TELMAN ABBASQULU OĞLU ADIGÖZƏLOV

 

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Tanınmış teatr kino aktyoru, Respublikanın Xalq artisti, Prezident mükafatçısı Telman Abbasqulu oğlu Adıgözəlov 2010-cu il aprel ayının 15-də ömrünün 57-ci ilində qəflətən vəfat etmişdir.

Telman Adıgözəlov 1953-cü il iyul ayının 17-də Balakən rayonunda anadan olmuşdur.

O, 1975-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram kino aktyoru» fakültəsini bitirmişdir. 1980-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına işə götürülmüşdür.

Teatrın səhnəsində yaratdığı Daşdəmir, RəhmanXurşidbanu Natəvan», «Mahnı dağlarda qaldı» İ.Əfəndiyev), XanəhmədKözərən ocaqlar» M.İbrahimov), OyunbazQədir gecəsi» E.Baxış), TəlxəkVaqif» S.Vurğun), Əhməd, Professor («Ah Paris... Paris...», «Mənim sevimli dəlim» Elçin), QumarbazHələ sevirəm deməmişdilər» R.Novruz), NamiqŞəhərin yay günləri» Anar), LazQanlı Nigar» S.Şendil), UoltetÜç quruşluq opera» B.Brext), AlyoşkaHəyatın dibində» M.Qorki), FlinsMaqbet» U.Şekspir), DərvişMüsyö Jordan dərviş Məstəli şah» M.F.Axundzadə) s. kimi obrazlar tamaşaçı məhəbbəti qazanmışdır.

Aktyor Azərbaycan Dövlət Televiziyasında hazırlanmış «Yaşıl eynəkli adam» (Aerobika müəllimi), «Ordan-burdan» (Rəqs müəllimi), «Evləri köndələn yar» (Kamil), «Yarımştat» (Zaman), «Qonşular» (Səlim), «Nigarançılıq» (Hüseyn) teletamaşalarında unudulmaz surətlər yaratmışdır.

T.Adıgözəlov «Azərbaycanfilm» kinostudiyasında istehsal etdiyi «Nəsimi», «Üzü küləyə», «Mən dəniz sahilində böyümüşəm», «Yol əhvalatı», «1001-ci qastrol», «Çadırımız çobanlardır», «Qırmızı qatar», «Qurama», «Dörd bazar günü» filmlərində müxtəlif xarakterli obrazlar yaratmışdır.

O, son illər Azərbaycan televiziyasının populyar verilişlərindən biri olan «Kinoklub»un əvəzsiz aparıcısı idi.

Telman Adıgözəlov teatr kino yaradıcılığındakı fəaliyyətinə görə 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülmüşdür. O, Prezident mükafatçısı idi.

Telman Adıgözəlov Azərbaycan teatr kino sənətində xüsusi yer tutan sənətkarlardan biri idi. İstedadı, bənzərsiz ifa üslubu ilə o, yüzlərlə pərəstişkarların məhəbbətini qazanmışdı. Telman Adıgözəlov yaradıcılığını hələ neçə illər bundan sonra da yaddaşlarda yaşadacaqdır.

Amansız ölüm istedadlı aktyoru aramızdan apardı.

Telman Adıgözəlovun əziz xatirəsi sənətsevərlərin və onu tanıyanların qəlbində yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

 

Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyi

 

Azərbaycan Teatr Xadimləri İttifaqı

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

 

Mədəniyyət.- 2010.- 16 aprel.- S. 6.