MDB ölkələri
Humanitar Əməkdaşlıq üzrə
Beynəlxalq Fondun iclası keçirilib
Bu günlərdə
(3 dekabr) Moskvada MDB-yə
üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə
Beynəlxalq Fondun (İFESCCO) ekspertlər
səviyyəsində iclası olub.
İclasda
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət
siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs
sektorunun müdiri Yaşar Hüseynli və Turizm şöbəsinin
Daxili turizm sektorunun baş məsləhətçisi Vüqar
Şıxməmmədov iştirak edib.
Yaşar Hüseynlinin qəzetimizə verdiyi məlumata görə, iclasda növbəti ilin MDB-də Tarixi-Mədəni İrs İli elan olunmasının nəzərə alınması, İFESCCO-nun 2011-ci il üçün əsas, sistem və tematik layihələri, MDB-nin 20 illiyinə həsr olunmuş tədbirlər və s. müzakirə edilib.
İclasda İFESCCO-nun Qrant proqramı üzrə təqdim olunan hər bir layihənin ayrılıqda təhlili və qiymətləndirilməsi nəticəsində 2011-ci il üçün tədbirlər planına daxil edilməsi də müzakirə olunub, yenidən işlənilməsi və imtina edilməsi tövsiyə olunan layihələrin siyahıları müəyyən edilib. Seçim zamanı layihələrin keyfiyyəti ilə yanaşı, İFESCCO-ya üzv dövlətlər arasında müvafiq paritetin qorunmasına xüsusi diqqət yetirilib. Eyni zamanda 2011-ci ilin MDB-də Tarixi-Mədəni İrs İli olduğunu nəzərə alaraq, 2011-ci ilin ikinci yarısında həyata keçirilməsi planlaşdırılan maddi və qeyri-maddi mədəni irsə dair layihələr üçün müsabiqənin açıq qalmasına dair razılıq əldə olunub. Tədbirdə Rusiya Federasiyası tərəfindən təqdim olunan iki turizm layihəsi Azərbaycanın turizm ekspertləri tərəfindən qiymətləndirilib.
Fəxriyyə
Mədəniyyət.-
2010.- 10 dekabr.- S. 7.