Mədəniyyət və incəsənət xadimlərinə
mükafatlar təqdim
edildi
Aprelin 7-də Muzey Mərkəzində Azərbaycan
Prezidentinin sərəncamları
ilə orden, medal və yüksək fəxri adlara layiq görülmüş
mədəniyyət və
incəsənət xadimlərinə
vəsiqələrin təqdim
edilməsi ilə bağlı tədbir keçirildi.
Mərasimdə çıxış edən
Mədəniyyət və
Turizm naziri Əbülfəs Qarayev ölkə rəhbərliyinin
həyata keçirdiyi
məqsədyönlü siyasət
nəticəsində bütün
sahələrdə olduğu
kimi, mədəniyyət
və incəsənət
sahəsində də
tərəqqiyə nail olunduğunu
bildirdi. Nazir qeyd etdi ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində
artıq dünya miqyasında həyata keçirilən beynəlxalq
layihələrdə Azərbaycan
yaxından iştirak edir: “Bu gün mədəniyyətimizin
bütün sahələrində
bir canlanma müşahidə olunur. Şübhəsiz ki, bu ölkəmizin inkişafı ilə bağlıdır. Bütün
görülən işlər
bir daha Azərbaycanda aparılan mədəniyyət siyasətinin
müsbət effekt verdiyini göstərir”.
Orden, medal və fəxri adlarla təltif olunanların mədəniyyətimizin və
incəsənətimizin inkişafı
və
təbliğində böyük xidmətlər göstərdiyini vurğulayan nazir onlara ölkə
başçısı
İlham Əliyevin təbriklərini çatdırdı.
Sonra nazir Xalq şairi Zəlimxan Yaquba, Xalq artistləri Fidan Qasımovaya və Canəli Əkbərova “Şərəf”
ordeni, Xalq artistləri Hacı Murad Yagizarova, Xumar Zülfüqarovaya və Ağaxan Abdullayevə “Şöhrət”
ordeninin vəsiqələrini
təqdim etdi. Mədəniyyət və
Turizm Nazirliyinin Teatr sektorunun müdiri Naidə İsmayılzadəyə “Dövlət
qulluğunda fərqlənməyə
görə” medalı
təqdim olundu.
Bakı Xoreoqrafiya
Məktəbinin əməkdaşları
Nəzifə Əliyeva
və Züleyxa Nəcəfzadəyə “Tərəqqi”
medalının, Aqalliyay
Pellumb və İsakadze Allaya “Əməkdar müəllim”
fəxri adlarının
vəsiqələri verildi.
Tədbirdə Xalq şairi Zəlimxan Yaquba anadan olmasının 60 illiyi münasibətilə
TÜRKSOY təşkilatının onun üçün hazırladığı plaket
təqdim edildi.
Təltif olunanlar ölkə rəhbərliyi tərəfindən
mədəniyyətimizin inkişafı
istiqamətində görülmüş
işlərdən danışaraq,
dövlət başçısına,
eləcə də Mədəniyyət və
Turizm nazirinə diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.
İntiqam Hacılı
Mədəniyyət.- 2010.- 9 aprel.- S. 2.