Çıxışımı sürəkli alqışlar müşayiət edirdi

 

Şair Çingiz Əlioğlu İran səfərindən xoş təəssüratlarla qayıdıb

 

Aprelin 16-dan 22-dək İran İslam Respublikasında İran Dünya Şairlərinin I Beynəlxalq Konqresi keçirilib. Dünyanın 46 ölkəsindən (Danimarka, Rusiya, Türkiyə, Fələstin, Albaniya, İngiltərə, İndoneziya, Banqladeş, Peru, Argentina, Filippin s.) 50 şairin iştirak etdiyi tədbirdə Azərbaycandan Mədəniyyət Turizm Nazirliyinin Nəşriyyat sektorunun müdiri, şair, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Muxtar Qasımzadə iştirak ediblər. Ölkəmizin iştirakı Ç.Əlioğluna gələn şəxsi dəvətdən İranın Bakıdakı Mədəniyyət Mərkəzinin Mədəniyyət Turizm Nazirliyinə ünvanladığı rəsmi məktubdan sonra reallaşıb.

 

Çingiz Əlioğlu səfər təəssüratlarını bizimlə bölüşərkən məlum oldu ki, şair İranın Tehran, İsfahan Şiraz şəhərlərində keçirilən tədbirlərdən olduqca razı qalıb: “Hər yerdə, bütün tədbirlərdə həm İranın rəhbər nümayəndələrindən, həm sadə insanlardan, tələbə müəllimlərdən özümə qarşı böyük ehtiram gördüm. Oxuduğum şeirlər böyük coşqu alqışlarla qarşılanırdı. Çıxışımın bu cür marağa səbəb olmasına dünyanın digər ölkələrindən gələn qələm sahibləri təəccüb edirdilər. Açığını deyim ki, onlara qarşı bu səviyyədə maraq yox idi”.

İran oxucularının tədbirlərdəki aktivliyini diqqətə çatdıran Ç.Əlioğlu bunları söylədi: “İranın dinamik mədəni həyatı bütün qonaqların marağına səbəb oldu. Vaxtından asılı olmayaraq bütün tədbirlərdə çoxsaylı insanlar həvəslə iştirak edirdilər”.

Aprelin 17-də Tehranın məşhurBirliksarayında baş tutan Beynəlxalq konqresin açılış mərasiminə İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad da qatılıb geniş nitq söyləyib. Bundan əlavə, mərasimdə İranın Ali Dini Rəhbərliyinin nümayəndələri, ən yüksək rütbəli dövlət məmurları, o cümlədən İranın mədəniyyət naziri ağayi doktor Hoseyni nazirin müavini, tədbirin təşkilat komitəsinin sədri Möhsün Pərviz iştirak ediblər.

Açılış mərasimindən əvvəl TehranınŞairlər evi”ndə Çingiz Əlioğlu ilə ayrıca görüş təşkil olunub.

Ç.Əlioğlu: “Şairlər eviTehranın ən hündür yerlərindən birində, gözəl bağın içərisində yerləşir. Şairlər evi”nin rəhbərliyi, tanınmış şairlər gənc qələm sahiblərinin iştirak etdiyi görüşdə kontingenti nəzərə alıb modern üslubda yazılan şeirləri oxudum, təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, böyük maraqla qarşılandı”.

Açılış gününün səhəri qonaqlar İranın məşhur Milli Kitabxanasını ziyarət ediblər.

Tədbirin növbəti günü tarixi İsfahan şəhərinə səfər olub, Saib Təbrizinin məzarını ziyarət edən nümayəndə heyəti şairin abidəsi önündə düzənlənmiş poeziya məclisində iştirak edib.

Daha bir səfər Hafiz Sədi kimi dühaların adı ilə dünyada məşhur olan Şiraz şəhərinə təşkil olunub, burada da həm Hafizin, həm Sədinin məzarlarını ziyarət ediblər şeir məclislərinə qatılıblar.

İki gün Şirazda qalan qonaqlar şəhərin nəhəng Universitet Kompleksində müəllim tələbələrlə görüşüblər:

Ç.Əlioğlu: “Mənə söz veriləndə səfər zamanı yazdığım elə universitetinin zalında dizimin üstündə son nöqtəsini qoyduğum Şiraza aid şeiri oxudum. Bütün oxuduqlarım, xüsusilə 18 ildən sonra bir daha görüşünə gəldiyim Şiraz şəhərinə həsr olunan şeir gurultulu alqışlarla müşayiət olundu.

Tədbir qurtaranda tələbələrin mühasirəsini yarıb yerimək mümkün deyildi. Hamısı avtoqraf istəyirdi...”

Çingiz müəllimin sözlərini görə, İran oxucuları əruzdan yorulublar sanki... Ona görə, çağdaş estetik dəyərlərlə qələmə alınan sərbəst şeirlərə xüsusi maraq göstərirlər.

İran Dünya Şairlərinin I Beynəlxalq Konqresinin bağlanış mərasimi TehrandakıLaləotelində reallaşıb. İranın mədəniyyət nazirinin müavini, tədbirin təşkilat komitəsinin sədri Möhsün Pərviz qonaqların şərəfinə təntənəli ziyafət verib. Daha sonra xatirə şəkli çəkdiriblər.

Ç.Əlioğlu: “İran səfəri məndə böyük təəssürat yaratdı. Odur ki, Təşkilat Komitəsinə yazılı şəkildə öz razılığımı təşəkkürlərimi çatdırdım. İran səfərində həmçinin ötən əsrin 90-cı illərindən başlayaraq mənim çoxsaylı şeirlərimi fars dilinə tərcümə edən güneyli soydaşımız, İstanbul universitetlərinin birində doktorluq edən Yaşar Yağışla görüşmək fürsəti əldə etdim. Bütövlükdə İranda keçirilən konqresi yalnız İranın Şərqin deyil, bütün dünyanın poeziya bayramı kimi qiymətləndirirəm”.

 

 

Şərif

 

Mədəniyyət.- 2010.- 30 aprel.- S. 6.