Azərbaycanın kitab abidələrielektron nəşri

 

Azərbaycan kitabxanalarında aşkar edilmiş nadir qiymətli nəşrlər (kitab abidələri) Azərbaycan Respublikasının Milli-mədəni sərvətlər Reyestrinə daxil edilib.

 

Toplanmış materiallar əsasında respublikada mövcud unikal və nadir nüsxəli kitablar, xüsusi əhəmiyyətli çap sənədləri, nadir kitablar, əlyazmalar, qəzetlər, jurnallar, diyarşünaslığa aid nəşrlər, xəritələr, açıqcalar, poçt markaları, notlar, müəlliflərin sağlığında nəşr edilmiş əsərləri, görkəmli şəxslərin avtoqraf yazdıqları kitablar haqqında məlumatları əks etdirən “Azərbaycanın kitab abidələri” adlı elektron nəşri hazırlanıb.

CD-nin I buraxılışına Prezident Kitabxanasında, M.F.Axundov adına Milli Kitabxanada, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında, Bakı Dövlət Universitetinin Elmi Kitabxanasında, respublikanın digər kitabxanalarında, C.Cabbarlı adına Dövlət Teatr Muzeyində, L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində, Musiqi Mədəniyyəti Dövlət Muzeyində, şəhər (rayon) muzeylərində mühafizə edilən nadir və unikal kitablar və s. nəşrlər daxil edilib.

CD-də müxtəlif müəssisələrdə saxlanılan kitab abidələrinin foto kolleksiyası da istifadəçilərə təqdim olunur. Elektron nəşrdə respublikada saxlanılan ən qədim kitablar da müəyyən edilib. CD-nin I buraxılışında Azərbaycan Respublikasında ən qədim kitab abidələrindən hesab edilən Prezident Kitabxanasında saxlanılan 1591-ci ilin italyan dilində nəşri - Appresso Erasmo, Viotto ParmanınHistoria di Parma”, Milli Kitabxanada saxlanılan 1595-ci ildə Almaniyanın Yena şəhərində alman dilində çap olunmuşTürklər haqqında on nəsihətkitabları haqqında məlumat istifadəçilərə təqdim olunur.

 

 

Mədəniyyət.- 2010.- 30 aprel.- S. 13.