Dirili Aşıq Surxay
XX əsrin birinci yarısında
yaşayıb-yaratmış saz-söz ustadlarımız
çox olub. Onlardan bəzilərinin həyat və
yaradıcılığı yetərincə öyrənilməyib.
Belə sənətkarlardan biri də Dirili Aşıq
Surxaydır. Jurnalist-etnoqraf Ənvər Çingizoğlu Dirili
Aşıq Surxay haqqında araşdırma aparıb. Onunla
görüşüb el sənətkarının həyat və
yaradıcılığı barədə məlumat verməsini
xahiş etdik. Həmkarımız xahişimizi məmnuniyyətlə
yerinə yetirdi:
- Dirili Aşıq Surxay 1902-ci ildə
Cəbrayıl rayonunun Dirili (indiki Xudayarlı) kəndində
anadan olub. Əvvəlcə kənddə molla yanında ibtidai
təhsil, sonra isə Təbriz şəhərində ali dini
təhsil alıb. Ərəb, fars dillərini mükəmməl
bilib. Cəbrayıl, Zəngilan, Qubadlı və Füzuli
rayonlarında aşıqlıq edib, ad-san qazanıb.
Aşıq Surxayın atası Bəyalı
müasir dünyagörüşlü, savadlı kişi olub.
Ona görə də o, oğlunun yüksək təhsil və
savad almasına səy göstərib. Bəyalı kişi
ayı bir onluq qızıl pula əslən Təbrizdən
olan müəllim tutur. Müəllim Surxaya dərs deyir, ona
elmin əsaslarını öyrədir.
Surxay çox çalışqan, işıqlı gənc olub. Onun təbrizli müəllimi Bəyalı kişiyə deyir: “Bu uşaq çox zəkalıdır. Onun təhsil alması yaxşı olardı”.
Sonra ünvanını Bəyalı kişiyə verir. Bildirir ki, uşağı oxutmaq istəsən bizə gətirərsən. Beləliklə, atası Surxayı Təbriz şəhərinə aparır. Ali ruhani məktəbinə qoyur. O, təhsilini başa vurduqdan sonra Təbrizdə qalır. Elə həmin məktəbdə də işə düzəlir. 1917-ildə Şimali Azərbaycanda da, Cənubi Azərbaycanda (İranda) da ictimai-siyasi vəziyyət dəyişir. Surxayın Təbrizdə işlədiyi məktəbdə yoxlamalar aparır, bir neçə nəfərlə birlikdə onu da göz altına alırlar. Bir müddət sonra atası Təbrizə gəlir və onu həbsdən azad etdirərək geriyə, doğma kəndinə gətirir.
Kəndin ağsaqqalları və qohumlar bir araya gəlirlər. Surxay işsiz qalmasın deyə bəzi məsləhətlər edirlər. Belə qərara gəlirlər ki, kənddə məktəb açsınlar.
Bir
gün Surxay yuxudan çox gec ayılır. Bu hal bir neçə gün təkrar olur. Həmişə deyib-gülən gənc dinib-danışmır.
Çox
fikirli görünür.
Onun bu halı ata-anasını,
qohum-əqrəbanı pərişan
edir. Bir gün ürəyini
yaxınlarına açır.
Bildirir ki, ona yuxuda
buta veriblər, butası Ağdaş elindən Mahbəri adlı bir qızdır.
Onu bu yoldan döndərmək
üçün çox
çalışırlar. Nəhayət, onu butasından
küsdürürlər. Surxay o gündən aşıqlıq
etməyə başlayır.
Nakam sevgisini də unutmur. Bayatılarında, qoşmalarında onu həmişə yad edir.
Surxayın anası Sənəm Fərhad qızı deyərdi: “Qardaşım
Cahangir Cəbrayıl
qəzasının pristavı
Məmməd bəyin
yavəri idi. Bir gün dedilər, Məmməd bəyin yaxın qohumu toy edir. Qardaşım Surxayı da
toya apardı. Toyda başqa aşıqlar da olur. Məclisdə Surxay da oxuyur. Pristav Məmməd bəy
onun oxumasından təsirlənir. Yanına çağırır.
Soruşur ki, niyə belə qəmli oxudun, kimsən, haralısan? O, oxuya-oxuya
deyir:
Əslim Diridağlıdır,
Sinəm düyün-dağlıdır.
İstərəm
duram gedəm,
Əl-ayağım bağlıdır.
Surxayam sirdən desəm,
Sədəfdən, dürdən desəm.
Dağılar Diridağ,
Dərdimi birdən desəm.
Cahangir onun haqqında
məlumat verir. Pristavın Surxaydan xoşu gəlir, ona mükafat olaraq at bağışlayır. “Bundan
sonra bizim toylarda yaxından iştirak edərsən“,
- deyir.
Aşıq Dirili Surxayın
günümüzə gəlib
çıxan əsərləri
azdır. Hələlik iki əsərini - “Aşıq elin atasıdır” və “Apar” şeirlərini tam şəkildə əldə
edə bilmişik.
Sənətkar “Aşıq
elin atasıdır” şeirində deyir:
Söylədiyim
bu söz-söhbət,
Aşıqlara çatasıdır.
Aşıq eldən doğulsa da,
Öz elinin atasıdır.
El şad olsa, aşıq gülər,
El dərdini
aşıq bilər.
Məhəbbətin
eldən dilər,
El aşığın
butasıdır.
Surxay deyər el içində,
Yaşa, yarat öl
içində.
Nə yazılıb əl içində,
Bu açdığın
nə tas
idi?
Nakam sevgisinə qovuşa
bilməyən Surxay könlünü ömürlük
telli saza bağlayır. Ellərin, obaların
toy məclislərinin yarı-yaraşığı
olur. Həmişə də nakam sevgisini anır, onun eşqiylə bayatılar, qoşmalar yazır, xalq məhəbbəti qazanır.
Ancaq Dirili Surxay bu
dünyadan erkən köçür. 1945-ci ildə,
43 yaşında vəfat
edir...
Qələmə aldı: Savalan Fərəcov
Mədəniyyət.-
2010.- 18 avqust.- S. 14.