Naxçıvanda
“Biz bir millət, iki dövlətik” mövzusunda
sərgi açılıb
Cəlil Məmmədquluzadə
adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat
Muzeyində Türkiyə-Azərbaycan dostluğunu əks etdirən
“Biz bir millət, iki dövlətik” mövzusunda sərgi təşkil
olunub. Mədəniyyət müəssisəsindən verilən
məlumata görə, sərgidə ümummilli lider Heydər
Əliyevə həsr olunmuş “Həyat yolu: 1923-2003”,
Türkiyə Cümhuriyyətinin qurucusu Atatürk haqqında
nəşr olunmuş “Atatürk bir ulusun doğuşu”, Mehmet
Akif Ərsoyun “Safahat”, Yunus Əmrə və Aşıq Veysələ
həsr olunmuş “İki zirvə”, Nazim Hikmətin
“Seçilmiş əsərləri”, Lətif Hüseynzadənin
“Araz şahiddir” kitabları yer alıb.
Mədəniyyət.-
2010.- 18 avqust.- S. 4.