Cəfər Cəfərov: «Dövlət Proqramına uyğun olaraq vəzifələrimizi müəyyənləşdirmişik»

 

Azərbaycan Turizm İnstitutu ölkədə turizm təhsili verən yeganə ixtisaslaşmış ali təhsil ocağıdır. Ölkənin turizm sənayesinin peşəkar kadrlarla təmin olunması ilk növbədə ATİ-nin üzərinə düşür. Bu yaxınlarda ölkə başçısı tərəfindən təsdiq olunmuş «Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı»nda da bilavasitə bu ali məktəbin fəaliyyətinə aid olan bəndlər var.

 

ATİ-nin rektoru Cəfər Cəfərovun bildirdiyinə görə, Dövlət Proqramından irəli gələn məsələlərlə bağlı institut rəhbərliyi tərəfindən uzunmüddətli tədbirlər planı hazırlanıb. Plana kadr hazırlığı ixtisasartırma, tədqiqat, qısamüddətli kursların təşkili, tanıtım, piar marketinq sahələrində görüləcək işlər daxildir: «Bu əsas istiqamətlər üzrə biz öz vəzifələrimizi müəyyənləşdirmişik. Dövlət Proqramı həmçinin ATİ-nin strateji inkişaf elmi-tədqiqat planlarının yenilənməsini zəruri edir. Bakalavr, magistratura doktorantura pillələri da daxil olmaqla, ixtisasartırma, ixtisasdəyişmə ixtisaslaşma üzrə olan tədbirlər planı blokunda nəzərdə tutulur ki, turizm sahəsində fasiləsiz təhsil sistemi yaradılsın. Məzunlarımız da bu prosesdə iştirak edəcək. Eyni zamanda, magistratura doktorantura pillələri üzrə ATİ-nin özündə akademik kadr hazırlığını təşkil etməyi nəzərdə tuturuq».

Rektor qeyd etdi ki, ölkədə turizm kadrlarının hazırlığının təkmilləşdirilməsi məqsədilə turizm-tədris proqramlarının, istehsalat təcrübəsinin təşkili görüləcək işlər sırasındadır: «Burada turizm sənayesinin rəyinin nəzərə alınması çox vacibdir. Bununla bağlı institutumuzun məşvərət orqanı kimi bir qurum yaratmağı düşünürük. Bu qurumda sənaye təmsilçiləri yer alacaq. Onlar zaman-zaman görüşərək tədris proqramlarının tədris standartlarına sənayenin ehtiyaclarına uyğunluğu barədə fikir mübadiləsi aparacaqlar».

C.Cəfərovun sözlərinə görə, turizm təhsilinin gücləndirilməsi üçün yerli ədəbiyyat fondunun yaradılması da vacib işlərdən biridir. Eyni zamanda, tədbirlər planında turizmin vacib sahəsi olan sanatoriya-kurort müəssisələri üçün ATİ-də sağlamlıq turizmi üzrə ixtisasartırma kurslarının təşkil edilməsi nəzərdə tutulur. Sənəddə öz əksini tapan məsələlərdən biri tədqiqat işləri ilə bağlıdır. Bu sahə üzrə turizm zonalarının investisiya xəritələrinin çıxarılması, turizm sahəsində kiçik orta sahibkarlığın gücləndirilməsi üçün kənd turizminin inkişafı sahəsində tədqiqatların genişləndirilməsi, ölkənin tarix, mədəniyyət təbiət abidələrinin öyrənilməsi, təbliği turizm məhsuluna çevrilməsi istiqamətində tədqiqatların aparılması planlaşdırılır: «Azərbaycan turizminin təbliği təşviqində informasiya-kommunikasiya texnologiyalarının daha geniş tətbiqi, milli parklarda ekoturizmin, mədəniyyət qoruqlarında mədəni turizmin konsepsiyalarının hazırlanması, yeni turizm marşrutlarının yaradılması, Azərbaycanın xaricdəki turizm imicinin öyrənilməsi yaxşılaşdırılması istiqamətində təkliflərin hazırlanması s. Dövlət Proqramından irəli gələn prioritet məsələlərdəndir».

Turizm sahəsində peşə kadrlarını artırmaq üçün təlim qısamüddətli sertifikat kurslarının təşkili ATİ-nin planlarına daxildir. İnstitut yarandığı gündən bu istiqamətdə işlər görüb. Bununla əlaqədar institut tərəfindən Bakıda ölkənin mühüm turizm zonalarında milli turizm təlim mərkəzi sisteminin yaradılmasına başlanacaq.

İnstitutun builki ilk məzun buraxılışı barədə danışan rektor dedi ki, 2006-cı ildə ali məktəbə 200 nəfər qəbul olunub: «Bunların 74-ü qiyabiçidir, 5 il oxuyacaqlar. Yerdə qalan 126 nəfər isə ali məktəbi bu il qurtarmalıdır. Təxmini hesablamalarımıza görə, ən yaxşı halda onların 70-80 faizinin diplom almaq şansı var».

C.Cəfərov onu da bildirdi ki, Turizm İnstitutu aprelin 28-də Bakıda işə başlayan 1-ci Ümumrespublika Daxili Turizm Sərgisində iştirak edir: «Fəaliyyət göstərdiyimiz 4 il ərzində başımız tədris məsələlərinə qarışıb. İnstitutun təbliğinə o qədər vaxt ayırmamışıq. Bu baxıımdan turizm sərgisi institumuzun hazırkı vəziyyəti gələcək perspektivləri barədə ziyarətçiləri məlumatdırmaq üçün yaxşı fürsətdir».

 

 

Fəxriyyə Abdullayeva 

 

Mədəniyyət.- 2010.- 30 aprel.- S. 8.