Bakıda «Yaponiya Kino Günləri»nə
start verilib
Dekabrın 9-da Bakıda «Yaponiya Kino Günləri»nə start verilib. Açılış mərasimində iştirak edən Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe deyib ki, səfirlik Azərbaycanda Yaponiya filmlərinə böyük marağın olduğunu nəzərə alaraq, kino günləri keçirmək təşəbbüsü ilə çıxış edib və Azərbaycan Kinematoqrafçılar İttifaqı ideyanı dəstəkləyib. Səfir bildirib ki, nümayiş olunacaq filmlər son zamanlar çəkilib. Filmlər əsasən Yaponiya gənclərinin həyat tərzini, düşüncə və davranışlarını özündə əks etdirir.
Kinematoqrafçılar
İttifaqının kino zalında nümayiş olunacaq bütün filmlər yapon
dilində səslənəcək, rus
dilində subtitrlərlə müşayiət olunacaq.
Filmlərin nümayişi dekabrın 11-dək
davam edəcək.
Mədəniyyət.- 2010.- 10
dekabr.- S. 4.