Arşın mal alan” 19 il sonra yenidən çin dilində səslənib

 

   Üzeyir Hacıbəylinin ölməz əsəri 1959-1991-ci illərdə Çin Xalq Respublikasında 300 dəfə nümayiş olunub

  

   Xəbər verdiyimiz kimi, Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin təşəbbüsü, Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Dövlət Opera Balet Teatrı, Çin Milli Operasının birgə səyləri nəticəsində Pekin şəhərindəki Tiançiao Teatrında Üzeyir HacıbəylininArşın mal alanoperettası çin dilində səhnəyə qoyulub. Azərbaycanın Çindəki səfirliyindən verilən məlumata görə, tədbirdə Çin Milli Operasının direktoru Fenq, Çinin bir sıra nazirlikləri, elm, təhsil, kütləvi informasiya vasitələri ictimaiyyət nümayəndələri, Azərbaycanın Çindəki səfiri Yaşar Əliyev, MDB ölkələri, Türkiyə, Pakistan, İran, İraq, Vyetnam, Monqolustan Əfqanıstanın Çindəki səfirləri, Pekindəki Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

   Opera Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyevin Əməkdar rəssam Tahir Tahirovun səyləri ilə hazırlanan tamaşaya Azərbaycan milli rəngarəngliyi verilib, səhnə dizaynı təkmilləşdirilib. Operetta 2 akt 4 pərdədən ibarət olub.

   Çin Milli OperasındaArşın mal alanoperettasının səhnəyə qoyulması ilə bağlı brifinq keçirilib. Operanın direktoru FenqArşın mal alan”ın vaxtilə uzun müddət Çin səhnəsində nümayiş olunduğunu nəzərə çatdırıb. Qeyd edək ki, “Arşın mal alanTiançiao teatrında ilk dəfə 1959-cu ilin iyununda səhnəyə qoyulub. Əsər həmin vaxt Çinin paytaxtında səhnəyə qoyulan ilk xarici operetta olub.Arşın mal alan” 1991-ci ilədək Çinin müxtəlif şəhərlərində 300 dəfə nümayiş olunub.

 

Mədəniyyət.- 2010.- 10 dekabr.- S. 6.