Neft milyonlar səltənətindəfilminin 95 yaşı tamam olur

 

   XIX əsrin sonuna doğru Bakıda neft istehsalının sürətlə artması xaricdən çoxsaylı sərmayədarların buraya axışmasına təkan vermiş, şəhər böyük sənaye maliyyə mərkəzinə çevrilmişdi. Şəhər iqtisadiyyatının sürətli inkişafı, neft bumu dünyanın müxtəlif yerlərindən ayrı-ayrı sənət sahiblərini buraya çəkib gətirirdi.

  

   1915-ci ildə Pirone qardaşları BakıdaFilmaSəhmdar Cəmiyyətini yaratdılar. 1915-1916-cı illərdə həmin cəmiyyət bir neçə bədii film, o cümlədən neft sahibkarlarının köməkliyi iləNeft milyonlar səltənitindəsosial kinodramını istehsal etdi. İkiseriyalı bədii filmin 1-ci seriyası 1916-cı il mayın 14-də, 2-ci seriyası isə mayın 27-də ekranlara buraxılmışdı.

   Film yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında ekranlaşdırılmışdı. Ekran əsərinin senarisini A.D.Panova-Potyomkina yazmış, B.Svetlov ona quruluş vermişdi. Rollarda yerli gəlmə aktyorlardan H.Ərəblinski (Lütfəli bəy), V.Lenin (Cəmil), K.Piontkovskaya (Şəfiqə), R.Lazareva, Y.Muromski, Y.Orlitskaya, M.Əlili, C.Qaryağdıoğlu, Q.Pirimov, Mədətov başqaları çəkilmişlər.

   Film ilk dəfə H.Z.Tağıyevin pasajındaFransız elektrobioqrafı”nda (indiki Bakı Universal Mağazası) göstərilmişdi. Filmin pavilyon epizodları (“Kazino”, “Kazinoda qumar”, “Cəlilin toyu s.) Tiflisdə, təbiət səhnələri Bakı Bakı ətrafında - Balaxanı, Binəqədi, Zığ dəniz kənarında çəkilmişdi. Binəqədidəki mədəndə baş verən yanğın da filmə daxil edilmişdi.

   Kinorejissor M.Əlili xatirələrində yazır: “1915-ci il idi. Bir gün dostum Cəfər Cabbarlı mənə dedi: “Məmməd ağa, artist Murad Muradov mənə deyib ki, Peterburqdan kino çəkmək üçün Bakıya bir dəstə gələcək. Elə oldu. Bakıda rejissor Boris Svetlov olmaqla kino çəkən dəstə artist M.Muradovun məsləhəti ilə istedadlı tragik Hüseyn Ərəblinskini baş rolda çəkilməyə dəvət etdi. Filmin adıNeft milyonlar səltənətindəidi.

   Cəfər mənə dedi ki, kinonun mənzərə hissələri Bakı şəhərində, neft mədənləri isə Balaxanı kəndində çəkiləcək. Sən Balaxanıda oxumusan, o yerləri yaxşı bilirsən. Onlara çox köməyin dəyə bilər. Əminəm ki, onlar sizin mollaxanaya gələcəklər. Çalış səni filmə çəksinlər.

   Bir neçə gündən sonra artist M.Muradov filmin rejissoru B.Svetlovla bizim mollaxanaya gəldilər. Sınaq çəkilişləri üçün beş nəfər uşaq seçdilər. Artıq yaşım ötdüyü üçün Cəlilin uşaqlıq roluna yaramadım. Amma kütləvi səhnədə çəkildim. Maraqlısı odur ki, filmin çəkilişinin axırına kimi mən bir növ qeyri-rəsmi rejissor köməkçisi işlədim.

   Murad Muradovun, xüsusilə Cəfərin filmi çəkən dəstəyə çox köməyi olurdu. Filmin inandırıcı səhnələrindən biri Bayıl tərəfdə çəkilmişdi. C.Cabbarlının məsləhəti ilə yuxarı məhəllənin arvad-uşaqlarını xalça-palaz yumaq üçün Bayıla gətirtdirirdim. O vaxtlar hələ Bakıya çəkilən Şollar suyu gəlmədiyindən əhali quyulardan istifadə edirdi bu suyu səhənglərdə evlərə daşıyırdılar. Bu səhnələr filmdə çox inandırıcı çıxmışdı. Filmi çox qısa müddətə-dörd aya çəkib başa vurdular”.

   Filmdəki yazılar iki dildə - Azərbaycan rus dillərində yazılmışdı. Neft Bakısının XX əsrin əvvəllərindəki həyatı, Bakı müsəlman milyonçularının məişəti, bir parça çörək üçün neft mədənlərində ən çətin şəraitdə işləyib yaşayan fəhlələrin ağır güzəranı ekranda canlandırılmışdı.

   Filmdə baş verən bütün əhvalatlar əsərin qəhrəmanı Cəlilin taleyi fonunda cərəyan edir. Təsadüf nəticəsində yoxsul kimsəziz Cəlilin varlı bir neft sahibkarına çevrilməsi, Lütfəli kimi pozğun qəddar neft milyonçusu ilə dostluq etməsi onu nəinki müflisləşdirir, hətta məhv edir. Burjua cəmiyyətinin ali təbəqəsinə qədər yüksələn kasıb balasının burada özünə yer tapa bilməməsi buna mənən hazır olmaması onun faciəsi ilə nəticələnir.

   Məşhur tarzən Q.Pirimov da filmdə çəkilmişdi. O, sənətşünas N.Sadıxovla söhbətində bu barədə danışarkən demişdi: «Filmin “Toy” Kazinoda şənlikepizodlarında xanəndə Cabbar ilə mən çəkilmişdim. Mən çalırdım, Cabbar oxuyurdu. H.Ərəblinskinin oynaması mənim çox xoşuma gəlirdi. Lütfəli bəyin par-par parıldayan faytondan düşməsi indiki kimi yadımdadır. Onun iti baxışları elə bil gözümün qabağındadır. Lütfəli bəyin obrazı Ərəblinskiyə çox yaraşırdı».

   Qeyd edək ki, filmin bukleti M.F.Axundov adına Milli Kitabxananın nadir nüsxələr şöbəsində saxlanılır. Bukletdə filmin məzmunu Azərbaycan rus dillərində yazılıb, filmdən fotoşəkillər çap olunub.

   Neft milyonlar səltənətindəpovestinin motivləri əsasında çəkilmiş filmin ikinci variantı 1980-ci ildəQızıl uçurumadı ilə yenidən ekranlarda nümayiş etdirildi. Bu melodramın quruluşçu rejissoru Fikrət Əliyevdir. Filmdə Cəlil rolunda Ə.Qədirov, Lütfəli bəy rolunda isə H.Xanızadə çəkiliblər. 1983-cü ildə Leninqradda XIV Ümumittifaq kinofestivalında rejissor Fikrət Əliyevə uğurlu debütə görə mükafat verilmişdi.

  

 

   Aydın Kazımzadə

 

   Mədəniyyət.- 2010.- 4 avqust.- S. 10.