“Niyyət” filmi “Qızıl minbər” festivalının xüsusi mükafatını qazanıb

 

     Rejissor Samir Kərimoğlunun Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə lentə aldığı “Niyyət” filmi Rusiyanın Kazan şəhərində keçiriləcək “Qızıl minbər” VI Beynəlxalq kinofestivalının müsabiqə bölməsində Azərbaycanı təmsil edəcək. Filmin yaradıcı heyətindən verilən məlumata görə, seçim turunu uğurla keçən film sentyabrda festivalın tammetrajlı filmlər bölməsində mübarizə aparacaq.

  

   Filmin “Qızıl minbər” tarixində ilk dəfə olaraq festivaldan öncə xüsusi mükafata layiq görülməsi maraqlı məqamlardan biridir. Belə ki, festivalın təşkilat komitəsi “Niyyət” filmini “Müsəlman kinematoqrafiyasının inkişafına verdiyi töhfəyə görə” nominasiyasında xüsusi mükafatla təltif edib.

   Filmdə baş rolları Fuad Axundov, Rövşən Məmmədov, Münəvvər Əliyeva və Naidə Əliyeva oynayırlar.

   Xatırladaq ki, ekran əsəri 2010-cu ildə Qazaxıstanda keçirilən “Şaken ulduzları” festivalında iştirak edib, “İlin filmi” nominasiyasında Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatına layiq görülüb.

 

 

   Mədəniyyət.- 2010.- 20 avqust.- S. 3.