Bütün rayonlarımızda
turizmin inkişafı
üçün imkanlar
mövcuddur
İlk baxışda
bu sahə üçün perspektivli
görünməyən yerlərdə
də maraqlı turizm layihələri həyata keçirmək olar
Ölkəmizdə regionların sosial-iqtisadi inkişafı
ilə bağlı həyata keçirilən
siyasətin mühüm
istiqamətlərindən biri
turizm sahəsini əhatə edir. Rayonlarda turizm üçün
maraq kəsb edən tarix və mədəniyyət
obyektlərinin təmir-bərpasından
tutmuş yüksək
səviyyəli turizm infrastrukturunun, zəruri nəqliyyat-kommunikasiya imkanlarının
yaradılmasınadək görülən
işlər ölkə
rəhbərliyinin daxili
turizmin inkişafına
verdiyi diqqətin göstəricisidir.
Təsadüfi deyil ki, bu məsələ
bir qədər əvvəl ölkə başçısı tərəfindən
təsdiq olunmuş “Azərbaycan Respublikasında
2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nda da geniş şəkildə
əksini tapıb. Dövlət Proqramı yaxın beş ildə Azərbaycanda turizm sektorunun sürətli inkişafını,
bu sahədə rəqabətə davamlı
infrastrukturun yaradılmasını
nəzərdə tutur.
Təbii ki, ayrı-ayrı bölgələrimizin
füsunkar təbiəti,
maddi-mədəni sərvətləri
turizmin inkişafı
üçün geniş
imkanlar açır. Bununla belə, ilk baxışda bu sahə üçün
perspektivli görünməyən
yerlərdə də maraqlı turizm layihələri həyata keçirmək, müxtəlif
turizm-istirahət obyektləri
inşa etmək mümkündür.
Bugünlərdə (22 aprel) Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə
heyəti ilə Sabirabad rayonuna səfərimiz zamanı bunun bir daha
şahidi oldum. Sabirabad rayonu
kənd mədəniyyət
işçiləri ilə
görüş çərçivəsində
mədəniyyət müəssisələrinin,
muzeylərin, kitabxanaların
yenidən qurulması
məsələsi ilə
yanaşı, yerlərdə
turizmin inkişafı
məsələləri də
diqqətə alındı.
Qeyd edək ki, Mədəniyyət
və Turizm Nazirliyinin Aparatının
rəhbəri Firudin Qurbanovun rəhbərliyi ilə indiyədək Quba, Qusar, Qax,
Lerik və başqa rayonlarda kənd mədəniyyət
işçiləri ilə
belə görüşlər
keçirilib. F.Qurbanov Sabirabad rayonunda
keçirilən görüşdə
mədəniyyət və
turizm sahəsində dövlət siyasətinin
əsas istiqamətləri,
son zamanlar bölgələrdə mədəniyyət
müəssisələrində aparılan quruculuq və bərpa işləri haqqında ətraflı məlumat verdi. O, çıxışında
mədəniyyət sahəsi
ilə yanaşı, turizm istiqamətində də görülən işlər barəsində
bəzi mühüm məqamlara toxundu: «Turistlər əsasən ölkənin mədəniyyət
müəssisələri, tarixi
abidələri və
təbiəti ilə maraqlanırlar. Bu baxımdan rayonlarda mədəniyyət müəssisələrinin
təmir-bərpası həm
də yerlərdə turizmin inkişafı üçün önəm
kəsb edir». F.Qurbanov Sabirabad rayonunda, ilk növbədə, tarix-diyarşünaslıq
muzeyinin təmirə ehtiyacı olduğunu qeyd etdi: «Muzeylərdə
bizim tariximiz yaşayır. Buradakı eksponatlar üçün
əsl muzey şəraiti yaradılmalıdır.
Turistlər də muzeylərə böyük
maraq göstərirlər”.
Suqovuşana turistləri cəlb
etmək mümkündür
Nazirlik rəsmisi
bölgələrdə turizmin
inkişafının yeni
iş yerlərinin açılmasına təkan
verdiyini də nəzərə çatdırdı.
Qeyd etdi ki, hər bir
rayona xarici turistlərin gəlməsi
nəticə etibarilə
yerlərdə sosial-iqtisadi
vəziyyətə müəyyən
müsbət töhfə
verir: «Məlumdur ki, orta hesabla
hər bir turist getdiyi ölkədə 750 dollar pul xərcləyir. Belə olduğu halda, biz hər
bir rayonumuzun turizm potensialını dəyərləndirməliyik. Sabirabadda
Qafqazın iki böyük çayı
- Kürlə Araz qovuşur. Araz çayının Kür
çayına qovuşduğu
yer - Suqovuşan çox maraqlı bir məkandır. Buranın turizm potensialından istifadə
etmək mümkündür.
Bu gün həmin mənzərənin
şahidi oldum. İnsan bu sakit
mənzərədən yüksək
zövq alır. Belə olduğu halda niyə biz buraya turistləri
cəlb etməyək?
Biz həm mədəniyyət müəssisələrimizi
müasir standartlar səviyyəsində bərpa
etməliyik, həm də hər bir rayonun turizm
potensialını araşdırmalıyıq”.
Qeyd edək ki, Mədəniyyət
və Turizm Nazirliyi regional turizmin inkişafı üçün
əsas obyektlərdən
sayılan mədəniyyət
müəssisələrinin yenidən qurulması ilə bağlı tədbirləri digər rayonlarda davam etdirməkdədir.
İntiqam Hacılı
Mədəniyyət.- 2010.- 28 aprel.- S. 6.