Üç böyük qardaşdan böyüyü
Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyli
1884-cü il aprelin 17-də
Düşüncələri, əsərləri...
Hələ uşaqkən öz ailəsi və Şuşanın mədəni
mühiti tərəfindən
ona aşılanmış
sənət duyğuları
Zülfüqarda özünü
musiqiyə həsr etmək istəyi yaratmışdı. Eşitdiyi
el nəğmələri,
xalq mahnıları onun özüylə bərabər böyüyür,
sənət əsərlərinə
çevrilirdi. Bəzən
də not yaradıcılığına ara
verib, düşüncələrini
mətbu yazılarla bəyan edirdi. Məsələn, fərdi zövqlə
ictimai-milli zövq arasındakı ziddiyyət
Zülfüqar Hacıbəyli
qələmində belə
şərh olunurdu:
«1908-ci ildən bəri
- yəni «Leyli və Məcnun» adlı ilk Azərbaycan
operasının meydana
çıxmasından başlayaraq
xalqımız ümumən
Yaxın Şərq üçün yeni
olan bu sənət
«dilinə» də yiyələnir, tamaşalarda
fəal iştirak edir. Əlbəttə, bu yeni zövqə
qarşı xalqda antipatiya yaratmaq heç də yaxşı, inkişaflı
gələcək vəd
etmir. Bunları yazmağa məni
vadar edən odur ki, ilk
Azərbaycan operası
səhnəyə qoyularkən
Nikolay istibdadı dövründə bəslənmiş,
böyümüş, tərbiyələnmiş,
milli hissini unutmuş bəzi Azərbaycan ziyalıları
bu cür yenilik başlanğıcına
təhqiranə nəzər
ilə baxmağa bünövrə qoydular...»
Dərin milli düşüncə
sahibi olan Zülfüqar Hacıbəyli
həmin dırnaqarası
ziyalıların nihilist fikirlərindən
çəkinməyərək, bir-birinin ardınca maraqlı operettalar, opera, kompozisiya və digər janrlı əsərlər yaradır. Özündən kiçik qardaşı Üzeyir bəyin «O olmasın, bu olsun», «Arşın mal alan» kimi
dahiyanə operettaları
ilə birgə Azərbaycan tamaşaçısı
Zülfüqar bəyin
«Evliykən subay», «Məşədi Xudu», «Əlli yaşında cavan» (1910) və başqa operettalarını
da çox maraqla qarşılayır,
alqışlayırdı. «Kənd qızı»,
«Əsgər nəğməsi»
və s. mahnıları dövrün
dillər əzbəri
idi. Bu əsərlər
də Azərbaycan professional bəstəkar yaradıcılığının ilk nümunələri sırasında idi.
Zülfüqar Hacıbəyli yaradıcılığının
əhəmiyyəti həm
də qədim Azərbaycan musiqi ənənələrinin yenilənmə,
zənginləşmə və
inkişafı prosesini
sürətləndirməsində idi. Onun fortepiano ilə
simfonik orkestr üçün yazdığı
«Azərbaycan qadınının
rəqsi», bəstəkar
Zakir Bağırovla birgə işlədiyi «Kantata» uzun illər
ictimai zövq meyarı kimi səsləndirilib.
Zülfüqar Hacıbəyovun
adı ilk Azərbaycan
operasından 7 il sonra - 1915-ci ildə yazdığı
«Aşıq Qərib»lə mədəniyyət
tariximizə gözəl
bir opera müəllifi
kimi də düşür. Bütün bunlar - bu təvazökar, məhsuldar,
vətənpərvər bəstəkarımızın
mədəniyyət aləmindəki
xidmətləri, gec də olsa, qiymətləndirilir;
1943-cü ildə Əməkdar
incəsənət xadimi
fəxri adı,
1946-cı ildə «Şərəf»
nişanı ordeni ilə təltif edilir.
«Bu dünyaya tezikdim,
o dünyaya gecikdim...»
Dırnaq işarəsi içərisində
verdiyim bu «sitatı»ı heç kəs heç bir mənbə-məxəzdə
axtarmasın - tapılmayacaq. Çünki
Zülfüqar Hacıbəyli
bu sözləri
1949-cu ildə xəstəxanada
müalicə olunarkən
19 yaşlı bir şəfqət bacısına
deyib. Həmin şəfqət bacısı
isə - sonralar baş həkim işləyərkən - 1989-cu ildə telemüsahibəmiz
zamanı bunu mənə danışmışdı.
Zülfüqar Hacıbəyli xəstəxanada
olduğu günlərdə
tez-tez ona baş çəkən həmin şəfqət bacısı məşhur
bəstəkarın maraqlı
söhbətlərinə qulaq
asar, ona əsərlərini, mahnılarını
çox sevdiyini bildirərmiş. Üzeyir bəyin daha məşhur, daha populyar olmasından dolayı, bir gün də Zülfüqar bəyə
belə bir sual verir: «Ay
Zülfüqar əmi,
rəhmətlik Üzeyir
bəy Sizdən neçə yaş böyük idi ki?» Mətləbi anlayan Zülfüqar Hacıbəyli «incik» bir rola girib:
«Üzeyirin nə həddi vardı ki, yaşca da məndən böyük olaydı? O məndən düz 1 il 5 ay uşaq
idi». Bunu deyib hüznlü görkəm alan bəstəkar əlavə
edir: «Onunla müqayisədə mən
bu dünyaya tezikdim, o dünyaya
gecikdim...»
Ovqat şəfası...
Bir gün o şəfqət bacısı Üzeyir bəyin keşməkeşli
tale yolu haqda atasının söylədiklərini
də Zülfüqar bəyə danışır. «Zəmanə
qulaqları» xofundan xısın-xısın danışır.
Söyləyir ki: «Zülfüqar əmi,
xəbəriniz varmı
ki, bir neçə
dəfə repressiya qurbanlığından qurtulan
Üzeyir bəyi axırıncı dəfə
də Məmməd Səid Ordubadi xilas edib?» Özünü
heç nədən xəbərsiz kimi göstərən Zülfüqar
bəy: «Necə
xilas edib?!» - deyə soruşanda şəfqət bacısı
fəxarətilə deyir:
«Heç nə, Ordubadi yoldaş Bağırova deyib ki, Hacıbəyovu aradan götürsəniz,
onda gərək bütün teatrların qapılarından qıfıl
asaq. Axı, bütün teatrlarda Hacıbəyovların əsərləri
oynanılır!..»
Bu Hacıbəyovlardan biri də Zülfüqar
bəy idi...
Tahir Abbaslı
Xalq qəzeti.- 2010.- 21 aprel.- S. 14.