Sənətin Məcnunutəqdim olundu

 

Aprelin 16-ı Dövlət İncəsənət Muzeyində Ziyadxan Əliyevin dahi Azərbaycan rəssamı Səttar Bəhlulzadəyə həsr olunmuşSənətin Məcnunuadlı kitabının təqdimat mərasimi keçirildi. Tədbirdə çıxış edən mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev ilk növbədə Səttar Bəhlulzadənin dahi rəssam yüksək vətəndaşlıq mövqeyinə malik şəxsiyyət olduğunu vurğuladı: “Bu cür şəxsiyyət haqqında geniş tərtibatda kitab hazırlamaq Ziyadxan Əliyevə həvalə olundu. Nəticədə rəssam haqqında bütün ensiklopedik digər məlumatları özündə cəmləşdirən mükəmməl bir kitab ərsəyə gəldi. Kitabın hazırlanmasına gərgin əmək sərf edən bu işi özünə mənəvi borc bilən Ziyadxan müəllimə təşəkkürümü bildirirəm. “Sənətin Məcnunukitabını əldə edən hər bir şəxs Səttar Bəhlulzadə koloriti yaradıcılığı ilə ətraflı tanış ola bilər. Səttar irsini öyrənmək üçün bu kitab əvəzolunmaz nəşrdir. Bütün sənət adamlarını bu kitab münasibətilə təbrik edirəm”.

Xalq rəssamları Fərhad Xəlilov, Altay Hacıyev, sənətşünaslıq doktoru İlham Rəhimli, sənətşünaslıq namizədi Etibar Babayev, Ədəbiyyat və İncəsənət Arxivinin müdiri Maarif Teymur Səttar Bəhlulzadə haqqında xatirələrindən vəSənətin Məcnunukitabının dəyərindən danışdılar.

Sonda kitabın müəllifi, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyevə söz verildi. O, kitabın ərsəyə gəlməsində Mədəniyyət Turizm Nazirliyinin böyük dəstək verdiyini qeyd etdi: “Kitabın nəşr olunmasında mənə kömək olan bütün insanlara öz təşəkkürümü bildirirəm. Mənə elə gəlir ki, bu kitab Səttar Bəhlulzadə sənətinin şəxsiyyətinin daha əhatəli tanıdılmasında, öyrənilməsində əhəmiyyətli rol oynayacaq”.

Məlumat üçün bildirək ki, “Silinməz izlərseriyasından sayca üçüncü nəşr olanSənətin Məcnunukitabı Mədəniyyət Turizm Nazirliyinin təşəbbüsü ilə 2009-cu ildəAspoliqrafnəşriyyatında çap olunub. Kitabda Səttar Bəhlulzadənin yaradıcılığının geniş təhlili ilə yanaşı, əsərlərinin siyahısı, onların yaranma tarixi, xatirələr, haqqında deyilmiş fikirlər, poeziya nümunələri, rəssamın gündəlikləri, sənət haqqında fikirləri s. yer alıb.

 

 

Hacılı İntiqam.

 

Mədəniyyət.- 2010.- 21 aprel.- S. 15.