Azərbaycanlı Şelkunçik

 

Hofmanın nağıl qəhrəmanı Gənc Tamaşaçılar Teatrının səhnəsində

 

Uşaq olmaq, oyuncaqlarla danışmaq, nağıllara inanmaq... xoşbəxtlik deyilmi? Çünki sonra uşaq olmaq, nağıllara inanmaq mümkün deyil. Paradoks: “Həyatda mümkün olmayan heç bir şey yoxdur”. Təcrübəmdə özümü yoxlamaq istədim, qoşuldum Gənc Tamaşaçılar Teatrına gedən uşaqlara. Onlarla bir zalda əyləşmək, onların səmimi hərəkətlərini izləmək özü bir tamaşadır. Üstəgəl səhnədə hər zaman şahidi ola bilmədiyimiz peşəkar tamaşa...

 

Gözəl nağıl ustası Hofmanın əsəri Belarusdan təşrif buyuran rejissor Nataliya Başevanın quruluşunda təqdim olundu, biz alqışladıq. danışıldı, göstərildi, nəyi alqışladıq?

Biri var idi, biri yox idi. Üç uşaq olan bir ailədə bayram əhval-ruhiyyəsi yaşanırdı. Drosselmayer - yalançı sehrbaz bu üç uşağa müxtəlif hədiyyələr bəxş edir. Mariyə isə Şelkunçik bağışlayır. Mari qorxulu yuxular görür hər dəfə Şelkunçik onu siçanlardan xilas edir. Sonda Şelkunçik Marinin əbədi həyat dostuna çevrilir.

Tamaşada rejissor işi o qədər insanı məftun edir ki, tamaşaçı hadisələrin nağıl olduğuna o qədər inanır ki, real aktyor ifasını unudur. Lakin aktyorların işini qeyd etməmək günah olardı. Bütün bu nağılı danışıb, qızcığaz Marini qorxuya salan Drosselmayer - Vüsal Mehrəliyev əslində müsbət qəhrəman olsa da, qorxulu cadugərlərə bənzəyirdi. Elə onun qiyafəsi Mari üçün qorxunc ola bilərdi. Şəxsi qənaətlərimə görə, bu rolu daha şirin istiqanlıoynamaq, aktyorun oyununda olan laqeyd yanaşmadan imtina etmək lazım idi.

Şelkunçik (Elnur Kərimov) Mari (Nigar Məmmədova) rejissorun səhnə təfsirini, səhnə quruluşunu yaxşı dərk edir, lazım olduğunu yaxşı anlayırdı. Bu tamaşada 40 yaxın aktyor heyəti çıxış edir. Əlbəttə ki, aktyorların hamısının ifasını qeyd etmək xeyli vaxt aparar, lakin gözəl tamaşaya görə onların hər birinə təşəkkür düşür.

Biz bu tamaşa vasitəsilə Şelkunçikin Azərbaycan versiyasını, yəni azərbaycanlı Şelkunçiki gördük, elə buna görə alqışladıq. Əgər siz danışılanı eşitmək, tamaşanı görmək alqışlamaq istəyirsizsə, onda Gənc Tamaşaçılar Teatrına təşrif buyurun.   

 

 

Aygün Süleymanova

 

Mədəniyyət.- 2010.- 21 aprel.- S. 5.