
edilən «Azərbaycan
Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı» bu imkanların daha səmərəli şəkildə realizə
olunmasına əsas yaradır. Dövlət Proqramında ölkəmizdə
turizmin rastlaşdığı
problemlərin həlli
və turizm sahəsinin daha da inkişaf etdirilməsi üçün
geniş fəaliyyət
tədbirləri əksini
tapıb.
Əbülfəs Qarayev: «Azərbaycanda
turizmin davamlı inkişafı təmin olunmalıdır»
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Dövlət Proqramının ölkədə
turizm sektorunun inkişafına təkan verəcəyini vurğulayıb. Nazir
jurnalistlərə açıqlamasında
bildirib ki, Dövlət Proqramında
turizmin inkişafı
ilə bağlı geniş tədbirlər nəzərdə tutulub: «Biz bu sahədə
daha çox təşkilati və hüquqi nizamlama məsələlərinin həyata
keçirilməsini nəzərdə
tuturuq. Sərəncamda
turizmin bütün növləri - mədəni,
ekoloji, idman və turizmin başqa istiqamətləri
göstərilib. Bu, dövlətin vahid turizm siyasətinin təşkilidir».
Nazir qeyd edib ki, aprelin
13-də turist şirkətləri
və mehmanxana rəhbərlərinin iştirakı
ilə geniş toplantı keçiriləcək:
«Toplantıda Dövlət
Proqramından irəli
gələn məsələləri
müzakirə etməyi
nəzərdə tuturuq.
Hesab edirəm ki, Dövlət Proqramı gerçəkləşəndən
sonra ölkəmizdə
konkret zonalar, istiqamətlər üzrə
turizm yeni simada özünü göstərəcək. Azərbaycanda
turizmin davamlı inkişafı təmin olunmalıdır”.
Turizm sahəsində
kompleks tədbirlər
qeyri-neft sektorunun inkişafında əlavə
imkanlar açacaq
Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov
Dövlət Proqramı
ilə bağlı fikirlərini qəzetimizlə
bölüşərkən bildirdi ki, bu
sənəd ölkəmizdə
turizm sənayesinin və infrastrukturunun daha da inkişafına
və möhkəmləndirilməsinə
təkan verəcək:
«Dövlət Proqramının
icrası turizm sahəsində dövlət
və bələdiyyə
orqanlarının əlaqəli
fəaliyyətini daha
da gücləndirəcək.
Bununla da turizm sərvətləri, qorunan
obyektlər, bu sərvətlərdən istifadə
hüquqları müəyyənləşməklə,
turizm fəaliyyətinə
başlama, bu sahədə attestasiya və tanınma, əlaqələrin hüquqi
tənzimlənməsi, turizm
fəaliyyətinə nəzarətin
həyata keçirilməsi
üsulları mütərəqqi xarakter alacaq və müasir tələblər
əsasında gerçəkləşəcək.
Eyni zamanda, turizmdə təhlükəsizlik
və sığorta işlərinin həyata keçirilməsi yeni xarakter alacaq. Müxtəlif turizm istiqamətləri üzrə
infrastrukturun yenilənməsi
və yaradılması
xarici turistlərin respublikamıza marağını
artıracaq. Xarici valyutanın ölkəyə
axını güclənəcək.
Bu da öz
növbəsində iqtisadiyyata
bilavasitə müsbət
təsir edəcək».
Proqramda Azərbaycan
Turizm İnstitutu ilə bağlı xüsusi bəndin yer aldığını deyən C.Cəfərov bildirdi ki, rəhbərlik
etdiyi təhsil ocağı fəaliyyət
göstərdiyi dörd
il müddətində
turizm təhsili sahəsində bir sıra problemlərin həllinə səy göstərib. Bu sahədə xarici təcrübənin öyrənilməsi,
yerli ərazidə turizm potensialının tədqiqi, peşəyönümlü
qısamüddətli kursların
təşkili, bələdçi-tərcüməçilərin
hazırlanması istiqamətində
işlər görülüb:
«Biz xarici təcrübənin öyrənilməsinə
xüsusi önəm veririk. Tələbələrimiz
təcrübi biliklərini
daha da artırmaq
üçün təkcə
ölkəmizdə deyil,
dünyanın bir sıra ölkələrinin
turizm obyektlərində
tanışlıq və
istehsalat təcrübələri
keçirlər. Xidmət səviyyəsinin
yüksəldilməsi məqsədilə
ATİ-də bir sıra turizm sahələri, o cümlədən bələdçi-tərcüməçi,
səyahət agentliyi
və hotel menecerləri, aşpaz və restoran xidmətləri, mehmanxanada
qeydiyyat və servis üzrə qısamüddətli kursların
təşkili ilə bərabər, turizm müəssisələrinə
təşkilati, konsultativ,
elmi-metodiki xidmət də göstərilir.
Rektor Azərbaycan
Turizm İnstitutunun diplomlarının Avropa ölkələrində tanınması
yönündə də
addımlar atıldığını
dedi: «Avropa ölkələrində ATİ-nin diplomunun tanınması istiqamətində
ilk nəticələr əldə
edilib. ATİ ilə Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında “Turizm təhsili sahəsində beynəlxalq əməkdaşlıq
müqaviləsi” və
Akademik Müqavilənin
şərtlərinə əsasən,
4 illik bakalavr təhsilini bu proqram üzrə bitirən tələbələr
həm ATİ-nin, həm də Krems Tətbiqi Elmlər Universitetinin diplomlarını ala biləcəklər. İki
diplomlu tələbələr
Avropanın istənilən
ali məktəbində
təhsillərini davam
etdirməklə bərabər,
arzuladığı ölkədə
işləmək imkanı
qazanacaqlar. ATİ eyni
zamanda yeni müstəqillik qazanmış
ölkələrin Avropa
təhsil məkanına
cəlb edilməsi istiqamətində həyata
keçirilən Avropa
İttifaqının “Erasmus
Mundus Xarici Əməkdaşlıq Pəncərəsi”
proqramının qaliblərindəndir».
C.Cəfərov dedi ki, bu kompleks tədbirlər ölkəmizdə qeyri-neft sektorunun inkişafına böyük təsir edəcək, Azərbaycanı dünyada
təkcə
neft
ölkəsi kimi deyil, eyni zamanda,
böyük turizm potensialına malik ölkə kimi tanıdacaq.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2010.- 9 aprel.- S. 4.