Rəqsin şahzadəsi

 

UNESCO-nun qərarı ilə hər il aprelin 29-u Beynəlxalq Rəqs Günü kimi qeyd olunur. Bu gün 1982-ci ildən bəri fransız baletmeysteri Jan Jorj Noverin doğum günü şərəfinə dünyanın əksər ölkələrində keçirilir. Zəngin qədim rəqs tarixinə malik ölkəmizdə bu sənətin ağırlığını zaman-zaman çiyinlərində daşıyan sənətkarlar olub. Onların arasında rəqs sənətini həyatının mənasına çevirən 91 yaşlı Xalq artisti Əminə Dilbazi var.

 

Onu "Rəqs şahzadəsi" adlandırıblar. Zərif vücuduna, bəstə boyuna sığmayan enerji ilə uzun illər milli rəqslərimizin yaşamasına, inkişafına xarici ölkələrdə tanınmasına nail olub.

Əminə xanımın səhnəyə gəlişi təsadüfi olub. Uşaqlıqda idmançı olmaq istəyirmiş. Lakin elə gətirib ki, orta məktəbdə oxuduğu illərdə Azərbaycanda ilk dəfə rəqs ansamblı yaranıb rəqs bacarığını yoxlamaq istəyən Əminə xanım da həmin ansambla qəbul olunub.

Altı aydan sonra ansamblla tanış olan Mərkəzi Komitənin katibi Mircəfər Bağırov "Bu, çox sevindirici haldır", - deyərək kollektivin Dövlət Filarmoniyasında fəaliyyət göstərməsi barədə tapşırıq verib. Üzeyir Hacıbəyli ansamblı xorla birləşdirəndən sonra kollektiv Dövlət Mahnı Rəqs Ansamblı adı altında fəaliyyət göstərməyə başlayıb.

Əminə xanım səhnədə ilk dəfə "Tərəkəmə", "İnnabı", "Turacı" b. rəqsləri oynayıb. O, təkcə ansamblın solisti olmaqla kifayətlənməyib. Günlərin birində özündə cəsarət taparaq Üzeyir bəyin "Kolxoz çölləri" adlı musiqisi əsasında rəqs qurub. Dahi bəstəkarınRəqsin quruluşu çox xoşuma gəldi, təbrik edirəmsözləri gənc rəqqasəni daha da həvəsləndirib. Bu hadisədən sonra Ə.Dilbazinin quruluş verdiyiDağlar gözəli" Alagöz" rəqsləri uğurla qarşılanıb.

Repertuarını rus, ukrayna, özbək, ərəb rəqsləri bəzəyən Əminə xanımLeyli Məcnunoperasında, “Arşın mal alan”, “O olmasın, bu olsunkomediyalarına bir çox başqa filmlərdə rəqslərə quruluş verib. Ancaq rəqs qurmaq vaxtımı çox alırdı. Fikirləşdim ki, rəqs qurmaq məni yavaş-yavaş öz sənətimdən ayıra bilər. Özüm isə hələ oynamaq, inkişaf etmək, ad qazanmaq, Azərbaycanı dünyaya tanıtmaq istəyirdim. Bu məsuliyyəti elə bil öz üzərimə götürdüm. Ona görə daha rəqs qurmadım”, - deyə Əminə xanım danışır.

Ə.Dilbazi filarmoniyada çalışdığı illərdə ansambl hər il Moskvada keçirilən müsabiqələrdə ölkəni layiqincə təmsil edərək qızıl medallara layiq görülüb. Əminə xanım hətta həmin müsabiqələrin münsiflər heyətinin üzvü seçilib.

Rəqqasə xanım bir neçə ansamblın qurucusu olub. Bəstəkar Rauf Hacıyevin rəhbərlik etdiyi Estrada Teatrında çalışaraq "Sevinc" ansamblını yaradıb. 1959-cu ildə isə Azərbaycan Tibb İnstitutunda yaratdığıÇinartələbə rəqs kollektivi onun rəhbərliyi altında böyük uğurlar qazanıb: “Moskvada Azərbaycan mədəniyyəti dekadası keçiriləcəkdi. O ərəfədə Moskvadan gələn nümayəndə "Çinar"la tanış olan kimi onu bəyəndi fikirləşmədən proqrama saldı. Biz "Bənövşə" "Çinar" rəqslərini hazırladıq. Bu iki rəqslə elə uğur qazandıq ki, dövlət mükafatları ilə təltif olunduq. Ölkədə elə tədbir olmurdu ki, "Çinar" orda iştirak etməsin. Ansamblla hansı müsabiqədə ya festivalda olmuşamsa, Azərbaycanın adını yüksək tutmağa nail olmuşam”.

Əminə xanım etiraf edir ki, uğurlarında ömür-gün yoldaşı, görkəmli bəstəkar Cövdət Hacıyevin rolu olub. Sənətin qədrini bilən bəstəkarSəndən heç istəmirəm, gərək rəqslərini davam etdirəsən. Sən respublikaya çox lazımsan”, - deyə həyat yoldaşının uğurlarından duyduğu qüruru gizlətməyib.

Əminə xanım sənətə həsr etdiyi illərini xatırladıqca özünü xoşbəxt sənətkar adlandırır. Deyir ki, bu seçiminə görə hec vaxt peşmançılıq çəkməyib. ABŞ-da nəşr olunan ensiklopediyada əfsanəvi rəqqasə “2000-ci ilin qadınıkimi tarixə düşüb. Haqqında filmlər çəkilib. Ancaq deyir ki, sənətə həsr etdiyi ömrünü, bu ömrün danışmaqla bitməyəcək xatirələrini cild-cild kitablara, lentlərin yaddaşına köçürmək mümkündür.…

 

 

Təranə Sərdarqızı

 

Mədəniyyət.- 2010.- 30 aprel.- S. 14.