«Oxşar dəyər və ənənələri bölüşürük»

 

   Yaponiyanın ölkəmizdəki səfiri Masamitsu Oki: «Azərbaycan musiqisini dinləməkdən böyük zövq alıram»

  

   Yaponiya. Gündoğar ölkə, dünyanı heyrətə gətirən möcüzələr diyarı. Yaponiya və Azərbaycan bir-birlərindən məsafəcə uzaq olsalar da, iki ölkənin xalqları, insanları arasında yaxınlıq və bənzərlik var. Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Masamitsu Oki ilə həmsöhbət olarkən bunu bir daha yəqin etdim.

  

   - Cənab səfir, Azərbaycana gələnə qədər ölkəmiz haqqında hansı məlumata malik idiniz?

   - Mən təxminən 10 il əvvəl Türkiyədə işləyərkən orada bir neçə azərbaycanlı ilə tanış olmuşdum. İlk dəfə onların vasitəsilə Azərbaycan haqqında, bu ölkənin mədəniyyəti barədə məlumat almışdım. Sonra ilk dəfə Azərbaycana turist səfərinə gəldim. O vaxt ölkənizin özünəməxsus ənənələri, Bakıdakı İçərişəhər kimi mədəni irsi mənə dərin təsir bağışladı. Sizin xalqınızın qonaqpərvərliyi və istiqanlılığı da məndə zəngin təəssürat yaratmışdı.

   Həmin vaxtdan Azərbaycan yaşayıb işləmək istədiyim ölkələr siyahısında ilk sıralarda yer tutdu. Onu da deyim ki, həmin vaxtdan 10 il ərzində Azərbaycan çox inkişaf edib. Yaxşı yollar, təzə binalar inşa edilib. Amma Azərbaycan xalqının istiqanlılığı və qonaqpərvərliyi dəyişməz olaraq qalıb ki, ölkədə də ən çox sevdiyim cəhətlər məhz budur.

   - İki ölkə arasında mədəni əlaqələri necə dəyərləndirirsiniz? Bu əlaqələri inkişaf etdirmək üçün daha nələr etmək lazımdır?

   - Son zamanlarda Azərbaycanla Yaponiya arasında mədəni mübadilə kifayət qədər intensivləşib. Mədəniyyətimizi sizin xalqa tanıtmaq üçün çox vasitələrdən istifadə edirik. Məsələn, ənənəvi yapon musiqisi, gül-çiçək düzülüşü (İkebana), yapon çay mərasimi ilə bağlı tədbirlər keçirmişik. 2009-cu ilin noyabrında Rus Dram Teatrında yapon musiqiçilərin çıxışı maraqla qarşılandı. Bundan başqa, Bakı Dövlət Universitetində, Xəzər və Qafqaz universitetlərində «Yaponiya günü» keçirmişik. Müxtəlif məktəblərdə oriqami dərsləri (oriqami - kağızdan quş, qayıq və başqa fiqurlu qatlamalar düzəltmək - yapon xalq incəsənətidir) keçmişik. Gələcəkdə də bu fəaliyyəti davam etdirəcəyik. Bu ilin payızında isə Azərbaycanda «Yapon kinosu günləri» keçirməyi planlaşdırırıq.

   Səfirlik Azərbaycanda yapon mədəniyyətini tanıtdırmaq üçün bir çox mədəniyyət təşkilatları ilə əməkdaşlıq edir. Onu da deyim ki, Tokiodakı Azərbaycan səfirliyi yaponlara Azərbaycan mədəniyyətini təqdim etmək üçün layihələr həyata keçirir. Mən özüm isə Yaponiyada olduğum vaxt Azərbaycan və onun mədəniyyəti haqqında danışıram. Gələcəkdə ölkələrimiz arasında mədəni əməkdaşlığın genişlənəcəyinə ümid edirəm və Yaponiya səfirliyi olaraq bu yöndə səylərimizi əsirgəməyəcəyik.

   - Yapon yazıçılarının əsərləri dünyada məşhurdur. Yaxın gələcəkdə onların əsərlərinin Azərbaycan dilinə tərcüməsi gözlənilirmi?

   - Hazırda çox az yaponiyalı Azərbaycan dilində oxumağı, danışmağı və ya yazmağı bilir və çox az azərbaycanlı da yapon dilində danışır. Qeyd edim ki, Azərbaycan dili biz diplomatlar üçün çox vacibdir. Mən Azərbaycan dilində danışanda insanlar bizimlə daha ünsiyyətcil olurlar. Xüsusilə bölgələrdə, kənd yerlərində xarici ölkə səfirlərinin yerli əhali ilə Azərbaycan dilində danışması çox faydalıdır. Azərbaycan dilində mükəmməl bilməsəm , gündəlik adi danışıq üçün əziyyət çəkmirəm. Yeri gəlmişkən, bizim dillərimiz arasında oxşarlıqlar var. Mən ilk dəfə türk dilini öyrənəndə bunu görmüşəm.

   Məsələn, qrammatikada iki dilin cümlə quruluşu, demək olar ki, eynidir. İngilis dilində deyilir: «Mən gedirəm məktəbə». Amma türk yapon dillərində deyirik: «Mən məktəbə gedirəm». Hazırda səfirliyimizdə çalışan 11 yapondan 5-i Azərbaycan dilində danışır.

   Yapon ədəbiyyatına gəldikdə isə, istəyirik ki, bizim yazıçıların əsərləri peşəkar tərcüməçi tərəfindən Azərbaycan dilinə tərcümə olunsun. Bəzi tanınmış yapon yazıçılarının əsərləri ingilis rus dillərinə tərcümə olunub Azərbaycan oxucularına tanışdır. Məsələn, bu yaxınlarda Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva mənə dedi ki, o, Haruki Murakaminin əsərlərini mütaliə etməyi sevir. Mehriban xanımın bu sözləri məni çox həvəsləndirdi. Biz tərcümə üçün mütəxəssis tapmalıyıq.

   - Azərbaycanda yaşadığınız illər sizə imkan verir ki, insanlar arasında oxşar fərqli xüsusiyyətləri seçə biləsiniz. Bu baxımdan özünüzü Azərbaycanda necə hiss edirsiniz insanlarımız sizdə hansı təəssüratı yaradıb?

   - Mənim fikrimcə, ən maraqlı məqam Azərbaycanla Yaponiya insanları arasında oxşar cəhətlərin olmasıdır. Bu baxımdan biz oxşar dəyərləri ənənələri bölüşürük: yaşlı insanlara ehtiram, möhkəm ailə telləri, əcnəbilərə qonaqpərvər münasibət. Bu baxımdan mən Azərbaycanda özümü çox rahat hiss edirəm. Xüsusilə kəndlərdə qalmağı xoşlayıram. Mən həmçinin Azərbaycan toylarını xoşlayıram. İnsanlar rəqs edir xoşbəxt görünürlər. Yaponiyada toylar sakit keçir, sizdə isə daha səs-küylü olur. Ona görə mən Azərbaycan toylarını bəyənirəm.

   - Siz böyük bir ölkəni diplomat kimi təmsil edirsiniz. Bu baxımdan yəqin ki, boş vaxtlarınız az olur. Bizim teatr konsert salonlarına necə, getməyə vaxt tapırsınız?

   - Mən musiqi, rəqs teatrları sevirəm. Çox vaxt klassik musiqini dinləmək üçün Filarmoniyaya gedirəm. Heydər Əliyev Sarayında konsertlərə həvəslə gedirəm. Bakıda olduğum müddətdə Alim Qasımov onun qızının iştirakı ilə muğam konsertinə getmişdim. Bundan başqa, «KVN»-in (Şən Hazırcavablar Klubu) tamaşasında da olmuşam. Deyim ki, tamaşalar Azərbaycan dilində idi mən ancaq 20-30 faiz başa düşürdüm. Buna baxmayaraq, çox gülməli idi tamaşadan zövq aldım.

   - Yaponlar dünyada turist səfərlərinə çox meyil göstərən xalqlar sırasındadır. Bu baxımdan Azərbaycanla Yaponiya arasında turizm əlaqələrinin səviyyəsini necə qiymətləndirirsiniz?

   - Düşünürəm ki, turizm sahəsində əlaqələrimizi inkişaf etdirə bilərik. Mən istərdim ki, daha çox azərbaycanlı Yaponiyaya səfər etsin müasir Yaponiyanı, onun ənənəvi mədəniyyətini başa düşsün. Həmçinin istərdim ki, daha çox yapon Azərbaycana gəlsin bu ölkənin gözəl təbiətini, mədəniyyətini görsün, qiymətləndirsin. Hazırda Azərbaycana o qədər çox yapon turisti gəlmir. Düşünürəm ki, bu sahədə Azərbaycan tərəfinin bəzi işlər görməsi lazımdır. Məsələn, çoxlu hotel tikməlidir. Əsas isə turizm sənayesində çalışan insanların treninq məşğələləri keçmələridir. Bundan başqa, biz Yaponiyada ictimai əlaqələr işinin fəaliyyətini gücləndirməliyik. Əgər bunlar edilsə, ölkəyə çoxlu sayda yapon turisti gələr. Çünki Azərbaycan cəlbedici ölkədir. Yaponlar zəngin mədəniyyətə, ənənələrə malik ölkələrə səfər etməyi sevirlər. Əminəm ki, gələcəkdə Azərbaycana turist səfərinə gələn yaponların sayı artacaq.

   - Azərbaycan tarixi, mədəniyyəti, musiqisi haqqında təəssüratlarınızı bilmək maraqlı olardı.

   - Azərbaycan musiqisini dinləməkdən zövq alıram. Dediyim kimi, tanınmış muğam ifaçısı Alim Qasımov onun qızı tərəfindən verilən konsert çox xoşuma gəldi. Bu yaxınlarda mən Azərbaycan bəstəkarları Fikrət Əmirov Fərhad Bədəlbəylinin klassik musiqisini dinləyib çox təsirləndim.

   - Ölkəmizdə olduğunuz müddətdə vaxt tapıb maraqlı yerlərə səyahət edə bilmisiniz?

   - Mən inkişafa yardım layihələrinin yerinə yetirilməsi çərçivəsində öz şəxsi səyahətlərimlə bağlı Azərbaycanın bir çox yerinə səfərlər etmişəm. Ölkənizin bütün yerlərində gözəl mənzərələr var. Misal üçün, Xınalıq kəndi həm ənənələr qonaqpərvərlik, həm qeyri-adi mənzərə baxımından xüsusi bir məkandır. Masallının İstisu bulaqları isə mənə Yaponiyadakı isti bulaqları xatırlatdı. Qubada İsmayıllıda olan geniş meşələr xoşuma gəldi. Şəki gözəl tarixi şəhərdir mən onu Azərbaycanın Kiotosu adlandırıram.

   İki il bundan əvvəl, Şəkiyə səfər edəndə gördüm ki, şəhərin çayı zibil ilə çox çirklənib. Biz orada çayı təmizləmə layihəsi həyata keçirməyə qərar verdik. Bu yaxınlarda layihə tamamlanacaq mən çox xoşbəxtəm ki, bu işə töhfə verə bilmişəm.

   Keçən ay İsmayıllıda tullantıların idarə edilməsi ilə bağlı bizim bir başqa ekoloji layihəmiz müvəffəqiyyətlə həyata keçirildi. Keçən il həmçinin İsmayıllıda yaponiyalı bağban tərəfindən «Yapon bağı» salındı. Əgər siz İsmayıllıya getsəniz, «Yapon bağı»na baş çəkməyinizi tövsiyə edirəm.

   Azərbaycanın bölgələrinə çoxlu səfərlər etmək niyyətindəyəm, çünki maraqlı insanlarla görüşməyi unudulmaz mənzərələrlə rastlaşmağı davam etmək istəyirəm. Bakıda dənizkənarı bulvarı, Fəvvarələr meydanı İçərişəhər kimi gözəl yerlərdə gəzməyi xoşlayıram. Bulvar Fəvvarələr meydanı təmirdən sonra xüsusilə əsrarəngiz olub.

   - Azərbaycan milli mətbəxi ilə aranız necədir?

   - Azərbaycanlıların ətlə birlikdə çoxlu tərəvəz yemələri çox gözəl ənənədir. Azərbaycanda yaşadığım 3 il müddətində 5 kq kökəlmişəm. Ona görə ki, milli yeməklərinizi çox yeyirəm. Ən çox sevdiyim yeməyiniz səbzə-plovdur. Mən onu hər həftə yeyə bilirəm. Buğlama isə ikinci sevimli yeməyimdir.

   - Ölkəmizi tərk edərkən xatirə olaraq özünüzlə aparmaq istərdiniz?

   - İnsanlarla görüş yaddaşımda ən gözəl xatirə olaraq qalacaq. Bundan əlavə, xatirə olaraq Azərbaycan xalçası, rəsm əsərləri, fotolar götürəcəm. Çox sevdiyim kəkotu fındıq da aparmağı planlaşdırıram.

   

 

   Mehparə Sultanova

 

  Mədəniyyət.- 2010.- 18 avqust.- S. 5.