Karikatura müsabiqəsinə yekun vurulub
Azərbaycan
Karikaturaçı Rəssamlar Birliyinin Səhiyyə
Kommunikasiyası Assosiasiyası və Fransanın Azərbaycandakı
səfirliyi ilə birgə təşkil etdiyi
karikatura müsabiqəsinə yekun vurulub.
«Tütünçəkmənin zərərləri» adlı karikatura müsabiqəsində 60-a yaxın rəssam
iştirak edib.
Münsiflər heyətinin qərarına əsasən,
müsabiqədə I yerə tanınmış karikatura ustası Vəfa Allahyarova,
II və III yerlərə, müsabiqənin xüsusi
mükafatına əsasən gənc rəssamlar layiq görülüblər. Müsabiqəyə
eyni zamanda Türkiyədən,
İrandan, Rusiyadan, Niderlanddan da rəssamlar
qatılıblar. Türkiyəli rəssam İsmayıl Kar müsabiqənin həvəsləndirici
mükafatını qazanıb.
Gülər
Mədəniyyət.-
2010.- 10 dekabr.- S. 15.