Doğma diyar”ın növbəti konserti Şirvanda keçirildi

 

   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “NarMobile”in sponsorluğu, “Ulduz” prodakşn” şirkətinin təşkilatçılığı ilə keçirilən “Doğma diyar” layihəsinin ölkə üzrə konsert turu davam edir. Estrada ulduzları Röya və Zamiq layihə çərçivəsində avqustun 16-da Şirvan şəhərinin Heydər Əliyev adına meydanında konsert proqramı ilə çıxış ediblər.

  

   İki saat yarımlıq konsertdə Samir Bayramlı və Sevinc Ağaşirinova aparıcılıq missiyasını yerinə yetirib. Konserti 15 mindən çox tamaşaçı izləyib. Konsert həmçinin sənətçilərə hədiyyələr və çoxsaylı gül dəstələrinin təqdim edilməsi ilə yadda qalıb.

   Qeyd edək ki, “Doğma diyar” layihəsi 12 iyul tarixində Qubada başlayıb və artıq Qəbələ, Göyçay, Mingəçevir, Zaqatala, Qazax, Tovuz, Ağdam, Füzuli bölgələrində baş tutub. Növbəti konsert avqustun 19-da Lənkəranda keçiriləcək. Ümumilikdə “Doğma diyar” konsertləri respublikanın 15 bölgəsini əhatə edəcək.

 

 

   İntiqam

  

   Mədəniyyət.- 2010.- 18 avqust.- S. 4.