Niyazinin 98 illiyi maraqlı tədbirlərlə qeyd olundu

 

   Avqustun 20-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi görkəmli Azərbaycan dirijoru və bəstəkarı Niyazinin anadan olmasının 98 illiyi münasibətilə müxtəlif tədbirlər keçirib.

  

   Bəstəkarın mənzil-muzeyində təşkil olunmuş tədbirdə mədəni ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Niyazinin mənzil-muzeyinin direktoru Rza Bayramov, S. Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymur, Niyazinin qohumu Sahib Qədimov və başqaları maestronun həyat və yaradıcılığından, Azərbaycan mədəniyyətinə töhfələrindən söz açıblar.

   Qeyd olunub ki, Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı Niyazinin adı ilə bağlıdır. 1937-ci ildə OperaBalet Teatrında dirijorluq vəzifəsinə dəvət olunan sənətkar bir il sonra Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə Müslüm MaqomayevinNərgiz” operasına dirijorluq edib. Üzeyir Hacıbəylinin “Koroğlu”, Qara Qarayevin və Cövdət Hacıyevin “Vətən”, Fikrət Əmirovun “Sevil” operalarının, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin dirijorluğu da Niyaziyə tapşırılmışdı. Çıxışlarda o da vurğulanıb ki, prezident İlham Əliyevin sərəncamı ilə 2012-ci ilin avqustunda Niyazinin 100 illik yubileyi geniş şəkildə qeyd ediləcək.

   Natiqlər diqqətə çatdırıblar ki, böyük istedadı və zəhməti hesabına Niyazi Azərbaycan musiqi tarixinə bənzərsiz töhfələr bəxş edibr. O, “XosrovŞirin” operasının (1942), “Zaqatala süitası” (1934), “Qaytağı” (1939), “Konsert valsı” simfonik əsərlərinin, “Rastsimfonik muğamının (1949), “1920-ci ildə” opera-kantatasının, simfonik orkestr üçün “Rəqs süitası”nın, Rabindranat Taqorun əsərləri əsasında yaratdığı “Çitrabaletinin (1962) və s. musiqi əsərlərinin müəllifidir. Niyazi 1959-cu ildə SSRİ Xalq artisti adına layiq görülüb. Ona SSRİ Dövlət mükafatı və “Çitrabaletini yaratdığına görə Hindistanın Beynəlxalq “Nehru” mükafatı təqdim edilib.

   Tədbirin bədii hissəsində Bakı Musiqi Akademiyasının dosenti Ülviyyə Hacıbəyova, OperaBalet Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı Fəridə Məmmədova, OperaBalet Teatrının solisti Tural Ağasıyev və başqalarının ifasında Niyazinin əsərlərindən parçalar səslənib. SonraMaestro” sənədli filmi nümayiş olunub.

   Qeyd edək ki, Niyazinin doğum günü həmçinin onun musiqi bəstələdiyi “Kəndlilər”, “Fətəli xan”, “Doğma xalqımıza” və “Almaz” filmləri göstərilib. Bundan əlavə, maestronun mənzil-muzeyində müxtəlif mənbələrdən yeni daxil olmuş materiallardan ibarət sərgiyə baxış keçirilib. Sərgidə NiyazininXosrovŞirin” operasının əlyazması, müxtəlif fotoşəkillər, afişalar nümayiş olunub.

  

 

   Ceyhun

 

  Mədəniyyət.- 2010.- 25 avqust.- S. 13.