Misirdə Azərbaycan mədəniyyətinə böyük maraq var

 

Azərbaycan paytaxtında bir sıra xarici ölkə səfirliklərinin nəzdində mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlər təmsil etdikləri ölkələrin mədəniyyətini təbliğ etməklə yanaşı, Azərbaycanla ikitərəfli mədəni əməkdaşlığa da töhfə verirlər. Bakıdakı Misir Mədəniyyət Mərkəzinin müdiri Adel Dərvişlə söhbətimiz bu barədədir.

 

- Doktor Adel, ötən il Misir Mədəniyyət Mərkəzi bir sıra maraqlı tədbirlər, konfranslar, sərgilər keçirib. İrəvan Dövlət Azərbaycan Dram Teatrı Misir yazıçısı Tövfiq Əl-HəkiminKarıxmış Sultanəsərini uğurla tamaşaya qoydu. Bakıda Misir filmləri nümayiş olundu. Bəs builki işləriniz barədə deyə bilərsiniz?

- Bu ili uğurla başladıq. Yanvarda Misirdə «Azərbaycan mədəniyyəti günləri» keçirildi. Bizim ölkəmizdə Azərbaycan mədəniyyətinə böyük maraq var. Bu həm bizim xalqların mənəvi, dini yaxınlığından irəli gəlir.

Bu yaxınlarda üç misirli yazıçı - professorlar Safsafi Əhməd Əl-Morsi, Məhəmməd Əl-Səid Camal Əl-Din, xanım Hala İbrahim Əl-Badri Bakıya gəlmişdilər. Onların iştirakı iləMüasir ədəbiyyatda qadın problemimövzusunda seminar keçirdik. “Misir Azərbaycana məhəbbətmövzusundakı tədbirimiz ölkələrimizin mədəni əməkdaşlığına töhfədir.

Bu yaxınlarda Xəzər UniversitetindəMüasir dövrdə ərəb dili, ədəbiyyatı mədəniyyətimövzusunda keçirdiyimiz konfransda Misir universitetlərindən ərəbşünas alimlər, tələbələr iştirak edirdilər. Yeri gəlmişkən, Azərbaycanda Misirdən çoxlu gənc təhsil alır.

Azərbaycanın qəlbindəki Misirsərgisində azərbaycanlı dostlarımız ölkəmizə həsr etdikləri rəsmləri, əl işlərini nümayiş etdirirdilər. Yaxınlarda daha bir sərgini Rəssamlıq Akademiyasında keçirdik. Burada Misirin tanınmış 13 incəsənət nümayəndəsinin əl işləri təqdim olundu. Sərgini Bakıya ölkəmizin tanınmış rəssamı doktor Heysan Məhəmməd Abdul Hafiz gətirmişdi. Onu da qeyd edim ki, keçirdiyimiz tədbirlərdə Azərbaycanın Mədəniyyət Turizm Nazirliyi bizə yaxından kömək edir.

- Bu il üçün daha nələri planlaşdırmısınız?

- Yenə sərgilərimiz olacaq. İnformatika mövzusunda seminar keçirməyi, Misirin məşhur bir folklor qrupunu Bakıya dəvət etməyi nəzərdə tutmuşuq. İstərdim ki, xalqlarımız bir-birinin mədəniyyətinə daha yaxından bələd olsunlar. Məsələn, Misirdə Azərbaycanın xalça, moda kulinariya sərgiləri s. keçirilsin. Eləcə Bakıda ölkəmizin belə mötəbər tədbirləri təşkil olunsun. İnanıram ki, bunlar xalqlarımız tərəfindən rəğbətlə qarşılanacaq. 

 

 

İradə Əsədova  

 

Mədəniyyət.- 2010.- 21 aprel.- S. 6.