Telekanallarda dublyaj işi: hələlik kəmiyyət keyfiyyəti üstələyir

 

   Ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq milli teleməkanın inkişafı dublyaj işini, filmlərin Azərbaycan dilinə tərcüməsini də aktuallaşdırmışdı. Öncə həmin dövrdə dövlət televiziyası statusu daşıyan AzTV proqramların bütünlüklə Azərbaycan dilində yayımlanmasına keçdi. Sonra ANS telekanalı dublyajını inkişaf etdirdi. ArdıncaLider” TV digər telekanallar bu işə start verdilər. Nəhayət, Milli Teleradio Şurası bu problemin birdəfəlik həlli üçün 2007-ci ildə ciddi addımlar atdı, telekanallarda əcnəbi dildə film verilişlərin yayımlanmasını yasaqlayan qərar verildi.

  

   Şura telekanalların dublyaj imkanlarının məhdudluğunu nəzərə alıb onlara 2007-ci ilin sonunacan vaxt verdi. 2008-ci ilin yanvarından etibarən isə Azərbaycanda fəaliyyət göstərən telekanallara əcnəbi dillərdə film telemateriallar nümayiş etdirmək qadağan olundu.

   Bu milli telekanallar qarşısında dayanan aktual məsələlərdən biri dublyaj işinin təşkili ilə bağlıdır. Televiziya kanallarının bu işi ortaq həyata keçirməsi barədə mülahizələr səslənir. Lakin mütəxəssislər telekanalların birləşib müştərək dublyaj studiyası yaratmasını real hesab etmirlər. Hər telekanalın ayrılıqda dublyaj işini yüksək keyfiyyətlə həyata keçirməsi isə çox çətindir. Yeganə çıxış yolu, Cəfər Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasının nəzdində dublyaj studiyası yaratmaq dövlətin köməyi ilə bu studiyanı müasir avadanlıqlarla təchiz etməkdir. Hər bir telekanal bu studiya üçün imkanı müqabilində köməklik edə bilər. Bu, həm gələcəkdə peşəkar aktyorlar üçün yeri, həm tamaşaçı televiziyalar üçün keyfiyyətli səsləndirilmiş filmlər deməkdir.

  

   Eyni səs biri-biriylə danışan obrazlarda

  

   Teleserialların dublyajında irəliləyiş açıq-aydın hiss olunur. Diqqətcil olsaq, bu dublyajlarda bəzi qüsurları da görə bilərik. Vaxtilə «Belissima» teleserialını 4 aktrisa səsləndirirdi. Hətta aktyor Hacı İsmayılov (digər aktyorlar da ola bilər) serialda özü-özüylə danışırdı. Yəni biri-biriylə danışan obrazları eyni aktyor səsləndirirdi. Elə indinin özündə telekanalda bu problem qalmaqdadır. Seriallarda səs effekti lazımı səviyyədə deyil. Misal üçün «Reys 1503» serialının adını çəkmək olar. Yay fəsli ilə əlaqədar telekanal bu serialı təkrar nümayiş etdirməyə başlayıb.

   Bəzən dublyaj filmlərində iki kişi iki qadın aktyorun səsindən başqa səsə rast gəlmək mümkün deyil. Düzdür, son zamanlar dublyaja yeni aktyorlar dəvət olunub. Bu aktyorlar filmlərdəki obrazların xarakterini səsin effektində verə bilirlər. Amma məlumdur ki, dublyaj filmi yeni bir dildə ikinci dəfə səsləndirməkdir. Burada texniki keyfiyyətlərdən tutmuş bədii keyfiyyətlərə qədər bütün xırda detallar nəzərə alınmalıdır. Telekanalların birində məhşur fransız aktyoru Pyer Rişarın oynadığı «Oyuncaq» filminin səsləndirilməsində aktyor Mahir Mirişlinin istedadından maksimum istifadə edib. Bu digər fransız komediya filmlərində M.Mirişlinin 3-4 aktyoru səsləndirməsi açıq-aydın bilinir. Üstəlik, telekanallarda sinxron işi qənaətbəxş deyil.

   Ümumiyyətlə, bu gün telekanalların dublyaj materiallarında Azərbaycan dilinin səslənməsi arzuolunan səviyyədə deyil. Dublyajda şablon ifadə pafoslu danışıq tərzi hakimdir.

   ANS TV-nin efirində teleseriallar üstünlük təşkil edir. Şənbə bazar günləri istisna olmaqla kanal hər gün 2-3 serialla tamaşaçılarının görüşünə gəlir. Bu seriallarda bəzən kişi səsləri incəliyinə görə qadın səslərindən fərqlənmir. Həmin seriallarda da dublyaj işinin keyfiyyəti suallar doğurur. Bununla belə, ANS TV- dublyaj materiallarının tərcümə keyfiyyəti daha yaxşıdır. Tərcümə zamanı adi danışıq dilinə önəm verilir.

  

   Keyfiyyətsiz dublyaj yaxşı filmləri tamaşaçının gözündən salır

  

   Bütün bu məqamları mütəxəssislərlə müzakirə etmək istədik. Lakin telekanallarda dublyaj işinə məsul olan şəxslərlə əlaqə saxlayıb fikirlərini öyrənə bilmədik. Yalnız ANS TV-ninBakıfilmkinostudiyasının direktor müavini Kamran Qasımov bu barədə danışdı. K.Qasımov vurğuladı ki, xarici filmlərin tamaşaçılara doğma dilimizdə qüsursuz olaraq çatdırılması dublyaj redaksiyalarının əsas vəzifəsidir: “Telekanalların dublyaj siyasəti mənəvi dəyərlərə həddən artıq diqqət yetirən Azərbaycan tamaşaçısı üçün qaçılmazdır. Düzdür, çox vaxt filmlər keyfiyyətsiz səviyyədə dublyaj olunur belə tamaşaçıya ötürülür. Bəzi telekanallarda dublyaj olunmuş filmlərin səsləndirmə texnikasının primitivliyi filmlərə qarşı mənfi hiss oyadır. Hətta bu cür səsləndirilən filmlər tamaşaçıların əsəbləri ilə oynayır. Keyfiyyətsiz dublyaj yaxşı filmləri tamaşaçının gözündən salır”.

   K.Qasımov etiraf edir ki, ANS TV- filmlərin dublyajında çatışmayan cəhətlər var, amma, onun fikrincə, bu telekanal dublyaj sahəsində bəzi yeniliklərə imza atıb: “ANS TV müstəqillik illərində ilk dəfə olaraq ölkədə dublyaj sahəsində adi danışıq dilinə üstünlük verdi. Azərbaycanda ənənəvi hal almış rəsmiyyətçi, pafoslu danışıq tərzindən uzaq qaçdı, əsl kino danışıq dilini dublyaja gətirdi”.Bakıfilmkinostudiyasının nümayəndəsi bildirdi ki, dublyaj işinin keyfiyyətini yüksəltmək üçün telekanallar bütün detalları nəzərə almalıdır: “Dublyaj olunan film tamamilə dərk edilməlidir bütün məziyyətlər nəzərə alındıqdan sonra film dublyaj olunmalıdır. Dublyaj filmin ikinci dəfə, sadəcə başqa bir dildə səsləndirilməsi prosesidir”.

   Rejissor Tahir Əliyev isə ilk olaraq dublyaj sahəsində baş vermiş maraqlı bir hadisəni danışdı: “Məşhur gürcü filmiƏsgər atasıfransızcaya dublyaj edilərkən atanın müxtəlif peşəkar aktyorların ifasında səsləndirilməsi dublyaj rejissorlarını qane etməyib. Səsləndirmə zamanı atanın səsindəki kolorit itib. Sonda rejissorlar atanı oynayan aktyoru Fransaya dəvət ediblər Serqo Zakariadze öz rolunu fransızca səsləndirib. Bu dublyaj üçün gözəl nümunədir. Yəni başdansovdu dublyajdan qaçmaq lazımdır. Ola bilər ki, texniki çatışmazlıq olsun. Amma bədii cəhətdən hər şey nəzərə alınmalıdır”.

   T.Əliyev dublyajda çalışan aktyorların yaradıcılıq səviyyəsinin yüksək olmasını vacib sayır: “Səsləndirilən hər bir obrazın xarakterini qavramaq, duyğularını, hisslərini emosional şəkildə tamaşaçıya çatdırmaq xüsusi məharət tələb edir. Keyfiyyətli dublyaj isə həmin telekanalın güclü maddi-texniki bazasından, rejissor peşəkarlığından xəbər verir. Qüsursuz dublyaj aktyor ansamblının düzgün seçimindən asılıdır”.

   Sonda qeyd edək ki, dublyaj sənəti kinonun ayrılmaz bir qoludur. Deməli, dünya səviyyəli filmi keyfiyyətsiz dublyajla nümayiş etdirməklə teleməkanda lider olmaq mümkün deyil. Bizdə isə hələlik telekanallarda dublyaj olunan filmlərin kəmiyyəti keyfiyyəti üstələyir.

  

 

   İntiqam Hacılı

 

   Mədəniyyət.- 2010.- 18 avqust.- S. 11.