Yaradıcı
gənclərin Bakı görüşü
maraqlı müzakirələrlə zəngin oldu
Avqustun 17-də Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
Bakıda, Novxanı “Aqua park” istirahət mərkəzində
işə başlayan “Gənclər bu gün” adlı beynəlxalq
görüş-seminar dünən başa çatdı.
Avqustun 18-də seminarda kinorejissorluq mövzusunda debatlar aparılıb. Tədbiri açan Əməkdar
incəsənət xadimi
Yavər Rzayev seminar iştirakçılarına öz
təcrübəsindən, kino sənətinin incəliklərindən danışaraq
bu gün dünyada insanları düşündürən məsələlərin
ekrana gətirilməsinin
vacibliyini vurğuladı.
Tədbir iştirakçıları 5
film izlədi. Bu ekran əsərlərində
müasir dünyanı
düşündürən məsələlər, insana
və insanlığa
hörmət, mərhəmət
hissi, saf məhəbbətin ürəkləri
titrədən görüntüləri
maraqla qarşılandı.
Yaradıcı gənclərin iştirakı
ilə “Gənclər
bu gün” beynəlxalq görüş-seminarında
iştirak edən əcnəbi qonaqlar arasında Türkiyədən
gəlmiş kinorejissor
Faysal Soysal da iştirak edirdi. Fürsət tapıb onunla
kiçik bir söhbət etdik. Faysal Soysal Türkiyədə qısametrajlı filmlər
rejissoru kimi tanınır. O, kino
sahəsində təhsilini
İran və Hollivudda alıb. “Anamın olduğu gün”, “İtirilmiş zamanın arzuları”, “Mizansen”, “İstanbul” və başqa qısametrajlı filmlərin
müəllifidir.
Filmlərini adətən İran və Nyu-Yorkda lentə alan
Faysal Soysal yaradıcılığı haqqında
qısaca məlumat verdi: “Bu vaxta qədər 8 qısametrajlı
film çəkmişəm. İranda çəkdiyim ilk filmim “Qadağan olunmuş yuxu” (2005) İstanbulda insan hüquqları ilə bağlı ən yaxşı film mükafatına layiq görüldü. Daha sonra
“Kısa çek - uzun olsun” Qəzvin
film festivallarında mükafatlar
alıb. “Anamın olduğu gün” filmim isə Azərbaycanda “Audiovizual” film festivalında
“525-ci qəzet”in xüsusi
mətbuat mükafatına
layiq görüldü.
Ondan sonra “İtirilmiş zamanın arzuları” filmimi çəkdim.
Bu Boston və İstanbulda ən yaxşı film mükafatını
aldı. Nyu Yorkda oxuduğum müddətdə də bir sıra filmlərimi,
“Mizansen”, “Saat neçədir?” və s. çəkdim”.
Bu vaxtadək müxtəlif seminarlarda iştirak etdiyini qeyd edən Faysal bəy Azərbaycan kinosu haqqında təsəvvürünün
geniş olmadığını
qeyd etdi: “Türkiyədə film festivallarında
Azərbaycan filmləri
iştirak etmədiyindən
təsəvvürüm o qədər
də zəngin deyil. Odur ki, Azərbaycan
kinosu ilə yaxından tanış olmaq istərdim”.
Rejissor azərbaycanlı tələbələrin
kinoya olan böyük marağını
da vurğuladı: “Burada tələbələrin
kinoya çox böyük həvəsi olduğunu gördüm. Gələcəkdə gənclərlə müəyyən layihələr
üzərində ciddi
şəkildə işləmək
istərdim”.
Kino mövzusunda
debatlardan sonra yaradıcı gənclərin
görüş-seminarı gənc modelyerlərin “Milli və müasir
geyim ənənələri”
adlı moda təqdimatı ilə davam etdi. Təqdimatda bir neçə gənc modelyerin - Gülnar Şirinovanın, Püstəxanım
Rəhimovanın, Lalə
Quliyevanın, Nəzakət
Əhmədovanın, Nadya
Tağıyevanın, Günay
Mirzəyevanın geyim
kolleksiyaları qonaqlara
nümayiş olundu.
Tədbirdə “Noğullar” qrupunu
təmsil edən uşaqlar müxtəlif musiqi nömrələri ilə çıxış
etdilər.
Daha sonra Dövlət
Rəssamlıq Akademiyasının
kafedra müdiri, istedadlı rəssam Nazim Yunusov çıxış
etdi.
Tədbirdə geyimləri nümayiş
olunanlar arasında müxtəlif geyim kolleksiyası ilə, “Şərq motivləri”, “Vətənpərvərlik” mövzusunda
çıxış edən
Nəzakət Əhmədovanın
kolleksiyası digərlərindən
fərqlənirdi.
Nümayişdən
sonra modelyer və dizayner Nəzakət Əhmədova
ilə görüşüb
təəssüratlarını öyrəndik: “Bu gün burada ilk geyim kolleksiyasını nümayiş
etdirən gənclər
də var idi. Belə tədbirlərin keçirilməsi gənclər
üçün böyük
stimuldur”. Milli geyimlərimizi adətən
müasir modada tətbiq edən Nəzakət xanım bunun vacibliyini qeyd etdi: “Azərbaycan
modasını dünyada
tanıtmaq üçün
ilk növbədə milli
geyimlərimizə müraciət
edirəm. Adətən müasir geyimlərdə
milli elementlərdən
istifadəyə üstünlük
verirəm. Gələcəkdə də belə bir geyim kolleksiyası
ilə Azərbaycanı
ölkədən kənarda
təmsil etmək istərdim. Bu ideyaya digər modelyerləri də dəstək olmağa dəvət edirəm”.
Azərbaycanda istedadlı modelyer gənclərin kifayət qədər olduğunu vurğulayan Nəzakət
Əhmədova dünya
moda arenasına çıxmaqda problem kimi
yalnız maliyyə çatışmazlıqlarının olduğunu dedi.
Avqustun 19-da “Gənclər bu gün” beynəlxalq
görüş-seminara yekun
vuruldu. Seminarın sonuncu günü
“Yuğ” teatrının
baş rejissoru Vaqif İbrahimoğlu gənc rejissorlar üçün “master-klass”
keçdi. Bundan əlavə,
teatr, kino və moda sahələri
üzrə yaradıcı
gənclərin iştirak
etdiyi forumda teatr mövzusuna, onun inkişaf perspektivlərinə dair müzakirələr aparıldı.
Sonra azərbaycanlı
rejissorlardan Yusif Quliyevin “Keçid”, Fariz Əhmədovun “Bir addım”, Elməddin Alıyev və Xəyyam Abdullayevin “Koramal” filmləri nümayiş edildi. Seminarın sonunda iştirakçılara
diplomlar təqdim olundu.
Yeganə
Mədəniyyət.-
2010.- 20 avqust.- S. 4.