Bakıda beynəlxalq seminar
Aprelin 27-də Mədəniyyət
və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Muzey Mərkəzində
TÜRKSOY təşkilatının “Türkdilli xalqların qeyri-maddi mədəni irsinin konvensiyalaşdırılması,
inventarlaşdırılması və proqramlaşdırılması”
mövzusunda III Beynəlxalq
Seminarının açılışı
oldu. Seminarda TÜRKSOY-un məsul işçiləri,
türkdilli ölkələrdən
gəlmiş mütəxəssislər
iştirak edirlər.
Tədbir
iştirakçılarını salamlayan mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev 3 günlük
seminarın əhəmiyyətindən danışdı:
«Seminarın Azərbaycanın “Sənətkarlıq
paytaxtı” olan Şəkidə də keçirilməsi
gözəl hadisədir.…
Hər bir xalq öz mədəni
irsini qoruyaraq onu yaşatmalıdır. Azərbaycan Prezidenti
İlham Əliyevin səyi və təşəbbüsü
ilə son illər ölkəmizdə qeyri-maddi mədəni
irsin qorunması istiqamətində ciddi işlər
görülüb. UNESCO-nun Qeyri-maddi Mədəni İrsin
Qorunması üzrə Komitəsinin 4-cü Sessiyasında
ölkəmizin qeyri-maddi mədəni irsinin parlaq nümunələrindən
ikisi - Azərbaycan aşıq sənəti və Novruz
bayramı UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni
irsi siyahısına daxil edilib».
Nazir təəssüf
hissi ilə bildirdi ki, Azərbaycana məxsus xalçalar bir
çox ölkələrdə erməni xalçaları kimi
təqdim olunur: «Bizim bu il üçün nəzərdə
tutduğumuz əsas iş Azərbaycan xalçalarının
UNESCO-nun siyahısına təqdim edilməsidir. Bunun
üçün lazımi işlərə
başlamışıq”.
Əbülfəs Qarayev
çıxışında Naxçıvan şəhərində
keçirilmiş türkdilli ölkələrin dövlət
başçılarının IX zirvə
görüşündən də bəhs etdi və bildirdi ki,
bu hadisə TÜRKSOY-un fəaliyyətinə böyük dəstək
göstərmiş, türk dünyasının mədəniyyət
sahəsində əməkdaşlığına yeni yollar
açmışdır.
Tədbirdə
çıxış edən TÜRKSOY-un baş katibinin
müavini Fırat Purtaş da seminarın əhəmiyyətindən
danışaraq bildirdi ki, burada müzakirə ediləcək məsələlərdən
sonra qurum tərəfindən yekun qərarların qəbul
edilməsi planlaşdırılır.
Son illər TÜRKSOY-un
xətti ilə reallaşan təbdirlərə, layihələrə
toxunan cənab Purtaş, türkdilli xalqların böyük
dastanlarının çap edilməsi və yayılması, səhnə
əsərlərinin nümayişi istiqamətində bundan
sonra da ardıcıl tədbirlər həyata keçiriləcəyini
vurğuladı: «Dahi Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəylinin “Koroğlu” operası artıq 6 ölkədə
böyük uğurla nümayiş etdirilib. 6 ölkədən
250 incəsənət ustasının iştirakı və
TÜRKSOY-un sponsorluğu ilə həyata keçirilən bu
mədəniyyət layihəsi müştərək türk
mədəni irsinin təbliği, gələcək nəsillərə
çatdırılması baxımından olduqca əhəmiyyətlidir.
Opera yaxın vaxtlarda İstanbulda yenidən nümayiş
olunacaq».
Seminarda Türkiyə
Respublikası Qazi Universitetinin professoru Öcal Oğuz,
Türkiyə Respublikası Hacettepe Universitetinin professoru Nəbi
Özdəmir, Türkiyə Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş
İdarəsinin şöbə müdiri Şengül Gitməz,
eləcə də digər üzv ölkələrdən
nümayəndələr iştirak edirdi.
Tədbirdə
çıxış edən digər natiqlər seminarın əhəmiyyətindən
danışdılar. TÜRKSOY-un son illər həyata
keçirdiyi layihələr iştirakçılar tərəfindən
yüksək qiymətləndirildi.
Qeyd edək ki, aprelin
29-dək davam edəcək seminarda «TÜRKSOY-un qeyri-maddi mədəni
irsinin Beynəlxalq Reyestrinin
formalaşdırılmasının imkanları», “Türk
dünyasının xalq yaradıcılığı
paytaxtları” Beynəlxalq Proqramı layihələrinin
müzakirələri nəzərdə tutulub.
Aprelin 30-da şəhərimizin
qonaqları üçün “İçərişəhər”
Dövlət Tarixi-Memarlıq Qoruğuna, Azərbaycan Dövlət
İncəsənət Muzeyinə və Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyinə ekskursiyalar təşkil olunacaq.
Mehparə
Mədəniyyət.- 2010.- 28 aprel.- S. 3.