Kinomuzu dünyaya çıxaracaq yol - müştərək istehsal

 

Bu gün Azərbaycanda kino istehsalı ilə məşğul olan çoxlu prodakşn studiyalar fəaliyyət göstərir. Lakin bu studiyaların hamısı tammetrajlı filmlərin çəkilişi ilə məşğul deyil. Bununla belə, dövlət sifarişi ilə il ərzində istehsalata 5-6 film buraxılır. Az da olsa, filmlərimiz artıq festivallarda nümayiş olunur. Amma Azərbaycan kinosunun dünya kino bazarına daxil olmasından danışmaq hələ tezdir. Bir çox ölkələr, uzağa getməyək, Gürcüstan, Qazaxıstan son vaxtlar dünyaya çıxış üçün müştərək filmlərin istehsalından bəhrələnir. Müştərək layihələrlə həm filmin büdcəsini artırmaq, həm qarşılıqlı mübadilə nəticəsində ortaya keyfiyyətli ekran işi çıxarmaq mümkün olur.

 

Bu məsələ bizim üçün aktualdır. Qeyd edək ki, dünyanın aparıcı kino şirkətləri ilə müştərək filmlərin istehsalının təşkil edilməsiAzərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nda da əksini tapıb.

 Müştərək istehsalın üstünlükləri filmə iki dövlətin kinoteatr şəbəkəsində özünə tamaşaçı auditoriyası qazanmaq fürsəti verir. İki dövlət öz maliyyəsini, yaradıcı heyətini, texnikasını ortaya qoyaraq keyfiyyətli ekran işinin ərsəyə gəlməsinə şərait yaradır. Filmin hər iki ölkədə tanınması mümkün olur.

Azərbaycanda müştərək film layihələrinə gəldikdə isə, bu sırada son illərdə istehsal olunan filmlərdənSahə”, “Qala”, “Kabusfilmlərinin adlarını çəkə bilərik.

Qalafilminin rejissoru Şamil Nəcəfzadə bildirir ki, müştərək layihə gələcək filmin coğrafiyasını genişləndirir: “Burada bir neçə ölkənin prodüserləri, aktyorları iştirak edir deyə həmin ölkələrdə filmə maraq çox olur. Dünya kino praktikasında müştərək istehsal artıq adi bir hala çevrilib. Biz bu sistemdən daha çox yararlanmalıyıq. KoprodakşnQalafilmində necə baş tutdu? Biz filmdə rus aktyorlar oynayacağını digər məsələləri nəzərə alıb, Rusiyadan prodüser vəsait cəlb etmək fikrinə düşdük”.

Qeyd edək ki, “Qalafilmi «Azərbaycanfilm» kinostudiyası ilə Rusiyanın «United Multimedia Projects» şirkətinin birgə işidir. Əslində, istehsalın bu formasının əsasını ideya təşkil edir. Əgər filmin mövzusu hər iki ya çox olan tərəfləri qane edirsə, bu baş tutur. Çünki çəkiləcək filmin ideyası hər iki tərəfin tamaşaçısının marağında olmalıdır.

 

Beynəlxalq festivallarda müştərək filmlərə üstünlük verilir

 

Birgə istehsal kinomuzun dünya arenasına çıxmasında mühüm addımdır. Bu halda, filmin dünya ekranlarına çıxmaq şansı yüksəlir. Adətən beynəlxalq festivallarda müştərək filmlərə üstünlük verilir. Məsələn, hansısa beynəlxalq festivala Gürcüstanla müştərək filmimizi təqdim etsək, bu müsabiqə təşkilatçılarında marağa səbəb olacaq. “Nərimanfilmkinostudiyası daSahə” (rejissor İlqar Safat) filmini qonşu ölkə ilə birgə istehsal edib. Film bütünlüklə Azərbaycanda 35 mm kino lentinə çəkilib. Layihə Kler Douns (ssenarist, Britaniya) Cedomir Kolar (prodüser, Fransa) konsultasiyaları əsasında İFA-SC treninq proqramı çərçivəsində işlənib. “Sahəfilmi cografi mənşəyinə, universal mövzularına görə “art-house” sayıla bilməsinə baxmayaraq, kommersiya baxımından da güclüdür.

Nərimanfilmkinostudiyasının prodüseri Leyla Dostəliyeva bu işin uğurlu alındığını qeyd edir: “Sahətammetrajlı bədii filmiNərimanfilmkinostudiyasının GürcüstanınGeorgiafilmkinostudiyası Bagira Films” kinokompaniyası ilə müştərək istehsalıdır. Sözügedən layihə fəaliyyət göstərdikləri uzun illər ərzində Azərbaycan Gürcüstan kinematoqrafçılarının ilk müştərək işidir.

Nərimanfilmkinostudiyası adıçəkilən layihənin aparıcı istehsalçısıdır. Gürcü kinematoqrafçılar isə çəkiliş prosesinin texniki təchizatı, həmçinin, filmin Gürcüstanda Avropada geniş yayımlanması ilə təcəssüm olunur. Qeyd etməliyəm ki, “Sahəfilminin istehsalı Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyi tərəfindən olan qismən maliyyələşdirmə PaşaBank-ın göstərdiyi maliyyə dəstəyi nəticəsində həyata keçirilir”.

Bu yaxınlarda AmerikanınBros.Production” LLC kompaniyası ilə bağladıqları müqaviləyə toxunan Leyla Dostəliyeva bildirdi ki, “Nərimanfilmkinostudiyası Azərbaycanda filmlərin istehsalı ilə məşğul olacaq, “Bros.Production” LLC kino şirkəti isə maddi-texniki köməklik göstərəcək. Həmçinin, “Bros.Production” LLC kompaniyası respublikamızda istehsal olunmuş filmlərin Azərbaycandan kənarda yayılması məsələsində yardımçı olacaq.

Prodüser daha sonra müştərək işin xeyrindən danışdı. Bildirdi ki, gürcü kompaniyaları ilə olan əməkdaşlıq onlara müsbət impuls vermiş filmin yaradılması prosesində çox mühüm pozitiv nəticələr əldə ediblər: “Bizim o qədər böyük olmayan təcrübəmizdən aydın olur ki, tamaşaçıların maraqlarına səbəb olmaq üçün filmlərimizi məhz xarici partnyorlarla müştərək çəkməliyik. Xarici partnyorlarla əməkdaşlıq öz işinə kənardan baxmaq imkanı verir, müxtəlif sahələrdə təcrübə mübadiləsinə şərait yaradır. Üstəlik, partnyor vasitəsilə informasiya vermək üçün zəmin hazırlayır. Nümunə olaraqSahəfilmini göstərə bilərik. Hələ istehsal başa çatmamış Gürcüstan, Türkiyə Fransa auditoriyaları tərəfindən müəyyən maraq vardır”.

Göründüyü kimi, “AzərbaycanfilmNərimanfilmkinostudiyalarının koprodakşn işləri müştərək layihələrin kinomuzun dünya arenasına çıxmasında böyük rolu olduğunu göstərir. Müasir kinomuzda müştərək filmlər say etibarilə azdır. Amma son illər bizdə bu təcrübədən istifadə edilir. Niyə olmasın?! Azərbaycan kinosunun inkişafı üçün kənar maliyyəni kinomuza niyə cəlb etməyək?

 

 

İntiqam Hacılı

 

Mədəniyyət.- 2010.- 21 aprel.- S. 10.