“Tahir Salahov” sənədli filmi nümayiş olunub
Rejissor Ziya Şıxlinskinin
“Tahir Salahov” sənədli filmi Bakının 193 nömrəli
orta məktəbində
görkəmli rəssamın
ad günü münasibətilə
təqdim edilib. Məktəbin direktoru Rəhim Hüseynov 1928-ci il noyabrın
29-da Bakıda anadan olmuş Tahir Salahovun həyat və yaradıcılığının
bəzi məqamlarından
danışıb.
Qeyd olunub ki, Rusiya
Rəssamlıq Akademiyasının
vitse-prezidenti Tahir Salahov Sosialist Əməyi Qəhrəmanı,
SSRİ-nin, Azərbaycanın
və Rusiya Federasiyasının Xalq rəssamı, SSRİ Dövlət
mükafatı laureatı,
dünyanın 20-dən artıq
rəssamlıq akademiyasının
və yaradıcılıq
təşkilatının üzvüdür.
Film rəssamın
özü haqqında
söhbəti ilə başlayır və onun söhbəti ilə də qurtarır. Rejissor diqqətə çatdırıb
ki, filmin belə quruluşda çəkilməsini o, T.Salahovla
birgə fikirləşib.
Tahir Salahov filmdə Əzim Əzimzadə adına Bakı
Rəssamlıq Məktəbində,
sonra isə V.İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda
aldığı təhsilindən
bəhs edir. Qeyd edir ki, Azərbaycan
neftçilərinin həyatından
bəhs edən əsərlər onun yaradıcılığında əsas yeri tutur. Neftçilərin həyatından bəhs
edən “Təmirçilər”,
“Xəzər üzərində”,
“Xəzərdə səhər”
rəssamın məşhur
əsərlərindəndir.
Sənətkarın
portret janrında yaratdığı bəstəkarlar
Dmitri Şostakoviç, Qara
Qarayev, Fikrət Əmirov, şairlər Rəsul Rza, Mirzə Ələkbər
Sabir, violençel ustası Mstislav Rostropoviç və başqa mədəniyyət
xadimlərinə həsr
etdiyi əsərlər
də öz müəllifinə dünya
şöhrəti gətirib.
Yeri gəlmişkən, film Qara
Qarayevin musiqisi ilə müşayiət olunur.
Film Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” kinostudiyasında lentə alınıb. Ssenari
müəllifi Toğrul Cuvarlı, operatoru Adil Abbasovdur.
Mədəniyyət.- 2010.- 1 dekabr.- S. 11.