Kitabxana mütəxəssisləri beynəlxalq
konfransda iştirak
ediblər
İsveçin Qottenberq şəhərində
“İFLA-2010” beynəlxalq kitabxana konfransı keçirilib.
Kitabxana-informasiya sahəsində ali təşkilat olan
İFLA-nın (Kitabxana Assosiasiyalarının Beynəlxalq
Federasiyası) konfransında dünyanın 150 ölkəsindən
2500-dən artıq kitabxana mütəxəssisi iştirak
edib.
Konfransda ölkəmizi Mədəniyyət
və Turizm, Xarici İşlər nazirlikləri, Prezident
Kitabxanası və F.Köçərli adına Respublika
uşaq kitabxanasının nümayəndələri təmsil
ediblər.
Azərbaycan nümayəndə heyəti
müxtəlif aktual mövzular üzrə seminar və “dəyirmi
masa”larda iştirak edib, konfrans iştirakçılarına təqdim
olunan sərgidə kitabxana-informasiya sahəsində tətbiq
olunan yeni informasiya texnologiyaları, now-how texnologiyaları,
dünyanın qabaqcıl ölkələrinin təcrübələri
ilə tanış olub və kitabxanalarımız haqqında
bir sıra məlumatları nümayiş etdiriblər.
Nümayəndə heyəti Dağlıq Qarabağ
münaqişəsi, Xocalı faciəsi haqqında elektron
resurslar, habelə www.human.az saytını insan hüquqları
bölməsində nümayiş etdiriblər.
Prezident Kitabxanasının əməkdaşları
“Odlar Yurdu Azərbaycan”, “Ümummilli lider Heydər Əliyev”,
“Xocalı - XX əsrin faciəsi” elektron nəşrlərini sərgiyə
təqdim ediblər. “İFLA-2010” beynəlxalq kitabxana
konfransında Azərbaycan kitabxanalarının Beynəlxalq
Kitabxanalararası Abonement sisteminə qoşulması, sənədlərin
elektron variantda çatdırılması məsələləri
üzrə müzakirələr aparılıb, bu sahədə
Azərbaycan kitabxanalarının iştirakı üsulu
müəyyən edilib.
Azərbaycan nümayəndə heyəti
konfrans çərçivəsində Qottenberq şəhər
kitabxanasının fəaliyyəti, Şərq Ədəbiyyatı
bölməsi, buradakı Azərbaycan dilində, habelə Azərbaycana
aid kitablarla tanış olub.
Kitabxanada “Azərbaycan guşəsi”nin
yaradılması, buraya Azərbaycandan kitab və elektron nəşrlərin
göndərilməsi, F.Köçərli adına respublika
uşaq kitabxanası və Qottenberq şəhər
kitabxanası arasında əməkdaşlığa dair
memorandumunun hazırlanması barədə razılıq əldə
edilib.
Mədəniyyət.-
2010.- 20 avqust.- S. 4.