Alim ömrüya milli dəyərlərə bağlılıq

 

Abid Tahirli - 55

  

   Ədəbi ictimaiyyətin yaxşı tanıdığı tədqiqatçı alim Abid Tahirli yaradıcılığa orta məktəbdən başlayıb. IX sinifdə yazdığı “Sinoptiklər” hekayəsi ilə respublika yaradıcılıq müsabiqəsinin qalibi olub. 1980-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Beş il Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin xaricdəki həmvətənlər üçün nəşr etdiyi “Vətənin səsi” qəzetində müxbir işləyib. Bir müddət də “Vətən” cəmiyyətinin orqanı olanOdlar yurdu” qəzetində müxbir, məsul katib, redaktor müavini vəzifəsində çalışıb. 1992-1993-cü illərdə “Vətən” Cəmiyyətinin AvropaAmerika ölkələri şöbəsinin müdiri kimi fəaliyyət göstərib. 1993-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin məsul işçisidir. Birinci dərəcəli dövlət qulluqçusudur. Həsən bəy Zərdabi və Cəlil Məmmədquluzadə mükafatlarına layiq görülüb. Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür.

     

   Düz qırx ildir ki, Abid Tahirli dediyi və yazdığı sözün işığında neçə qaranlıq məqama aydınlıq gətirib. Tədqiqatçı həmkarları arasında öz dəst-xətti olan Abid müəllim dahi Nizaminin, ustad Füzulinin, böyük Sabirin sözə verdikləri qiymətin meyarından heç vaxt uzaq düşməyib. Bu səbəbdən də xasiyyətindəki təmkinlilik, ağsaqqallıq yazılarına da hopub. Abid Tahirli “Deyilən söz yadigardır” (2003), “Sözlə yarananlar, sözü yaşadanlar” (2001) əsərləri ilə bir daha sələflərinə xələflik sədaqətini təsdiq edib. Bu məhəbbətlə də ulu Dədə Qorqud aliliyinə, ölməz İlyas Əfəndiyev yaradıcılığına, dəyərli Ceyhun Hacıbəyli publisistikasına üz tutdu...

   1988-1990-cı illər... Azərbaycan xalqının tarixində yaşanan taleyüklü olaylar. Xalqımız düçar olduğu bu müsibətləri dünyaya bəyan etmək üçün yenə sözə tapındı. Bu zaman Xaricdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti - “Vətən” Cəmiyyəti və onun mətbu orqanı olanOdlar yurdu” qəzeti yarandı. Müxbirlikdən redaktor müavini vəzifəsinə qədər yüksələn Abid Tahirli yaradıcılığının əsas mövzusu mühacirət oldu.

   Türkiyə, Belçika, İsveçrə, Almaniya, Hollandiya, Fransa, İranbaşqa ölkələrdə bəzi “vətənpərvər”lərimizin dükan-bazara üz tutduğu vaxtda Abid Tahirli aylarla arxivlərdə, muzeylərdə, kitabxanalarda çalışdı. Xalqımızın tarixi keçmişi və maddi-mənəvi dəyərləri ilə bağlı faktların işıq üzü görməsi üçün qəlbinin odunu, gözünün nurunu bu arxiv sənədlərinə, his-toz basmış kağızlara verdi. Ömrünün qaynarcoşqun illərini mühacir mətbuatının təbliğinə həsr etdi, fundamental monoqrafiyalar, proqram və dərsliklər yazdı. Uzun illər vətənində sovet ideologiyası tərəfindən “xalq düşməni” kimi təqdim olunan mühacirlərimizin təbliği üçün öncə “Azərbaycan mühacirəti” (2001) kitabı işıq üzü gördü. Bununla müəllif Azərbaycan mühacirətinin elmi şəkildə tədqiqi və təbliği ilə bağlı xeyirxah işinin başlanğıcını qoydu.

   Filologiya elmləri doktoru Məhərrəm Qasımlı Abid Tahirlinin bu yöndəki işinibir mücadilə” adlandırır. Ömrünün iyirmi ilini məhz bu mücadiləyə həsr edən görkəmli tədqiqatçı-alim tez bir zamanda Azərbaycan mühacirətinin araşdırıcısı kimi uğurlar qazandı. Bir-birinin ardınca “Azərbaycan mühacirət mətbuatı” - I hissə (2002), “Azərbaycan mühacirət mətbuatı” - II hissə (2003) və “Azərbaycan mühacirət mətbuatında publisistika” (2005) kimi mühacirət tariximizlə bağlı boşluğu dolduran maraqlı tədqiqat əsərlərini çap etdirdi. Bu əsərlər bütün dünyaya səpələnən və ömürlərinin sonuna kimi vətən həsrəti, onun azadlığı eşqi ilə yaşayan Azərbaycan mühacirətinin həyat tərzi, təşəkkül tarixi, sosial tərkibi haqında ətraflı məlumat verir.

   XX əsrin əvvəllərində milli mətbuatımızın inkişafında özünəməxsus dəst-xətti, silinməz izi olan ictimai xadim, tarixçi, jurnalist, publisist və tərcüməçi Ceyhun Hacıbəylinin irsi Abid Tahirlinin diqqətini daha çox çəkdi. Alim bu mövzuda illərlə gərgin axtarışlar apardı. Ceyhun bəyin həyatı və yaradıcılığı ilə bağlı ən kiçik fakta belə böyük diqqətlə yanaşan tədqiqatçı 1997-ci ildə MEA-nın Nizami adına Ədəbiyyat İnstitutundaCeyhun Hacıbəylinin həyat və yaradıcılığı” (mühacirətəqədərki dövr) mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi adına layiq görüldü. Uğurla keçən müdafiəni bir çox sanballı alimlərimiz yüksək dəyərləndirərkən professor Yaşar Qarayev onadoktorluq işinə bərabərdir” deyə daha yüksək qiymət verdi.

   Bir necə ildən sonra respublikamızın görkəmli alimlərindən Bəkir Nəbiyev, Yaşar Qarayev, Nizami Cəfərov, Şamil Qurbanov, Şamil Vəliyev, Nizaməddin Şəmsizadə və Xeyrulla Məmmədovun dəyərli məsləhət və təklifləri ilə Abid müəllim yenidən mövzuya müraciət etdi. Lakin bu dəfə daha geniş miqyasda “Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991)” mövzusunda doktorluq işini 2006-cı ildə uğurla müdafiə edərək filologiya elmləri doktoru adına layiq görüldü.

   Yeri gəlmişkən, qeyd edək ki, Abid müəllim klassik publisistikaya heç də təsadüfən müraciət etməmişdi. O, bilirdi ki, klassik yazarlarımız milli müstəqilliyimizi, azad dövlətçiliyimizi, milli özünüdərk və milli oyanış hisslərini təbliğ edərkən publisist sözündən, ədəbi irsindən bəhrələniblər. XX əsrin əvvəllərindəki heyrət doğuran Azərbaycan publisistikası bu günümüz üçünçox aktualdır.

   Elmi səviyyəsi və milli təəssübkeşliyi olan hər kəsi bu publisistikanın geniş təbliğinə səsləyən Abid müəllim bu günyorulmadan xeyirxah işi davam etdirir. O, elmi-tədqiqatla yanaşı, bədii publisistika ilə də dərindən məşğuldur. Beş yüzdən çox publisistikelmi-publisistik məqalənin müəllifi olan Abid Tahirlinin yaradıcılığı haqqında bir çox xarici ölkələrin, xüsusən Türkiyə, AlmaniyaRusiya mətbuatında dəyərli məqalələr yazılıb, fikirlər söylənilib. Respublikamızda da görkəmli yazıcılar, tanınmış elm xadimləri onun şəxsiyyətini, elmi-tədqiqat işlərini yüksək qiymətləndiriblər. O, ömrünü elmin inkişafına, mühacir mətbuatının tədqiqinə, təbliğinə, tədrisinə həsr edən tədqiqatçı, nüfuzlu alimdir. Doğru istiqamət verən, məzmunlu, maraqlı mühazirələri ilə tələbələrini ovsunlayan humanist müəllimdir. Çətin anda dadına yetən, arxa duran sədaqətli və dəyanətli dostdur. Sadə, təvazökar və qayğıkeş insandır. Sözün həqiqi mənasında intellektual səviyyəli əsl vətənpərvər, millətsevər ziyalıdır. Qayğıkeş, övladcanlı, ailəcanlı valideyndir. Elinin-obasının xeyrinə-şərinə yarıyan, əl tutan eloğludur. Bax buna görə Abid Tahirlinin həyat yolu, elmi-pedaqoji fəaliyyəti, yüksək vətənpərvərliyi, qayğıkeşliyi böyüməkdə olan gənc nəsil üçün nümunədir.

   Ot kökü üstə bitər” - deyiblər. Abid Tahirli Qəbələdə sayılıb-seçilən nəslin övladıdır. Babası Məcid əfəndi və atası Həmid baba el-obanın hörmətli ağsaqqallarından olub.

   İstər nəslinə-nəcabətinə, istərsə də fəaliyyətini araşdırdığı, sevdiyi korifey sənətkarlarımıza, söz-sənət ustadlarına həmişə sədaqətli olan Abid Tahirli yaradıcılığının uğurunu şərtləndirən əsas amil də məhz onun milli kökə, ənənəyə, milli dəyərlərə bağlılığıdır.

  

   Qərənfil Dünyaminqızı,

   BDU-nun mətbuat tarixiideoloji kafedrasının müəllimi, filologiya elmləri namizədi

 

Mədəniyyət.- 2010.- 3 dekabr.- S. 13.