Cənnət görmək istəyən...

 

Başı qarlı uca dağları, sakit axan arazları, durna gözlü bulaqları, ceyran-cüyürlərin qaçışdığı yamyaşıl yamacları, suyu bal dadan çoşqun çayları, mavi gölləri, zəngin sərvətli torpaqları, bəhri-Xəzəri ilə dünyada məşhur olan Azərbaycan... Tanrı qüdrətinin təsdiqi olan bu yurdun füsunkar gözəlliyi zaman-zaman sənət adamlarımızın ilham pərisinə çevrilib. Şairlərimiz ən gözəl şeirlərini Vətənimizin, onun dilbər guşələrinin gözəlliyinə həsr ediblər.

 

Qoca Şərqin qapısı

 

Yalnız böyük şairimiz Səməd Vurğunun məşhurAzərbaycanşeirini oxumaq kifayətdir ki, bu yurdun yolçunu yolundan edən, atlını atından endirən gözəlliklərini duya biləsən. Şeiri oxuduqca gözlərin qarşısında doğma yurdun füsunkar mənzərələri birər-birər canlanır. Bu şeirdə Odlar yurdunun qədim tarixi, təbii gözəllikləri, min bir nemətləri, xalqımızın xeyirxahlığı qonaqpərvərliyi öz poetik əksini tapıb. Şairin ilhamı qanadlanaraq böyük bir keçmişi olan Vətənimizi qarış-qarış gəzir. Gülü rəng-rəng Lənkərana, sarı limonları min dərdin dərmanı Astaraya, çöllərində ceyranların, cüyürlərin qaçışdığı Mil, Muğan düzünə qonaq gedir. Qazaxda köhlən ata minib, göy yaylaqlar belinə qalxıb, Kəpəz dağından Göygölə baxır.

  

   Sıra dağlar, gen dərələr,

   Ürək açan mənzərələr

   Ceyran qaçar, cüyür mələr,

   çoxdur oylağın sənin!

   Aranın, yaylağın sənin,

 

- deyə şairqoca Şərqin qapısı”nı poetik cizgilərlə vəsf edir.

 

Şəhər içindəki qədim şəhər

 

Səməd Vurğun həmçininBakının dastanıpoemasında tarixi abidəmiz olan İçərişəhərinqoşa qapılar”ını, heykəl kimi dayanmış daş sütunlarını, “əyri-üyrü dalanlar”ını, “bir çox yeri uçulmuş divarlar”ını - şəhər içindəki bu qədim şəhərin əsas cizgilərini verməklə oxucuya bələdçilik edir.

  

   Toxunmasın bu yerlərə memar əli,

   Bu döngələr, bu dalanlar yadigardır.

   Hər dövranın öz sevdası, öz əməli,

   Hər daşın da, kəsəyin adı vardır.

 

Böyük şair İçərişəhər mövzusuna tarixilik vətənpərvərlik mövqeyindən yanaşaraq bu qədim şəhərin bənzərsiz poetik obrazını canlandırıb.

 

Vətənimin seyrinə çağırıram elləri

 

Ana yurdumuzun qüdrəti, bu diyara üz tutan səyyahları da heyran edən gözəllikləri Xalq şairi Süleyman Rüstəmin yaradıcılığında özünün parlaq əksini tapıb:

  

   Vətənimin seyrinə çağırıram elləri,

   Sərvət görmək istəyən Azərbaycana gəlsin,

   Bəzənib başdan-başa şəhərləri, kəndləri,

   Cənnət görmək istəyən Azərbaycana gəlsin.

 

Şair Vətənimizin bir çox guşələrini əsərlərində vəsf edib. Xəzər dənizi haqqında ən çox şeir yazan da məhz Süleyman Rüstəm olub. ”Xəzər durnalar”, ”Xəzər nəyə bənzəyir”, ”Xəzərdə gecə”, ”Xəzərin səsi”, ”Xəzərdə”, ”Xəzərim olsun başqa şeirləri vətənə sevgi üzərində köklənib. Bu şeirləri oxuyan hər kəs başa düşür ki, insanlarda yüksək mənəviyyat tərbiyə edən əsas amillərdən biri bizim mədəniyyətimiz, ədəbiyyatımızdır.

 

Bağrıma basmışam Azərbaycanı

 

Azərbaycanın dilbər guşələri şair İslam Səfərlinin poeziyasında da dolğun əksini tapıb. Vətən-Azərbaycan, təbiət-Xəzər mövzuları şairin yaradıcılığındanqırmızıxətlə keçir.

  

   Hərdən düşüncələr sarır insanı,

   çayüstü körpülər

   asma yolumdur.

   Bağrıma basmışam Azərbaycanı

   Araz bir qolumdur,

   Kür bir qolumdur!

   Əmr et keşiyində mətin dayanım,

   Sənə qurban canım, Azərbaycanım!  

 

Şair Azərbaycandan, onun təbiətindən bəhs edərkən şeirlərində tamamilə təzə poetik ifadələr tapırdı. İslam SəfərlininNaxçıvansilsilə şeirləri bu qədim diyarı tanımaq istəyənlərə yol yoldaşlığı edir:

  

   Bulaqların bir səmtədir axarı,

   Salvartının xoş görünür baxarı.

   Biçənəkdən at səyirdib yuxarı,

   Yalmanına yata-yata gəlmişəm,

   Mərcan gözlü Batabata gəlmişəm.

 

 

Harda dağlar dumansa...

 

Doğma yurdumuzun gözəlliklərinin tərənnümündən danışarkən Məmməd Araz poeziyasını xatırlamamaq olmur. Mayası nur, qayəsi nur Vətənimizin söz səltənətində əbədiləşən şair Azərbaycanı qarış-qarış gəzərək uca, əlçatmaz zirvələrlə çiyin-çiyinə, qayalarla kürək-kürəyə dayanıb, gördüyü hər gözəlliyi ruhuna hopdurub:

  

   Gülüm, bir gün görüşünə yubansam

   Adımı tut, harda dağlar dumansa,

   Gözünü sıx,

   Hansı daşda su yansa,

   O daş altda Məmməd Araz yaşayır.

 

 

Qafqaza səyahət

  

   Vətənimizin gözəllikləri təkcə doğma yurdun şair yazıçılarının əsərlərində tərənnüm olunmayıb. Rus şairlərindən Sergey Yesenin, Nikolay Tixonov Azərbaycanda olarkən xalqımızın qonaqpərvərliyinə, yurdumuzun cənnət guşələrinə şeirlər həsr ediblər. Xəzər sahillərinin çoxsaylı səyahətçiləri arasında məşhur fransız yazıçısı Aleksandr Düma da olub.

OnunQafqaza səyahətəsəri xalqımızın kimliyini dünyada tanıtmaq baxımından əhəmiyyətlidir. 1858-ci ildə Bakıda qonaq olarkən paytaxt şəhərin cazibəsinə vurulan Düma xalqımızın zəngin poeziya ənənələrinin, dahi şair Nizami Gəncəvinin, böyük şairə Natəvanın heyranedici təsirinə qapılıb.

Azərbaycanın turizm ölkəsinə çevrildiyi, milyonlarla turistin ölkəmizlə yaxından tanışlığa can atdığı, ən nəhayət, Vətənimizin dünyada tanıdılmasında, heç şübhəsiz, poeziya nümunələrinin böyük rolu var. Əbəs yerə demirlər ki, hər bir xalq bəşər mədəniyyətinə verdiyi incilərlə tanınar.

 

 

Təranə Sərdarqızı

 

Mədəniyyət.- 2010.- 28 aprel.- S. 13.