Azərbaycanın güclü turizm potensialı var
Prezident İlham
Əliyev: «Turizmin inkişafı Azərbaycanın iqtisadi potensialının möhkəmlənməsi,
ölkəmizin beynəlxalq
imici və dünyaya inteqrasiyası üçün çox mühüm vasitədir»
Bu gün ölkəmizin qarşısında
duran mühüm vəzifələrdən biri
iqtisadiyyatın qeyri-neft
sahələrinin ahəngdar
inkişafının təmin
edilməsi ilə bağlıdır. Bu sırada
turizm sektoru xüsusi önəm kəsb edir. Hazırda turizm planetar miqyasda sürətlə inkişaf
edən biznes sahələrindəndir. Dünya
üzrə ümumi milli məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür, xidmətlərin
təqribən üçdə
biri beynəlxalq turizm vasitəsilə həyata keçirilir.
Zəngin mədəni-tarixi irsə
və əlverişli
təbii şəraitə
malik olan Azərbaycan turizm sahəsində böyük
inkişaf perspektivlərinə
malikdir. Ölkəmizdə turizmin əksər
növlərinin (kənd,
müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini, xüsusi
maraq kəsb edən və s.) inkişafı üçün
geniş imkanlar mövcuddur.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi
ilə ölkə həyatının bütün
sahələrində olduğu
kimi, turizm sektorunda da geniş
islahatlar aparılıb. 2001-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi fəaliyyətə başladıqdan
sonra qısa müddət ərzində
turizm sahəsində hüquqi-normativ bazanın
yaradılması üçün
vacib sənədlər
hazırlanıb və
təsdiq edilib. 2001-ci
ildə Azərbaycan Dünya Turizm Təşkilatına üzv
qəbul olunub.
"Azərbaycan Respublikasında
2002-2005-ci illərdə turizmin
inkişafına dair Dövlət Proqramı"nın icrası ölkədə turizm sənayesinin inkişafına
təkan verib.
Turizmin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının
aparıcı sahələrindən
birinə çevrilməsi
bu gün Azərbaycanda ən mühüm vəzifələrdən
biri olaraq qarşıda durur. Son
illər Azərbaycanda
əldə olunmuş
sosial-iqtisadi irəliləyiş
bu vəzifənin yeni imkanlara adekvat səviyyədə həllinə yeni imkanlar yaradır. Bu yaxınlarda (6 aprel 2010) dövlət başçısı tərəfindən
təsdiq edilən “Azərbaycan Respublikasında
2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” bu imkanların reallaşmasına
geniş meydan açır.
Prezident İlham Əliyev öz çıxışlarında
turizmin inkişafının
əhəmiyyətini xüsusi
olaraq vurğulayır. Bu
məsələ regionların
sosial-iqtisadi proqramlarının
mühüm istiqamətlərindən
biridir.
2007-ci ildə
regionların sosial-iqtisadi
inkişafı üzrə
Dövlət Proqramının
icrasına həsr olunmuş konfransda Prezident İlham Əliyev bu məsələ ilə bağlı demişdir:
"Turizm sahəsi həm regionların inkişafı, həm də ki, ölkənin
iqtisadi potensialının
möhkəmlənməsi üçün,
Azərbaycanın imici,
dünyaya inteqrasiyası
üçün çox
mühüm bir vasitədir. Bizim çox gözəl təbiətimiz var. Bəlkə nadir ölkələrdən biriyik
ki, burada istənilən təbii şərait, istənilən
iqlim var. Azərbaycanda güclü
turizm mərkəzinin
yaradılması üçün
bütün işlər
ən yüksək səviyyədə görülməlidir.
Turizmin inkişafı
üçün bütün
şərait var və lazımi göstərişlər də
verilib».
Ötən müddətdə ölkə
başçısının bu rəhbər göstərişlərinə uyğun
olaraq turizmin inkişafı yönündə
məqsədyönlü işlər
görülüb, turizm
sektorunun rəqabətə
davamlılığı xeyli
dərəcədə təmin
edilib. Təsadüfi deyil ki, son illər dünyanın müxtəlif şəhərlərində
keçirilən beynəlxalq
turizm sərgilərində
Azərbaycan uğurla
təmsil olunub.
Azərbaycanın regionlarında təbiətin
zənginliyi və rəngarəngliyi turizmin müxtəlif növlərinin
inkişafına geniş
imkanlar yaradır. Regionların
inkişafına dair Dövlət Proqramında
nəzərdə tutulan
tədbirlərdən təxminən
30-u turizmə həsr
olunub. Proqramın icrası ilə
əlaqədar mütəmadi
olaraq bölgələrə
səfər edən ölkə başçısı
müxtəlif turizm obyektlərinin açılışında
da iştirak edir, bu sahənin
daha səmərəli
inkişaf etdirilməsi
ilə bağlı tapşırıqlar verir.
Artıq bir sıra rayonlarda
turizm infrastrukturunun yaradılması istiqamətində
müəyyən işlər
görülüb. Bu
sahədə Quba, Xaçmaz, Qusar, Lənkəran, Qax və s. rayonlarda
həyata keçirilən
tədbirlər təqdirəlayiqdir.
Həmin bölgələrdə
yerli əhali artıq kənd turizmi ilə məşğul olaraq ilin bütün mövsümlərində yerli
və xarici turistlərə yaşayış,
yemək, hətta ekskursiya xidmətləri göstərirlər. Nəzərə alaq ki, turizm
sektoru ölkəmiz üçün bir neçə cəhətdən
- iqtisadiyyatın güclənməsi,
bölgələrin inkişafı
və Azərbaycanın
bütün dünyada
tanınması baxımından
mühüm əhəmiyyət
kəsb edir.
Mədəniyyət.- 2010.- 28 aprel.- S. 3.