Turizm sektorunda bələdçi problemi

 

Azərbaycanda turizm sektoru sürətlə inkişaf etməkdədir. Ölkəmiz artıq dünya turistləri üçün cəlbedici məkana çevrilir. Bunun arxasında isə son illər respublikamızda aparılan iqtisadi islahatlar, turizm sahəsində güclü infrastrukturun yaradılması yönündə görülən işlər dayanır. Məhz bu fəaliyyətin nəticəsidir ki, ildən-ilə ölkəyə gələn turistlərin sayında əhəmiyyətli artım müşahidə olunur.

 

Lakin inkişafda olan hər bir sahədə olduğu kimi, turizmdə problemlər mövcuddur. Ölkəyə gələn turistlərin sayı artdıqca onlarla işləyəcək yüksək ixtisaslı kadrların - peşəkar bələdçi-tərcüməçilər bələdçi-təlimatçılara tələbatın artdığını nəzərə alsaq, bu baxımdan turizm sahəsində problemlərin mövcud olduğunu xüsusilə qeyd etmək lazımdır. Məhz sözügedən kadrların peşəkarlığı, dünyagörüşü, mükəmməl biliyi, insanlarla ünsiyyət qurmaq bacarığı nəticə etibarilə turizm məhsulunun keyfiyyətinə təsir edir.

Turizmin inkişaf etdiyi ölkələrdə bu fakta xüsusi önəm verilir. Bələdçilərin fəaliyyəti bir neçə qurum tərəfindən tənzimlənir müvafiq idarənin icazəsi olmadan hər hansı turizm müəssisəsi bələdçi xidmətindən istifadə edə bilmir. Üstəlik, bələdçiliklə məşğul olmaq istəyən şəxsin mütləq lisenziyası olmalıdır. Ukraynada Rusiyada turist bələdçilərinin lisenziyasız fəaliyyətinə görə cərimələr nəzərdə tutulur. İtaliyada isə belə sənədi olmayan bələdçinin xidmətindən istifadə edən turistin hətta özünü cərimə edirlər.

Bir çox ölkələrdə bu işə turizm təhsili verən müəssisələr həmin ölkələrdə fəaliyyət göstərən turizm şirkətləri assosiasiyaları məsuldur. Maraqlıdır, bəs Azərbaycanda vəziyyət necədir? Öncə qeyd edək ki, ölkəmizdə bələdçi-tərcüməçilərin sayı barmaqla sayılacaq qədər azdır. Söhbət etdiyimiz əksər turizm şirkətlərinin rəhbərləri bu baxımdan çətinliklərlə qarşılaşdıqlarını bildirirlər.

 

Bələdçi kursları təşkil ediləcək

 

Azərbaycan Turizm Şirkətləri Assosiasiyasının prezidenti Nahid Bağırov deyir ki, rəhbərlik etdiyi qurum Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Turizm İnstitutu (ATİ) ilə birlikdə bələdçi kurslarının açılması ilə bağlı xüsusi layihələr hazırlayır: «Turizm İnstitutunu bitirən tələbələr üçün müsabiqə elan ediləcək. Müsabiqədə qalib gələn məzunlar bələdçi kurslarına cəlb olunacaq. Kurslar 1-2 ay müddətinə nəzərdə tutulur. Bu məqsədlə hazırda işçi qrupu yaradılıb».

Turizm üzrə mütəxəssis, ATİ-nin turizm biznesinin təşkili texnologiyası kafedrasının müdiri Bahadur Bilalov isə artıq bələdçi-tərcüməçilərin hazırlanması üçün xüsusi bir proqram hazırlandığını bildirir: «Bələdçi-tərcüməçilər üçün tədris proqramı elə hazırlanır ki, onlar buranı bitirdikdən sonra artıq peşəkar kimi fəaliyyət göstərə bilsinlər. Burada onlar ingilis rus dillərini öyrənirlər, üçüncü dili seçmək isə öz istəkləri ilə bağlıdır. Bu, alman, ərəb ya fransız dili ola bilər. İnstitutu bitirdikdən sonra onlara xüsusi sertifikat verilir. Bələdçi ölkənin ümumi dövlət mənafeyindən çıxış etməlidir məlumatları turistə bu baxımdan çatdırmalıdır. Ölkənin tarixini, coğrafiyasını, iqtisadiyyatını bilməli, abidələr haqqında mükəmməl məlumata malik olmalıdır. Bu, xüsusilə vacibdir. Tarixi abidə haqqında əcnəbiyə hər eşidilən rəvayət danışılmamalıdır. Ümumiyyətlə, belə neqativ hallarla üzləşməmək üçün bələdçilərdə abidələr haqqında rəvayətlərə yox, konkret faktlara əsaslanan məlumatlar olmalıdır. Bizim hazırladığımız proqramda bütün bunların hamısı nəzərə alınıb».

Bələdçi probleminin yaranma səbəbi haqda danışan mütəxəssis deyir ki, sovetlər dönəmində xarici turistlərlə işləyənİnturistsistemində 90-a yaxın, daxili turizmlə məşğul olan Bakı Səyahətlər Ekskursiyalar Bürosunda 150, gənclərin səyahətini təşkil edənSputnik”də isə 20-yə yaxın bələdçi, bələdçi-tərcüməçi bələdçi-təlimatçı fəaliyyət göstərib: «Bu insanlar müxtəlif ali məktəbləri qurtarsalar da, onlar müxtəlif seçim turlarından qalib çıxaraq, ən azı altı aylıq xüsusi hazırlıq keçdikdən sonra təcrübəli bələdçilərin nəzarəti ilə işə başlayırdılar. 90-cı illərin əvvəlində, bir çox sahələrdə olduğu kimi, turizm sahəsində yaşanan böhran, ölkəyə gələn turistlərin sayının kəskin azalması ilə əlaqədar həmin peşəkar kadrların bir hissəsi ölkəni tərk etdi, digərləri isə turizmdən uzaq sahələrdə çalışmağa başladı. Nəticədə Azərbaycan turizmi bu sarıdan ciddi kadr çatışmazlığı ilə üzləşdi. Bu gün xarici, eləcə daxili turistlərlə işləyən peşəkar bələdçilərin sayı çox azdır».

Mütəxəssisin fikrincə, bələdçi hazırlığına differensial yanaşma olmalıdır: «Məsələn, macəra turizmi üzrə bələdçi velosiped sürməyi, aşpazlıq etməyi, həkimliyi bacarmalı, piyada səyahət üçün bələdçi fiziki hazırlıqılı şəxs, eləcə də maraqlı həmsöhbət olmalıdır».

 

Azərbaycan dilində bələdçi kitablarının sayı azdır

 

Ötən əsrin 70-80-ci illərində respublikamızda ekskursiyaya çıxan bələdçilərə Bakı Səyahətlər Ekskursiyalar Bürosu tərəfindən icazə verilirdi. Təcrübəli bələdçi, uzun illər Bakı Səyahətlər Ekskursiyalar Bürosunun sədr müavini işləmiş (hazırda Azərbaycan Turizm İnstitutunda müəllimdir) Çingiz Həsənzadənin dediyinə görə, bələdçi-tərcüməçilərin hazırlanmasına bu qurumun tərkibində fəaliyyət göstərən Metodiki Şura cavabdeh idi: «Bizim 150-yə yaxın bələdçimiz vardı ki, onlardan yalnız 30-u idarənin işçisi idi. Qalanları isə ştatdankənar işləyirdi. Onlar bu peşəni sevən adamlar idilər asudə vaxtlarında müəyyən marşrutlar üzrə bələdçilik edirdilər».

Azərbaycan Turizm Ekskursiyalar Şurası sədrinin müavini Sabir Rəhimov isə deyir ki, bələdçinin turistə verdiyi məlumatlar, ilk növbədə, Milli Elmlər Akademiyasının müvafiq institutlarının rəyi əsasında hazırlanmalıdır: «Bu qurum müəyyənləşdirməlidir ki, bələdçi ölkəyə gələn qonağa nəyi deyə bilər, nəyi yox. Hər xarici dil bilən şəxsdən bələdçi olmaz. Bu işin mütəxəssisi olmağın şərtləri var».

Yeri gəlmişkən, indiyədək Azərbaycan dilində bələdçinin məlumat kitabı nəşr olunmayıb. S.Rəhimov bildirdi ki, belə vəsaitlərə rus dilində çox rast gəlmək olar. Azərbaycan dilində ümumilikdə isə bu sahəyə dair cəmi 2-3 ədəd kitab var.

 

Dünya təcrübəsini tətbiq etməliyik

 

Xarici ölkələrdə turizm sektorunda bələdçi məsələsi xüsusi önəm daşıyır. Hətta bu sahədə turizm şirkətləri arasında rəqabət var, bu ya digər şirkətin hansı bələdçilərlə işləməsinə diqqət verilir. Çünki turistlər üçün bələdçi bir növ gəldikləri ölkənin siması sayılır. Sadəcə, hansısa xarici dil bilən, amma konkret turizm marşrutu haqqında, tarix mədəniyyətimiz barədə yetərli məlumatı olmayanlar bu işə cəlb edilməməlidir.

 

 

Fəxriyyə ABDULLAYEVA

 

Mədəniyyət.- 2010.- 14 aprel.- S. 8.