...Ssenari müəllifi Sabit Rəhmandır
Görkəmli dramaturq və kinossenaristin 100 illik yubileyi münasibətilə
xatirə gecəsi keçirilib
“Sabit Rəhman
20-ci əsr Azərbaycan
ədəbiyyatında, mədəniyyət
və incəsənətində
mühüm yer tutan sənətkarlardandır.
Yazıçı, dramaturq,
kinossenarist kimi o dövrün ictimai-siyasi prosesləri onun əsərlərində öz
əksini tapıb».
Bu fikirlər
aprelin 21-də görkəmli
dramaturq Sabit Rəhmanın (1910-1970) 100 illik
yubileyi münasibətilə
Dövlət Film Fondunun
Slavyan Universiteti ilə birgə təşkil etdiyi xatirə gecəsində səsləndi.
Dövlət Film Fondunun
direktoru Cəmil Quliyev belə xatirə gecələrini görkəmli şəxsiyyətlərin
ruhuna və yaradıcılığına diqqət
kimi dəyərləndirdi.
Slavyan Universitetinin
professoru Bədirxan Əhmədov görkəmli
dramaturqun yaradıcılığı
haqqında danışaraq
diqqətə çatdırdı
ki, Sabit Rəhman ədəbi fəaliyyətə 17 yaşından
felyeton yazmaqla başlayıb: «Onun “Şeyx Samit” imzası ilə Şəkidən göndərdiyi
felyetonlar nöqtəsinə,
vergülünə toxunulmadan
«Molla Nəsrəddin»
jurnalında çap edilirdi”.
Sabit Rəhman
Bakıda «Molla Nəsrəddin»in redaksiyasında
olarkən yazdığı
kəskin felyetonlarına
görə ona “özünü qoru» - deyə məsləhət
verənlər də olub. 20-ci illərin sonunda «Şəki fəhləsi» qəzetində
çıxan şeirinə
hətta Bakıda siyasi rəng verənlər tapılıb.
O dövrün keşməkeşlərində
yazıçı özünü
güclə qoruya bilib və ondan
sonra şeirin daşını ataraq hekayə yaradıcılığına
üstünlük verib.
«Şirin bülbül»
adlı ilk hekayəsindən sonra ədəbi aləmdə bu adla tanınıb.
Mikayıl Müşfiq
də ona: «Sən şeirin daşını atmaqla ədəbiyyatımıza xidmət
elədin» - deyə ürək-dirək verib.
1938-ci ildə
gənc dramaturqun «Toy»
komediyası Akademik
Dram Teatrında tamaşaya
qoyulub və böyük anşlaqla qarşılanıb. Bu
əsərindən sonra
S.Rəhman «Xoşbəxtlər»,
«Nişanlı qız»,
«Əliqulu evlənir»,
«Yalan» və s. komediyalarını yazıb. 1930-70-ci illəri
əhatə edən dövrün real mənzərəsi onun komediyalarında olduğu kimi əks olunub.
Sabit Rəhman
yaradıcılıqla bərabər
müxtəlif vəzifələrdə
- “Gənc işçi”
qəzeti redaksiyasında
ədəbi işçi,
«İnqilab və Mədəniyyət» jurnalı
redaksiyasında məsul
katib, Azərbaycan Dövlət Dram Teatrının
ədəbi hissə müdiri, Azərbaycan Yazıçılar Birliyində
uşaq bölməsinin
rəhbəri vəzifələrində
çalışıb. O, 1941-1945-ci
illərdə Azərbaycan
Nazirlər Soveti İncəsənət İşləri
İdarəsində Teatr
şöbəsinin müdiri,
rəis müavini, “Bakı” kinostudiyasının
direktoru, Azərbaycan Kinematoqrafiya Nazirliyində
nazir müavini, Yazıçılar Birliyində
dramaturgiya üzrə
məsləhətçi işləyib.
“Sabit Rəhmanın adı kinossenarist kimi milli kinematoqrafiya tarixində əbədiləşib”
- deyən Əməkdar
İncəsənət xadimi
Aydın Kazımzadə
dramaturqun milli kinematoqrafiya tarixindəkı
xidmətlərindən danışaraq
vurğuladı ki, o, cəmi 4 kinossenari yazıb və bunların hər biri əsasında çəkilən filmlər
milli kino tarixinə qızıl hərflərlə yazılıb.
Rusiya kinosunun 100
illiyi münasibətilə
aparılan sosioloji tədqiqatlar nəticəsində
"Arşın mal alan" komediyası məşhur kino mütəxəssislərinin yekdil
rəyi ilə "Qızıl siyahı"ya daxil edilib.
Film 136 ölkədə
nümayiş etdirilərək
86 dilə tərcümə
olunub.
S.Rəhmanın kinossenarisi
əsasında çəkilən
«O olmasın, bu olsun» filmi də
dünyanın 60 ölkəsi
tərəfindən rəsmən
alınıb. “Sabit
Rəhman dahi Üzeyir bəyin səhnə üçün
yazdığı əsərləri
kinematoqrafiyanın dilinə
çevirərək böyük
uğur qazandı”.
A.Kazımzadə vurğuladı
ki, dramaturqun kinossenarisi əsasında çəkilən «Koroğlu»
filmi də dünyanın bir çox ölkələri
tərəfindən alınıb.
S.Rəhman son olaraq
1963-cü ildə «Əhməd
haradadır?» filmimin ssenarisini (quruluşçu
rejissor Adil İsgəndərov) yazıb.
Əməkdar artist Elxan
Qasımov gecədə
S.Rəhmanla ilk tanışlığından,
“Əhməd haradadır?»
filminin çəkiliş
prosesindəki maraqlı
xatirələrindən danışdı.
Gecədə vurğulandı
ki, nə qədər cəmiyyətdə
nöqsanlar var, Sabit Rəhmanın əsərləri, kinossenariləri
əsasında çəkilən
filmlər həmişə
yaşayacaq və müəllifinin adını
da yaşadacaq.
Təranə Sərdarqızı
Mədəniyyət.- 2010.- 23 aprel.- S. 11.