Qədim
musiqi alətləri ansamblı ölkəmizi
Macarıstanda təmsil edib
Macarıstanın Buqats bölgəsində
Kişqunşaq milli parkında türkdilli ölkələrin
birgə tədbiri keçirilib. Macar-Turan Fondunun təşkilatçılığı
ilə türk-hun dünyası təmsilçilərinin bir
yerə toplanması və III Böyük Qurultayın
keçirilməsi çərçivəsində Azərbaycan
mədəniyyəti də təbliğ edilib. Belə ki, Azərbaycan
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin 14 nəfərlik
Qədim musiqi alətləri ansamblı Budapeşt şəhərinə
ezam olunmuşdu.
Ansambl tamaşaçılar
qarşısında maraqlı konsert proqramı ilə
çıxış edib.
Azərbaycanla yanaşı,
Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan,
Türkmənistan, Monqolustan, Rusiya Federasiyasının
Başqırdıstan, Tatarıstan, Yakutiya respublikalarından
nümayəndə heyətləri də tədbirdə
iştirak edib.
Mədəniyyət.-
2010.- 18 avqust.- S. 6.