Baxış qiymətləndirmə meyarı

 

Paytaxtın Xalq teatrlarının birinci festivalına yekun vuruldu

 

Ötən həftə paytaxtımızın mədəni mühitində əlamətdar hadisələrdən birinə şahid olduq. Zəngin teatr ənənələrindən, peşəkar səhnədən çox öncə yaranıb, onların bu gününə rəvac verən xalq teatrları dram dərnəkləri anlayışları yenidən gündəmə gəldi. Həm maraqlı rəngarəng, müasir bir o qədər qaim-qədim tərzdə. Aprelin 1-dən 10-dək keçirilən Bakı şəhər Xalq teatrlarının birinci festivalından təəssüratı bu cür səciyyələndirmək olar.

 

Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən festival xalq yaradıcılığının inkişafı, mədəniyyət müəssisələrinin işinin daha da səmərəli təşkili, əhalinin teatra marağını artırmaq məqsədi daşıyırdı. Festivalda Bakının mədəniyyət müəssisələrində fəaliyyət göstərən 12 xalq teatrı 3 dram dərnəyi iştirak edirdi. Məktəblilər, tələbələr, mədəniyyət işçiləri, həkim, polis, yanğınsöndürən, çilingər digər peşə, sənət sahiblərindən ibarət həvəskar truppalar xalq nağıllarını, klassiklərin, müasir yazıçıların əsərlərini öz yozumlarında təqdim etdilər.

Festivalın qalibləri Nizami adına Mədəniyyət Mərkəzinin Mərdəkan xalq teatrı (1-ci yer), İ.Əbilov adına Mədəniyyət Mərkəzinin «Axın teatrı» (2-ci yer), M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət Evinin kukla teatrı (3-cü yer) oldular.

Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin rəisi Əlikram Əliyev iki il öncə baş tutmuş xalq teatrlarının ümumrespublika festivalından sonra Bakı şəhəri üzrə ilk dəfə olaraq belə bir müsabiqənin keçirilməsinin zəruri olduğunu diqqətə çatdırdı: «Festival göstərdi ki, xalq teatrlarının dram dərnəklərinin problemləri olsa da, teatr sənətinə maraq çox böyükdür. Təkcə maraq yox, nailiyyətlər göz qabağındadır. Gələcəkdə xalq teatrlarının rejissorları üçün seminar-məşğələlər təşkil etməyi, Yazıçılar Birliyinin köməyi ilə truppalar üçün birpərdəli pyeslər müsabiqəsini keçirməyi nəzərdə tutmuşuq. Bundan başqa, teatr dram dərnəklərinin texniki bazası da yaxşılaşdırılacaq. Bu, çox vacibdir. Müxtəlif peşə sahiblərinin teatr sənətinə marağına, həvəsinə, məhəbbətinə etinasız yanaşmaq olmaz».

İdarə rəisi xalq teatrlarının beynəlxalq müsabiqələrdə iştirakına da dəstək veriləcəyini bildirdi: «Sovet dövründə bu sahədə digər sosialist respublikaları ilə sıx əlaqələr olub. Bu festivalda qalib gəlmiş 3 kollektiv ümumrespublika baxış-müsabiqəsinə vəsiqə qazandılar. Bundan sonra xalq teatrlarının dram dərnəklərinin beynəlxalq tədbirlərdə iştirakını təmin etmək daha məqsədəuyğun olacaq».

Müşahidələrimi bir daha şərh edərək vurğulayım ki, xalq teatrları dram dərnəkləri yüksək səviyyədə tanınmağa tam layiqdirlər. Bundan əlavə, Könül Axundova, Atababa Hacıbabayev, Loğman Kərimov, Azad Şükürov Aydın Əzimovdan ibarət münsiflər heyətinin seçimini yalnız alqışlamaq olar.

Birinci yerə layiq görülmüş Nizami adına Mədəniyyət Mərkəzinin «Mərdəkan» xalq teatrının «Diqqət, başlayıram», ikinci yerə layiq görülmüş İ.Əbilov adına Mədəniyyət Mərkəzinin «Axın teatrı»nın «Qapalı qapı» üçüncü yerə layiq görülmüş M.Ə.Sabir adına Balaxını qəsəbə Mədəniyyət Evinin kukla teatrının «Tülkünün bahar sərgüzəştləri» tamaşalarını mübaliğəsiz səhnə əsərləri adlandırmaq olar.

«Diqqət, başlayıram» «Qapalı qapı» tamaşaları bəzi peşəkar teatrlara örnək ola bilər. Tamaşada söz, sənət yaradıcılığına kütləvi xarakter vermək istəyənlər sərrastlıqla qamçılanır. Devizi «Şairəm, çünki bəzən şeir yazıram» olan redaksiya, qaz borusunu təmir etdirmək üçün çağırılan çilingərin zədələnmiş qaz borusu ilə deyil, «poeziya» ilə məşğul olmaq arzusu, yazdıqlarını çap etdirmək istəyən qəssab, polis, xadimə, pinəçi, həkim - məgər hər birimizə çox yaxşı tanış olan gülünc mənzərə deyilmi? Tipajları son dərəcə təbii canlandıran Mərdəkan xalq teatrının həvəskar aktyorlarının Aktyor Evinin səhnəsindəki hərəkətləri qədərində sərbəst dolğun idi.

İ.Əbilov adına Mədəniyyət Mərkəzinin «Axın teatrı»nın «Qapalı qapı» səhnə əsərinin quruluşçu rejissoru tanınmış teatr kino aktyoru Vidadi Həsənovdur. Onun meydan him-cim tamaşalarının elementləri daxil olmaqla quruluş verdiyi bu səhnə əsərində söhbət avtomobil qəzası nəticəsində bir ailənin başına gələn faciədən gedir. Ana həlak olub, qızı görmə qabiliyyətini itirib, ata ilə oğul isə salamat qalıblar. 21 yaşlı Nərminə həyatın bu zərbələri qarşısında əyilməyən, hər an çıxış yolu axtaran bütöv xarakterli bir qızdır. Lakin qardaşının ailəcanlı olmaması, bacısını əlillər evinə qoymaq istəməsi, atasının isə qızının həyatını asanlaşdırmaqdan ötrü heç etməyən iradəsiz bir insan olması Nərminə üçün xeyli çətinliklər törədir.

Beləliklə, müstəsna vokal imkanlarına malik olan Nərminənin konservatoriyada yarımçıq təhsilini davam etdirmək, işləmək həvəsi nadanlıq divarı ilə üzləşir. «Qapalı qapı» sosial, hətta gender problemlərinə diqqət çəksə , fabulanı publisistikaya yaxınlaşdıran tərzdən kənara çıxararaq mövzunun fəlsəfi-psixoloji aspektlərini maraqlı priyomlar, kifayət qədər bitkin oyun tərzi ilə ifadə etdi.

Tamaşa mövzu aktuallığı təbiiliyinə görə alqışlarla qarşılandı. Quruluşçu rejissor Vidadi Həsənov isə münsiflər heyətinin qərarı ilə «Ən yaxşı rejissor işi» nominasiyasının qalibi oldu. Digər nominasiyalarda - «Ən yaxşı musiqi tərtibatı»na görəDiqqət, başlayıram») Eldar Mirzəyev, «Ən yaxşı qadın rolu»na görə (Ə. Paşayev adına Mədəniyyət Evinin «Ayı» tamaşası) Zibeydə Məmmədova «Ən yaxşı kişi rolu» nominasiyasınaDiqqət, başlayıram») isə ömrünü xalq teatrına həsr etmiş Əlikram Əzimov mükafatlandırıldılar. Festivalın digər iştirakçıları isə fəxri fərmanlarla təltif edildilər.

 

 

Samirə Behbudqızı

 

Mədəniyyət.- 2010.- 14 aprel.- S. 7.