“Miras”
Polşada mükafat
alıb
Rejissor Fariz Əhmədovun “Miras” sənədli filmi dekabr ayının 1-dən 5-dək Polşada keçirilən Beynəlxalq “Zubroffka” kinofestivalında 2-ci mükafata layiq görülüb. Festivalın builki proqramında mükafatlar uğrunda 25-dən artıq ölkənin 67 filmi mübarizə aparıb. Qeyd edək ki, “Zubroffka” kinofestivalında yalnız müxtəlif festivallarda iştirak edən və mükafat qazanan filmlər qatıla bilər. Festival 5 bölmədə keçirilib. “Miras” filmi “Şərqə pəncərə” bölməsində Azərbaycanı təmsil edib.
Xatırladaq
ki, “Miras” sənədli
filmi oktyabr ayında Moskva şəhərində keçirilən
30-cu Beynəlxalq VGİK kinofestivalında "Kinematoqarafiya
sənətinə sədaqətə görə" diplomuna, Milli Maarif Kanalı tərəfindən isə rejissor işinə görə "Maarif" diplomuna layiq görülüb.
2010-cu ildə “Bir addım” film studiyasında istehsal
olunan filmin ssenari müəllifi Esmira
Eyyub, quruluşçu
operatoru Fərid Bağırov,
montajçı Firudin İsmayılov, səs
rejissoru -Elşən Aslanzadə,
prodüserləri isə Rəşad Qasımov və Zakir Musayevdir.
Mədəniyyət.- 2010.- 8
dekabr.- S. 5.