«Xoş gəldin, doğru söz»

 

   İradə Tuncayın «Sarı odalar» kitabının müzakirəsi

  

   Qax Rayon MKS-nin Mərkəzi Kitabxanasında tanınmış jurnalist, publisist İradə Tuncayın «Sarı odalar» kitabının təqdimatı və müzakirəsi keçirilib.  Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nəzir OmarovXoş gəldin, doğru söz” adlı tədbiri açaraq İradə Tuncayın yaradıcılığı, “Sarı odalar» kitabı haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Şəhər 2 nömrəli tam orta məktəb liseyinin ədəbiyayt müəllimi G.Seyidova İ.Tuncayın «Sarı odalar» və «Xoş gəldin bizim aramıza» kitabları haqqında düşüncələrini oxucularla bölüşüb.

   Azərbaycan publisistikasına aid «Sarı odalar»da İ.Tuncayın müxtəlif illərdə qələmə aldığı məqalələri toplanıb. “Tarix”, “Ovqat”, “Səyahət”, “Gündəm”, “Portret” başlıqları altında cəmləşən yazılar insanı düşündürür. “Portret” silsiləsindən yazdığı ilk yazı görkəmli dövlət başçısı Heydər Əliyevə həsr etdiyi «Seçilmiş» məqaləsi ilə başlayır.

   Tədbirdə Qax Rayon İH-nin işçisi A.Mahalova, rayonun «Şəlalə» qəzetinin məsul işçisi X.Orucova, Heydər Əliyev Muzeyinin direktoru N.Omarova, şəhər 2 nömrəli tam orta məktəb-liseyinin əbəbiyat müəllimi G.Seyidova, şair-publisist G.Paçxataşvili çıxış ediblər.

   Güllü Əhmədova,

   Qax rayon MKS-nin direktoru

 

Mədəniyyət.- 2010.- 10 dekabr.- S. 15.