Artilleriya-Adam

 

Hərçənd, ruslar onu Tanrıya bənzədirdilər...

 

Ruslar neyləyəydilər, - Tanrının yaratdığı «Bermud üçbucağı» hər şeyi udduğu kimi, «Şıxlinski üçbucağı» da düşmən tərəfi udurdu...

 

bu «kəllə Azərbaycan balası»nın hesabına, ruslar zəhm-siyasətdə, bizsə fəhm-fərasətdə udurduq. General Əliağa Şıxlinskinin əqli arsenalı sayəsində udurduq. O zamanlar çarın əsgərsizləşdirməyə, top-tüfəngsizləşdirməyə, bununla da müstəqilliksizləşdirməyə çalışdığı başdan-başa mülki Azərbaycan təpədən-dırnağa hərbi Rusiyanı, derjava Rusiyanı mənən udmuş oldu!

O doğrudan da, hər cəhətdən artilleriya-Adam idi. «Artilleriyanın Allahı» adlandırılmış bu kişi təkcə döyüş meydanlarında yox, şəxsə, şəxsiyyətə, pedaqoqa, təlimçiyə, altruizmə, milliliyə, millətçiliyə dair bütün meridianlarda seçkin idi, uzaqvuran, doqmadağıdan, yaradıb-yarıdan idi. Dünyada öz sənətinin, peşəsinin artilleriyası adlandırılmış adamlar az deyil. Lakin «Artilleriyanın Tanrısı» titulu, hələlik, yalnız bizim Allah bəndəmizə məxsusdur. biz , onun bütün bu kompleksallığına güvənib, onu Artilleriya-Adam adlandırmaq cəsarətində bulunduq.

Lakin biz onu qədərincə tanıyıb-qiymətləndiririkmi? Tədqiqatçı-jurnalist Şəmistan Nəzirlinin böyük zəhmət çabalarının məhsulu olan tədqiqatlarını, milli məhəbbətlə qələmə aldığı kitab məqalələrini istisna etməklə, bu azman hərbi təfəkkür sahibi (habelə, digər fenomenal hərbçilərimiz) hələ Azərbaycanın xəlqi düşüncə duyğularında layiqincə oturuşmayıb. Bu isə milli kökənimiz, ictimai-siyasi keçənəklərimiz haqda formalaşmış iki mühüm qənaəti bir daha təsdiqləyir: «Türklər tarixi yaradıb, lakin onu başqaları yazıb» «Azərbaycan xalqı tarixən döyüş meydanlarında qazandıqlarını çox halda siyasət stolları arxasında uduzub».

Tarixi yaratmaq başqa, yazmaq başqa. Transferik yanaşsaq, kimsə istehsal edib, kimsə yeyib. Hələ burasını demirik ki, yeməyin ömrü bir övnədir, tarix isə deyildikcə deyilir...

Hələ bioqrafik təqdimatı, universal hərbi fəaliyyəti tam layiqincə açıqlanmamış Əliağa Şıxlinskinin ömür tarixçəsinin hansı fəslinə baxsan, xalqın «Allah bunu (oğul-uşağı) sənə gözüdolusu versin» alxışı üstə köklənirsən. Saz-söz yurdu, folklor məskəni Qazağın bu misilsiz canlı hərb dastanının hansı «boy»unu vərəqləsən, yalnız qürura dolursan, heyrətə, fəxarətə yüklənirsən.

Tarixi mənbələrdən yaxşı məlumdur ki, bir vaxtlar çar Rusiyası ordusunda xidmət etməli olmuş (öz ordumuz vardımı ki, onlar da öz bacarıq şücaətlərini həyata keçirə bilsinlər?) Azərbaycan generalları milli-müstəqil cümhuriyyətimizə sədaqət fəxarətlə xidmət etdiklərinə görə, sonralar bolşeviklər, xüsusən daşnakbolşevik»lər tərəfindən hansı məhrumiyyətlərə (küçə süpürməyə, zibil daşımağa s.) məruz qalıblar. Səməd bəy Mehmandarov Əliağa Şıxlinski isə bu sarıdan «xüsusi diqqət»ə layiq görülüblər. Çünki bu iki şəxs həm şəxsiyyət idilər, millilik rəmzi idilər. Zamanın «sovet həqiqəti» «inanmaqdan» başqa çarəsi qalmayan Nəriman Nərimanov onları Bayıl həbsxanasında çəkdikləri olmazın təhqir işgəncələrdən xilas edərək Moskvaya göndərərkən Leninə yazdığı məktub Əliağa Şıxlinski kimliyini bir daha açıqlayır. Başı dövrün bütün keşməkeşlərinə qarışmış N.Nərimanov vaxtına əsəblərinə qızırğalanmadan, Ə.Şıxlinski fenomenini, demək olar, bütün təfərrüatı ilə təqdim edir. Həmin məktubdan seçmələr:

«Ə.Şıxlinski 23 aprel 1865-ci ildə Qazax qəzasının Qazaxlı kəndində dünyaya göz açıb, Avropa təhsili görmüş yeganə şəxsdir. Ömrü boyu təhsilini müstəqil halda artırmağa təkmilləşdirməyə çalışmışdır. Tiflisdə ikiillik kursu 7 aya başa vuran yeganə şagird olub. Peterburq topçuluq məktəbindəki müvəffəqiyyətlərə görə ilk üç mükafatçı şagirddən biri olmuşdur. Topçu Zabitləri Məktəbinə uzun illər rəhbərlik etmişdir. Müstəsna dərəcəli bir topçu olduğu üçün polkovnik rütbəsi aldıqdan 4 il sonra - 1912-ci ildə general-mayor rütbəsini qazanmışdır. Bu, mövcud qaydalardan kənar idi. Məlum qaydaya görə, polkovnik rütbəsində qalmaq müddəti 10 ildir. Yalnız müstəsna hallarda - görkəmli polkovniklərə 6-8 ildən sonra general rütbəsi verilərdi. Ə.Şıxlinski bu əlahiddə müddətdə istisna təşkil edirdi.

Ə.Şıxlinski 1914-cü ilin avqustunda Petroqradın topçu müdafiəsinin rəisi, 1917-ci ilin sentyabrında 10-cu ordunun komandanı təyin edilib. «Müqəddəs Anna» 1-4, «Müqəddəs Stanislav» 1-3, «Müqəddəs Vladimir» 2-4, «Müqəddəs Georgi» 4 dərəcəli ordenləri Fransanın yüksək hərbi ordenlərilə təltif edilib. Ailəlidir. Övladı yoxdur.

Həyat yoldaşı Nigar Şıxlinskaya 1878-ci ildə Tiflisdə anadan olmuş, Azərbaycan maarifpərvəri Hüseyn Əfəndi Qayıbovun qızıdır. Tiflisdə Qızlar İnstitutunu qızıl medalla bitirmiş ilk ali təhsilli azərbaycanlı qadındır. Rus, fransız, ərəb fars dillərini mükəmməl bilir. Azərbaycanın ilk şəfqət bacısıdır. I Dünya müharibəsinin iştirakçısıdır. 1914-18-ci illərdə zabit arvadlarının yaratdığı Qırmızı Xaç Hərbi Xəstəxanasına başçılıq edən Komitənin sədri olmuşdur...»

Ə.Şıxlinski haqda bu məktub-məlumata məşhur Azərbaycan filosofu Heydər Hüseynovun hərb professoru, general-mayor Yevgeni Barsukovun söylədiklərini əlavə etmək yerinə düşərdi. H.Hüseynov yazırdı: «General Əliağa Şıxlinski ilə yaxından tanış olanlar, maraqlı söhbətlərinə qulaq asanlar bilirlər ki, bu təvazökar səmimi insan qədər ağıllı ibrətli bir şəxsiyyət idi».

Y.Barsukov isə Ə.Şıxlinskini «mundir nəhəngi» milli nümunə kimi təqdim edir: «Ə.Şıxlinski taktika sahəsində dərin nəzəri əməli biliyi olan çox az sayda artilleriyaçılardan biri olub. Onun hərb elmini təcrübədə tətbiq etmək sahəsində nadir istedadı var idi. Əliağanın qəhrəmanlığı öz vətəninin şərəf azadlığını müdafiə edən hər bir şəxsə nümunədir».

Lakin kimlər qədər gözəl fikirlər söyləsələr , biz qədər geniş yazmağa çalışsaq da, böyük vətəndaş-filosof Heydər Hüseynovun təkidli təklifi ilə Ə.Şıxlinskinin ölümündən bir il əvvəl (1942) öz əliylə yazdığı «Xatirələrim» qədər əhatəli əyani olmayacaq...

 

 

T.Abbaslı

 

Mədəniyyət.- 2010.- 23 aprel.- S. 14.