Ziyarətçilər bir dünya kəşf etdilər
«AİTF-2010» turizm sərgisi
maraqlı yeniliklərlə
yadda qaldı
Aprelin 28-də Bakının Heydər Əliyev adına İdman-Konsert Kompleksində
“AİTF-2010» - 9-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər
Sərgisi, 4-cü Qafqaz
Beynəlxalq Mehmanxana,
Restoran və Supermarketlər üçün
Avadanlıq və Ləvazimatlar və 1-ci Ümumrespublika Daxili Turizm sərgiləri açıldı. Tədbir
Mədəniyyət və
Turizm Nazirliyi, Dünya Turizm Təşkilatı, Azərbaycan
Turizm Assosiasiyası, Azərbaycan Respublikası
Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli
Konfederasiyasının rəsmi
dəstəyi və «İteca Caspian» şirkətinin
təşkilatçılığı ilə keçirilir.
Prezident sərgini
ziyarət etdi
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sərginin açılışında iştirak
etdi. Prezident əvvəlcə respublikanın
15 bölgəsinin turizm
potensialını əks
etdirən sərgi ilə tanış oldu. Sərgi barədə ölkə başçısına məlumat
verən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, ilk dəfə
olaraq ölkəmizdə
daxili turizm sərgisi keçirilir.
Sərgidə ölkənin
istirahət zonaları,
sanatoriyaları və
mehmanxanaları barədə
ekspozisiyalar vardı. Bölgələrimizin turizm
imkanlarının əks
olunduğu stendlərlə
yaxından
Sonra İlham
Əliyev 9-cu Azərbaycan
Beynəlxalq Turizm və Səyahətlər
Sərgisi ilə
Dövlət başçısı
bu ölkələrin
turizm imkanları barədə məlumatlandırıldı.
Bakının abidələri, Naxçıvanın
təbiəti, Xaçmazın
Nabranı...
Qeyd edək
ki, 1-ci Ümumrespublika
Daxili Turizm Sərgisində Bakı, Gəncə və Naxçıvanın, Xaçmaz,
Lənkəran, Lerik, Şəki, Şamaxı,
Quba, Qusar, Masallı, İsmayıllı,
Qəbələ, Zaqatala,
Qazax və Qax rayonlarının turizm potensialını əks etdirən stendləri ziyarət edənlər burada hər bir regionun
milli koloritini duya bilir, Azərbaycanın
zəngin folkloru, mətbəxi və ənənələri ilə
yaxından tanış
olurdular.
Sərginin ilk sırasında
üzərində Bakı
ərazisindəki tarixi
abidələr, hotellər,
istirahət məkanlarının
görüntüləri yer
alan stend quraşdırılmışdı. Azərbaycanın qədim
diyarı Naxçıvanın
stendində isə «Duzdağ», «Təbriz» və «Avtovağzal» hotelləri haqqında məlumatlar yer almışdı. Burada, həmçinin, muxtar respublikada istehsal edilən yerli məhsullar, çaylar, sənətkarların əl
işləri də nümayiş etdirilirdi.
Quba, Qusar və Xaçmaz rayonlarına məxsus stendlər də sərgi iştirakçılarının
marağına səbəb
olurdu. Bu bölgənin rəqs qruplarının çıxışları
istər-istəməz oradan
keçən ziyarətçiləri
ayaq saxlamağa məcbur edirdi. Stendlərə gələn
xarici qonaqlar xüsusilə Nabrandakı
istirahət mərkəzləri
haqqında məlumat almaq istəyirdilər.
Şəki sənətkarlarının əl işləri sərgiyə xüsusi rəng qatır
Məlumdur ki, Azərbaycanın qədim
mədəniyyət mərkəzlərindən
biri də Qazaxdır. Sərgidə
rayonun tarixini, mədəniyyətini, məişətini,
etnoqrafiyasını əks
etdirən müxtəlif
eksponatlar nümayiş
etdirilirdi. Burada qazaxlıların XIX əsrin
sonu - XX əsrin əvvəllərində istifadə
etdikləri geyim nümunələri, milli musiqi alətləri yer almışdı. Rayonun mədəniyyət
və turizm şöbəsinin nəzdində
fəaliyyət göstərən
folklor ansamblının
çıxışları da ziyarətçilər tərəfindən maraqla
qarşılandı.
Gəncənin stendində
isə şəhər
sənətkarlarının əl işləri nümayiş etdirilirdi. Gəncə şəhər
Mədəniyyət və
turizm idarəsinin rəisi Mina Məlikovanın dediyinə
görə, bu məkana gələn turistlər çalışırlar
ki, Gəncəni xatırladan suvenirlər aparsınlar. Bu səbəbdən də stendlərində əsasən
sənətkarlıq nümunələrinə
yer veriblər. Bundan başqa, Gəncənin stendində
şəhərin mehmanxanaları,
Gəncə Şərab
Zavodunun məmulatları,
Göygöl, Hacıkənd
və Daşkəsəndə
olan istirahət marşrutları haqqında
məlumatlar da yer almışdı.
Qax və Zaqatala rayonlarının stendlərində də ziyarətçilər üçün
maraqlı turizm məhsulları yerləşdirilmişdi.
Hər iki rayonun mədəniyyət
və turizm şöbələrinin nəzdində
fəaliyyət göstərən
rəqs qruplarının
çıxışları iştirakçıların diqqətini
xüsusi cəlb edirdi.
Daxili turizm sərgisinin iştirakçıları
arasında Şəki
şəhərinin stendi
də maraqlı idi. Xan sarayı,
karvansaralar, hamamlar haqqında məlumatlarla yanaşı, Şəki sənətkarlarının əl
işləri də lövhəyə xüsusi
rəng qatırdı.
Lerik, Masallı
və Lənkəran rayonlarına aid stendlərdə
isə ölkəmizin
cənub zonasına məxsus mətbəx nümunələri nümayiş
etdirilirdi. Bundan başqa, ziyarətçilərə
bu rayonların tarix-diyarşünaslıq muzeylərinin
eksponatları, bu istiqamətdə yerləşən
müasir tipli hotellər və istirahət məkanları
haqqında ətraflı
məlumatlar da təqdim olunurdu.
Sərgidə Şamaxı,
İsmayıllı və
Qəbələ rayonlarının
turizm potensialı da geniş nümayiş
etdirilirdi. Bu bölgənin xüsusilə
mətbəxi turistlərin
diqqətini cəlb edir. Qeyd edək
ki, Azərbaycana gələn turistlərin əksər hissəsi istirahət etmək və təbiətin gözəlliklərindən zövq
almaq üçün
məhz bu rayonların ərazisini seçir.
Sərgidə bir stend də var...
«Qarabağ»
adlanan bu lövhədə
Diqqətimizi stendin qarşısında dayanıb
oranı sakitcə seyr edən bir ağsaqqal çəkdi. Gözləri
dolmuşdu qocanın,
sanki içindəki
«Hanı mənim gözəl Qarabağım»
sualına cavab axtarırdı. Nəbi Cəfərov adlı bu ziyarətçiyə yaxınlaşıb sərgi
barədə təəssüratlarını
bizimlə bölüşməsini
istədik. O isə «Danışası halda deyiləm, qızım» deyib bizdən uzaqlaşdı...
Xarici şirkətlərin
ölkəmizə marağı
böyükdür
Kompleksin birinci pavilyonunda yerləşən
«AİTF-2010» Turizm və
Səyahətlər Sərgisinin
ziyarətçiləri isə
əsasən yerli vətəndaşlar idi. Burada İtaliya, İsveçrə, Almaniya,
Avstriya, Fransa, Rusiya, Ukrayna, Belarus, Çin, Kipr, Sloveniya, Latviya, Litva, Estoniya, Vyetnam, Kamboca və Sinqapurdan 130-dən çox şirkət öz məhsulunu 33 istiqamət üzrə təqdim edirdi. Eyni zamanda, Türkiyə,
Yunanıstan, Kipr, Malayziya, Tunis, BƏƏ, Mavriki,
Hindistan, Çexiya və Gürcüstan milli stendləri ilə çıxış
edirdilər.
Malayziya, Maldiv, Mavriki, Seyşel adaları və Tailanddan olan şirkətlər isə
“Adalarda cənnət”
adlı ekzotik turizm marşrutunu təqdim edirdilər.
Stavropol diyarının
tanınmış kurort
şəhərləri olan
Yessentuki, Jeleznovodsk, Kislovodsk, Mineralnıye Vodı, Pyatiqorsk ziyarətçilərə sanatoriya
müalicəsi üzrə
xidmətlərin ən
geniş diapazonunu təqdim edirdilər. Sərgidə iştirak etmək məqsədilə
ölkəmizə gələn
Stavropol vilayətinin qubernatoru Valeri Qayevski qəzetimizə açıqlamasında bildirdi
ki, Azərbaycanın yeni bir turizm
marşrutu kimi dünyada tanınması Rusiya turoperatorlarının
diqqətini buraya cəlb edib.
Ukrayna turizm şirkətləri də
sərgidə geniş
təmsil olunur. Onlar Azərbaycan turistlərinə təkcə
Qara dənizin kurortlarını deyil, həm də Truskaves və digər şəhərlərin
müalicə kurortlarını
da təklif edirlər.
“AİTF-2010”un ən diqqətçəkən
iştirakçılarından biri də ilk dəfə sərginin tərəfdaşı qismində
çıxış edən
Türkiyədir. Bu ölkənin
stendinin əsas şüarı «İstanbul
- Avropa mədəniyyətinin
paytaxtı - 2010»dur. Turkiyənin Mədəniyyət
və Turizm Nazirliyinin nümayəndəsi
Tayfun Şenel qəzetimizə açıqlamasında
bildirdi ki, İstanbulun bu adı qazanması onlara uzun illərin
əziyyəti hesabına
başa gəlib. Türkiyəli təmsilçinin
sözlərinə görə,
AİTF sərgisində ilk gündən iştirak edirlər. Azərbaycanın
turizm imkanları həmişə Türkiyə
şirkətlərinin diqqətini
cəlb edib.
Malayziya, Tailand və Hindistanın turizm şirkətlərinin
təqdimatları da maraqlı idi. Hindistanlı rəqqasların
çıxışları ziyarətçilərin onlara
yaxınlaşmasına səbəb
olurdu.
Müxtəlif növ mebel dəstləri istəyənlər
HOREX-ə gəlsin
AİTF ilə
yanaşı keçirilən
«Mehmanxana, Restoran və Supermarketlər üçün hər şey» mövzusunda
4-cü Qafqaz Beynəlxalq
HOREX sərgisində Azərbaycan,
Türkiyə, Rusiya və başqa ölkələrdən olan
şirkətlər iştirak
edirdi. Ekspozisiyaların
içərisində ziyarətçiləri
daha çox mətbəx avadanlıqları,
hamam otaqları üçün kosmetik aksessuarlar, mehmanxanalar,
supermarket və restoranlar
üçün mebel
dəstləri, qəlyanaltı
sistemləri maraqlandırırdı.
HOREX sərgisi
çərçivəsində xarici mütəxəssislərin
iştirakı ilə
aşpaz və barmenlər üçün
peşəkar təkmilləşdirmə
kursları da keçirilirdi.
Qeyd edək
ki, «AİTF-2010» sərgisi
bu gün işini başa çatdıracaq.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2010.- 30 aprel.- S. 3.