Gənc
musiqiçilərimiz Cənubi Koreyada
çıxış ediblər
Bakı Musiqi Akademiyasının tələbələri
Kamran Mirzəyev, Kamran Sərkərov, Nərgiz Əliyeva və
Kənan Mayılov avqustun 3-dən 18-dək Koreya
Respublikasında (Cənubi Koreya) səfərdə olublar.
Gənc musiqiçilər Azərbaycanın
Koreya Respublikasındakı səfirliyinin təşəbbüsü
ilə bu ölkədəki “İpək yolu” Fondu tərəfindən
təşkil edilmiş İpək yolu ölkələrinin əlil
və aztəminatlı uşaqlarından ibarət orkestrin tərkibində
yer alıblar.
Səfirlikdən bildiriblər ki,
Azərbaycan təmsilçiləri digər İpək yolu
ölkələrinin musiqiçiləri ilə birlikdə məşqlərdə
olub və üç mədəniyyət mərkəzində
klassik musiqidən ibarət konsert proqramı ilə
çıxış ediblər.
Sonuncu konsert avqustun 17-də Seulun ən
böyük mədəniyyət mərkəzi olan “Sejong Art
Center”də təşkil olunub.
Konsertə çoxlu
tamaşaçı ilə yanaşı, Koreya
Respublikasının xarici işlər və ticarət nazirinin
müavini Ço Hyun, “İpək yolu” Fondunun prezidenti Kanq
Deok Su, Azərbaycanın Seuldakı səfirliyinin əməkdaşları,
eləcə də digər diplomatik missiyaların nümayəndələri
qatılıblar. Azərbaycanın gənc musiqiçilərinin
çıxışları tamaşaçılar tərəfindən
böyük rəğbətlə qarşılanıb.
Mədəniyyət.-
2010.- 20 avqust.- S. 6.